ŞƏKƏR

I
сущ.
1. сахар:
1) пищевой продукт сладкого вкуса, который получают из свекловицы или из особого вида тростника. Tezəriyən şəkər быстрорастворимый сахар, nəmləşmiş şəkər подмокший сахар, şirin şəkər сладкий сахар, bir kilo şəkər кило сахара (сахару), şəkər salmaq (tökmək) nəyə класть, положить сахар во что , şəkər əriyib сахар растаял, şəkər həll oldu (яриди) сахар растворился; şəkər qayçısı щипцы для сахара
2) о чём-л. очень вкусном, сладком. Şəkər kimi şirin сладкий как сахар
3) о ком-л. приятном, доставляющем удовольствие, наслаждение
4) хим. мн. ч. сахара (название ряда органических соединений из группы углеводов). Üzüm şəkəri виноградный сахар, qanda şəkərin miqdarı количество сахара в крови
2. разг. мед. диабет, сахарный диабет. Şəkəri olan adam ciddi pəhriz gözləməlidir у кого сахарный диабет, тот (диабетик) должен строго соблюдать диету
II
прил.
1. сахарный:
1) относящийся к сахару. Şəkər tozu сахарный песок
2) относящийся к изготовлению сахара. Şəkər zavodu сахарный завод
3) содержащий сахар. Şəkər qamışı сахарный тростник, şəkər çuğunduru сахарная свекла
4) перен. слащавый, приторный, умильный. Şəkər sözlərin твои сахарные слова, şəkər dodaqlar сахарные губы, şəkər gülüş сахарный смешок
2. сладкий. Şəkər heyva сладкая айва; şəkər qabı сахарница (посуда для сахара – предмет чайного сервиза)
ŞƏXSSİZ
ŞƏKƏRARMUDU
OBASTAN VİKİ
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. == Xarici keçidlər == New Scientist. I'm Sweet Enough 21 January 2006.
Şəkər (Göyçay)
Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şəkər. oyk. Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir.
Şəkər (Xocavənd)
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şəkər (dəqiqləşdirmə)
Şəkər — qida məhsulu. Şəkər (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Şəkər (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəkər Aslan
Şəkər Aslan (10 oktyabr 1937, Lənkəran – 12 iyun 1995, Lənkəran) — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatı (1978). == Həyatı == Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1992-ci ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1995-ci il iyunun 12-də vəfat etmişdir.
Şəkər Məmmədova
Məmmədova Şəkər İdayət qızı (10 yanvar 1964, Saral, Hamamlı rayonu) — Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı == Həyatı == 1964-cü il 10 yanvar Ermənistan Respublikası Hamamlı rayonunun Saral kəndində anadan olub. 1972–1982-ci illərdə orta məktəbdə oxuyub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb. 1996-cı ildən BDU-da çalışır. 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyir. 2000-ci ildən Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini. 2017-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib. == Elmi fəaliyyəti == 1990-cı ildən Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası fənlərini tədris edir. 1998-ci ildə coğrafiya elmləri namizəfi, 2003-cü ildə dosent elmi dərəcəsi alıb.
Şəkər bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkər pendir
Şəkər-pendir - şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat. == Hazırlanma qaydası == Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8-10 dəqiqə ərzində 105-110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3-3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70-80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. == Azərbaycan dilinə tərcüməsi == Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
Şəkər qamışı
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Şəkər xəstəliyi
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkər çuğunduru
Şəkər çuğunduru (lat. Beta vulgaris) – Tərəçiçəkkimilər fəsiləsindən bitki yarımnövü. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə dövlətlərinə göndərilir. Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana növündən təbii boyaq kimi istifadə olunur == Bioloji xüsusiyyətləri == Müаsir şəkər çuğunduru sоrtlаrının kökümеyvələri kоnusvаri, uzunsоv – kоnusvаri fоrmаdа, lət hissəsi və qаbığı аğ rəngdədir. Аdətən kökümеyvələri bütövlükdə tоrpаğа bаtır.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. == Həyatı == 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Şəkər əsası dağları
Şəkər əsası dağları (ing. Candy Cane Mountains) — Xızı və Siyəzən rayonlarında şist dağlar. Dağlar adı ilk dəfə Britaniya səyahət yazarı Mark Elliottun "Azərbaycandan Gürcüstana ekskursiyalar" kitabçasında qeyd olunmuşdur. Dağların rənglərini yerdəki dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində almışdır.Şəkər əsası dağlarının tərkibində Təbaşir dövründən qalma belemnitlər mövcuddur.
Azərbaycan Şəkər İstehsalat Birliyi
Azərbaycan Şəkər İstehsalat Birliyi — Azərbaycanda şəkər tozu, kəllə qənd və qənd məhsulları istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == İmişli Şəkər Zavodu 2006-cı ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Azərbaycanın ilk şəkər fabrikinin inşaat işləri Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən 2003-cü ildə, İmişli rayonunda 70 hektarlıq ərazidə başladılıb və 27 ay davam edib. Müəssisənin əsas istehsalat sahəsi isə 17.9 hektar təşkil edir. == Fəaliyyəti == 2008-ci ildən müəssisənin məhsuldarlığının artırılması üçün istehsalat avadanlıqlarının yenidənqurma işlərinə başlanılıb və 2010-cu ildən etibarən xam şəkər emalı üzrə gündəlik 1800 ton maksimal məhsuldarlığa nail olunub. Kəllə qənd məhsullarının istehsalının təşkili məqsədilə 2012-ci ildə Kəllə Qənd Fabriki istismara verilib. 2014-cü ildə isə "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən qənd istehsalı sexi İmişliyə köçürülüb. Şəkər çuğunduru emal gücünün artırılması məqsədilə aparılan rekonstruksiya işlərinin başlaması nəticəsində müəssisənin şəkər çuğunduru üzrə gündəlik emal gücü 10000 tona çatdırılıb. == Azərşəkər == 2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı. 2011-ci ildən etibarən isə İmişli Kəllə Qənd Zavodunda istehsal olunan "Azərşəkər" qənd məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə də ixrac olunmağa başladı.
Arif Şəkərəliyev
Arif Şəkərəli oğlu Şəkərəliyev (21 oktyabr 1949; Zəngəzur, Qafan rayonu) — Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət və gömrük işi” kafedrasının müdiri, Beynəlxalq Menecment Akademiyasının üzvü, Şöhrət ordeni laureatı, iqtisad elmləri doktoru, professor.100 nəfərdən çox aspirant və dissertanta elmi rəhbər olmuşamvə onlar müdafiə ediblər.4nəfər İqtisad Elmləri doktoru hazırlamışam.Hazırda 300-dən çox elmi məqaləm çap edilib.Bu düzəlişlərin nəzərə alınmasını xahiş edirəm == Həyatı == Şəkərəliyev Arif Şəkərəli oğlu 1949-cu ildə Ermənistan SSR-nin Qafan rayonunda müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı Plan-uçot Texmikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ilində D.Bünyadzadə adına Xalq Təsərrüfası İnstitunun “Sənaye iqtisadiyyatı” fakültəsini fərqlənmə diploma ilə bitirmişdir. 1976-ci ildə namizədlik dissertasiyasını və 1991-ci ildə Leninqrad Maliyyə-İqtisad universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-ci ildən professordur. 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi İşlər üzrə Prorektoru vəzifəsini yerinə yetirmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Dövrü olaraq mətbuatda çıxışlarına, Azərbaycan dövlətinin reallıqlarını təbliğ etdiyinə görə 2002-ci ildə "Azərbaycan Bayrağı" mükafatına, 2003-cü ildə isə “Qızıl Qələm” mükafatına layiq görülüb. 2001-ci ildən “Gömrük işinin təşkili” kafedrasının müdiri vəzifəsini yerinə yetirir. Müxtəlif vaxtlarda universitetin böyük elmi və ixtisaslaşdırılmış müdafiə şurasının sədri və üzvü olub.
Dərman şəkərqamışı
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Konya Şəkərspor
"Anadolu Səlcuqspor" FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu. == Tarixi == 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur.2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.2014–15 mövsümünün əvvəlində Konya Səlcuqlu Bələdiyyəsinin tələbi ilə klubun adı "Anadolu Səlcuqspor" olmuşdur.
Qara şəkərqamışı
Qara şəkərqamışı (lat. Eragrostis nigra) - şəkərqamışı cinsinə aid bitki növü.
Qaraqaya-i Şəkərli (Hurand)
Qaraqaya-i Şəkərli (fars. قره قيه شكرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (103 ailə).
Qozlu-şəkərli piroq
Qozlu-şəkərli piroq - şəkərli xəmirdən hazırlanmış un məmulatı. == Həmçinin bax == Piroq == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Tükcüklü şəkərqamışı
Tükcüklü şəkərqamışı (lat. Eragrostis pilosa) — şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Catabrosa verticillata (Cav.) P.Beauv. Eragrostis afghanica Gand. Eragrostis amurensis Prob. Eragrostis bagdadensis Boiss. Eragrostis baguirmiensis A.Chev. Eragrostis bicolor Boiss. [Invalid] Eragrostis bithynica Griseb. [Invalid] Eragrostis collocarpa K.Schum.
Xəyal Şəkərov
Xəyal İman oğlu Şəkərov (1 oktyabr 1998, Əsrik Cırdaxan, Tovuz rayonu – 13 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yuxarı Şəkərbulağı (Çaypara)
Yuxarı Şəkərbulağı (fars. شكربلاغي عليا‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
İlqar Şəkərov
İlqar Şəkərov Şahkişi oğlu (19 may 1969, Anzov, Yardımlı rayonu – 25 aprel 1994, Füzuli rayonu) — 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəkərov İlqar Şahkişi oğlu 1969-cu ilin may ayının 19-da Anzovda anadan olmuşdur.1976-cı ildə Anzov kənd ibtidai məktəbinə daxil olmuşdur.Orta təhsilini 1986-cı ildə Hamarkənd orta məktəbində başa vurmuşdur.Ailənin sonbeşiyi olduğu üçün evin bütün qayğıları onun üzərinə düşmüşdü. 1987-ci ilin yazında hərbi xidmətə çağırılır.Hərbi xidmətini Qazaxıstanda başa vurub 1989-cu ildə doğma torpağına qayıdır.1991-ci ildə Bakı şəhərində 14 saylı texniki peşə məktəbində neftçi peşəsinə yiyələnərək Serebrovski adına Neft Qaz Çıxarma idarəsində işə düzəlir.Torpaqlarımız uğrunda gedən döyüşlər onu çox narahat edirdi.Ona görə də Suraxanı rayon Hərbi Komissarlığına gəlib könüllü cəbhəyə getmək istədiyini bildirir.1992-ci ilin dekabrında cəbhəyə yola düşür. == Hərbi xidməti == İlk döyüş yolu Ağdərə yüksəklikləri uğrundakı döyüşlərdən başlayır.Bir çox irimiqyaslı döyüş əməliyyatlarında iştirak edir.1994-cü ilin 25 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Şəkəryazı (Salmas)
Şəkəryazı (fars. ‎شكريازي‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,245 nəfər yaşayır (438 ailə).
Şəkərçeşmə (Əbhər)
Şəkərçeşmə (fars. شكرچشمه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (9 ailə).
Şəkərçörək
Şəkərçörəyi — Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == I variant Əla növ buğda unu — 350q, ərinmiş yağ — 260q, şəkər kirşanı — 300q, yumurta — 1əd, vanilin — 3q. II variant 500 qr əla növ un, 200 qr ərinmiş yağ, 300 qr şəkər tozu, 15 qr maya, 1 yumurta, 0,3 qr vanilin. == Hazırlanma qaydası == I variant Ərinmiş yağ şəkər kirşanı ilə 25–30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir.Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60–70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175–180 °S istilikdə 25–30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir. II variant Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanilin əlavə edilib, 20 – 25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilir və möhkəm qarışıncayadək yoğrulur. Alınmış xəmir xırda – xırda kəsilib girdələnir və bir vərəqəyə düzülür.
Şəkərçörəyi
Şəkərçörəyi — Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == I variant Əla növ buğda unu — 350q, ərinmiş yağ — 260q, şəkər kirşanı — 300q, yumurta — 1əd, vanilin — 3q. II variant 500 qr əla növ un, 200 qr ərinmiş yağ, 300 qr şəkər tozu, 15 qr maya, 1 yumurta, 0,3 qr vanilin. == Hazırlanma qaydası == I variant Ərinmiş yağ şəkər kirşanı ilə 25–30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir.Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60–70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175–180 °S istilikdə 25–30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir. II variant Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanilin əlavə edilib, 20 – 25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilir və möhkəm qarışıncayadək yoğrulur. Alınmış xəmir xırda – xırda kəsilib girdələnir və bir vərəqəyə düzülür.
Şəkərəlikəndi (Kəleybər)
Şəkərəlikəndi (fars. شكرعلي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (20 ailə).
Şəkərəm
Şahkərəm, Şəkərəm — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər r-nunun Başhbel i.ə.v.-də kənd. Dəlidağın (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini Laçın r-nunda vaxtilə mövcud olmuş Muncuqlu kəndindən köçüb gəlmiş ailələlr salmışlar. Şahkərəm bu ailələrin başçısının adıdır.

Digər lüğətlərdə

ехи́дненько легкомы́сленничать мохна́ не вдру́г небескоры́стно нагрева́ться об эту по́ру рай acridine California Current constitutionalist extracanonical fecial gelatin process it paddy-wagon reversed stringency воздушно-космический закапывать личной подстраивать расточительный решимость самоучка