Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Varlı
Varlı (Salyan)Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Barlı bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Carlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarlı aşırım
Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı. Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir. == Məzmun == Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. == Nəşr == Əsər ilk dəfə Bakıda 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002) == Xarici keçidlər == "Qarlı aşırım (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01. 2017-09-01 tarixində arxivləşdirilib.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək "Orconikidze") – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10;56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ - ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
Xallı acıçiçək
Xallı acıçiçək (lat. Gentiana punctata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Xallı arnebiya
Xallı arnebiya (lat. Arnebia guttata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin arnebiya cinsinə aid bitki növü.
Xallı badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. == Yayılması == Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Xallı bağrıqara
Xallı bağrıqara (lat. Pterocles burchelli) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Xallı danaayağı
Xallı danaayağı (lat. Arum maculatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Xallı kaftar
Xallı kaftar (lat.
Xallı maral
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Xallı qaratoyuq
Turdus pilaris (lat. Turdus pilaris) — qaratoyuq cinsinə aid heyvan növü.
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Xallı qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Xallı semiadaliya
Xallı semiadaliya (lat. Semiadalia notata Zalich.)-Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. == Biologiyası == Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Bunlarda aydın görülən baş hissə yastılaşmış, azacıq da köndələn durmuşdur, qara mürəkkəb fasetli gözləri aydın görünür, alın hissə bir gözün həcmi böyüklüyündədir. Özünün isə böyüklüyü 4,5–5 mm-dir. Azərbaycanda sərt ekoloji stansiyalarda, təbii biosenozlarda və yoncalıqlarda yayılıb, müxtəlif növ mənənələrlə qidalanır. Şirvan, Gəncə, Qazax və Naxçıvan təbii zonalarında daha çox fərdləri var. Təbii biosenozlarda, eləcə də aqresenozlarda bunlara ən çox mayın sonu və iyunun axırında rast gəlinir. Yay və qış diapauzasını qidalandığı biosenozlarda, bükülmüş yarpaqların arasında və bəzən də ağacların çürümüş hissələrində keçirirlər. == Yayılması == Qərbi Avropada, Qafqazda yayılmışdır.
Xallı südləyən
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Xallı sünbülqıran
Xallı sünbülqıran və ya xallı torpaq dələsi (Spermophilus suslicus) — Şərqi Avropada yaşayan sincablar ailəsindən gəmirici növüdür. Yaşayış yerini itirməklə təhdid olunur. == Təsviri == Xallı sünbülqıran, kürəyində ağ ləkələri və qısa, nazik bir quyruğu olan tünd-qəhvəyi xəzli sünbülqıran növüdür. Ölçüləri 25 santimetrə, çəkisi isə 280 qrama qədər olur. Diş formulu 1.0.2.3 1.0.1.3-dür. Sünbülqıran cinsinin bir çox digər növlərindən daha kiçik və daha az sosialdır. == Yaşayışı == Belarus, Moldova, Polşa, Avropa Rusiyası və Ukraynada rast gəlinir. Təbii yaşayış yeri mülayim çöllər və becərilən yerlərdir. Yaşayış yerinin itirilməsi və parçalanması ilə təhdid olunur. Yaşayış sahələrinin itirilməsinə səbəb kənd təsərrüfatının və meşə təsərrüfatının genişlənməsi, otlaq sahələrinin azalması, şəhərlərin inkişafı və böyüməsi və sənaye inkişafıdır.
Xari
[mənbə göstərin]Xari — Tiflis quberniyasının Qori qəzasında dağ adı. == Toponimkası == Xari-Tiflis quberniyasının Qori qəzasında dağ adı.Şimali Qafqazda Ter əyalətinini Nalçik dairəsində Xari çay (yenə orada), Veden dairəsində Xari-Buzdeçu-Bars dağ, Xari-Qaburtli aşırım, Qazax qəzasında Xarya dağ adları (yenə orada) ilə mənaca eynidir.Türk dillərində kair "sıldırım" sözündəndir.
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.
Cek Parli
Harli adası
Harli adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Cekson — Harmsvord eskpedisiyası tərəfindən kəşf edilir. Federik Cekson tərəfindən britaniyalı həkim Corc Harlinin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada Ziçi adaları qrupuna daxildir. Cekson adasından 15 km şərqdə yerləşir. Cənubunda Levanev, şimal-şərqində isə Ommani adası yerləşir. == Təsviri == Ada ərazisi əsasən hamardır. Mərkəzində 82 m hündürlüyə malik zirvə vardır. Şimalı ilə cənubu arasında məsafə 10 km-dir.
Harli Örl
Harli C.Örl (22 noyabr 1893[…], Hollivud, Kaliforniya – 10 aprel 1969[…]) — amerikalı avtomobil dizayneri və iş icraçısı idi.General Motors’un ilkin təyin edilmiş dizayn rəhbəri idi daha sonradan vitse-prezident və Amerika tarixində ən böyük korporasiyanın dizaynında təyin edilmiş ilk baş icraçı olmuşdur.Sənaye dizaynı və müasir nəqliyyat dizaynının öncülü idi. == Həyatı == Harley Earl Hollivud, Kaliforniyada anadan olub. Atası 1908-ci ildə Earl Automobile şirkətini quraraq, atlı nəqliyyat vasitələrindən xüsusi vasitələrə və avtomobillər üçün xüsusi hissələri və aksesuarlarına dəyişdirdi Earl Stanford Universitetində təhsil almağa başladı, ancaq atası ilə birlikdə çalışmaq və Earl Automotive Works'də təcrübə yığmaq üçün vaxtından əvvəl ayrıldı.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Oddvar Barli
Oddvar Barli (24 İyun 1929 – 10 Yanvar 2017) — Norveçli peşəkar idman güləşçisi. Barli 1929-cu ildə Osloda anadan olmuşdur. O, Oslo Bryteklubb klubunu təmsil etmişdir. Barli Romada keçirilən 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Yunan-Roma güləşi üzrə o, orta çəki dərəcəsində onuncu yeri tutmuşdur. Onun qardaşı Harald Barli də peşəkar güləşlə məşğuldur. Onun əmiləri İne Barli və Mette Barli və böyük əmisi Lene Barli də güləşçidir.
Sarli dili
Sarli dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri, İraqda danışılır.
Uğurlar, Çarli!
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.