Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xatirə
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Xatirə (ad)
Xatirə — Qadın adı. Xatirə Bəşirli — AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini. Xatirə İslam — Azərbaycanlı müğənni. Xatirə Quliyeva — Fəlsəfə üzrə elmlər doktoru.
Xatirə (dəqiqləşdirmə)
Xatirə — Ədəbi janr. Xatirə (film, 1971) — 1971-ci ildə istehsal olunmuş SSRİ filmi. Xatirə (mahnı) — Aygün Kazımova və İlqar Muradovun Heydər Əliyevin xatirəsinə ithaf etdiyi duetidir.
Xatirə (mahnı)
Xatirə — azərbaycanlı müğənni Aygün Kazımova və İlqar Muradovun duetidir. Mahnı Heydər Əliyevin xatirəsinə həsr olunmuş mahnıdır. Mahnının sözləri İkram Əliyevə, musiqisi Eldar Mansurova aiddir. Mahnı 2016-cı ildə Eldar Mansurovun prodüsserliyi ilə satışa çıxarılan "Aygün Kazımovanın ifaları" albomuna daxil edilmişdir.
Xatirə Bəşirli
Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor. YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri. == Həyatı == Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir. Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Xatirə Nurgül
Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır. == Fəaliyyəti == 1998-ci ildən dövrü mətbuatda dərc olunur. "Azərbaycan" , "Ulduz" jurnallarında, "Kaspi", "Ədəbiyyat" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində "Göyərçin yuxusu" adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur. == Şeir kitabları == "Göyərçin yuxusu", şeirlər, Bakı, Vektor.
Xatirə Quliyeva
Xatirə Nəcəfqulu qızı Quliyeva (30 iyun 1962, Maştağa) — fəlsəfə elmləri doktoru, dosent AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Multikulturalizm və Tolerantlıq fəlsəfəsi" şöbəsinin müdiri, "Nəsimi-Suriya Azərbaycan Dostluq Cəmiyyəti İB"-nin təsisçisi və sədri, "Cahan+" qəzetinin və cahanplus.com saytının təsisçisi və baş redaktoru. == Həyatı == Quliyeva Xatirə Nəcəfqulu qızı 1962-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində Bakının hörmət sahibi şəxslərindən, məscid-minarələr (o cümlədən Maştağa məscidi və minarəsinin, H. Zərdabinin layihəsi əsasında Maştağa-Bilgəh qəsəbəsi arasında yerləşən Ovdanı) inşa edən, adı tarix- memarlıq kitablarında çəkilən Kəblə Həciqulunun oğlu, XX əsrin əvvəllərində siyasi hakimiyyətdə təmsil olunmuş Əmirqulu Quiyevin oğlu Nəcəfqulu və kor molla (kütləvi yayımış göz infeksiyası nəticəsində gözləri tutulsa da Quran hafizi olduğu üçün) ləqəbi ilə tanınmış Məşədi Bağırın qızı Nisəxanımın ailəsində dünyaya gəlmişdir. Onun babası Əmirqulu Quliyev Azərbaycan Demokratik Partiyasının ilk yaradıcıları sırasında olmuş, Bakıda erməni-müsəlman davası zamanı türk Qafqaz Ordusunun onbaşılarından olmuş, sonralar Nəriman Nərimanovun sədri olduğu MİK-nin Rəyasət Heyətiin 7 üzvündən biri, dəfələrlə Bakı şəhər sovetinin deputatı seçilmişdir. Quliyeva Xatirə Nəcəfqulu qızı 1969–1979-cu illərdə Bakının Cəfər Cabbarlı adına 187 saylı orta məktəbində təhsil alıb. 1980–1985-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini fərqlənmə ilə bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1985-ci ildən AMEA-da fəaliyyətə başlayıb. 1985–1987-ci illərdə AMEA-nın Elmi İnformasiya-Məlumat Mərkəzində laborant, baş laborant vəzifələrində çalışmaqla bərabər AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsində və vitse-prezidentin köməkçisi kimi fəaliyyət göstərmişdir. 1987-ci ildə AMEA RH prezidentinin Sərəncamı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989–1991-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə Moskva M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna uzun müddətli elimi ezamiyyətə göndərilmişdir. 1992–2004-cü illərdə elmi fəaliyyətini AMEA-nın "Fəlsəfə və Sosiologiya" İnstitutunun Etika (keçmiş Etika və Estetika) şöbəsində davam etdirmişdir.
Xatirə Süleymanova
Xatirə Bəylər qızı Süleymanova (1 sentyabr 1970, Sumqayıt) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Xatirə Süleymanova 1970-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub. 1977-1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983-88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb. 1989-94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb və 1994-cü ildə oranı bitirib. 1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1994-96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996-2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2005-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. 24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.
Xatirə kompleksi
Xatirə kompleksi və ya memorial kompleks — vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf olunan kompleks. Xatirə komplekslərinin ən geniş yayılmış formalarına mühüm obyektlər, eləcə də incəsənət əsərləri, heykəllər, fontanlar və parklar daxildir. == Növləri == Ən çox yayılmış növləri baş daşı və memorial lövhələrdir. Müharibədə ölənlərin xatirəsinə ucaldılan komplekslər də geniş yayılıb. Xristian dövlətlərində xaçşəkilli komplekslərdən istifadə olunur. Təbii məzarlıqların sayının artması ilə baş daşları, eləcə də xatirə lövhələrinə icazə verilmədiyindən onlayn xatirə komplekslərindən istifadə də artmağa başladı.Biri öldükdə, ailəsi ondan bir xatirə qalması üçün xeyriyyə məqsədilə hədiyyə (adətən pul) verilməsini və ya həmin şəxsin xatirəsinə bir ağac əkilməsini xahiş edə bilər.Bəzən yuxarı sinif şagirdi vəfat etdikdə onun adına təhsil təqaüdü yaradılır və növbəti illərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə təqdim olunur.
Xatirə İslam
Xatirə Novruz qızı Əzizova (29 yanvar 1981, Xankəndi, Qərbi Azərbaycan ostanı) — Xatirə İslam səhnə adı ilə tanınan Azərbaycan müğənnisi. == Həyatı == Xatirə İslam 29 yanvar 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil almışdır. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsil almışdır. İlk ixtisası tibb bacısı olub, lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Səhnədə ilk addımlarını 2000-ci ildə atmışdır. Müəllimi İslam Rzayev olub. == Diskoqrafiya == Yox Sevgilim (2006) Ağlar Yenədə (2008) Albom Kolleksiyası (2009) Yarım (2011) Aman Yarim (2016) Albom Kolleksiyası (2016) == İfaları == == İstinadlar == == Xarici keçidlər == Artist.az — müğənni Xatirə İslam birbaşa sifarişi "Bankir oğlu: "Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq" — baku.ws". Archived from the original on 2015-09-15. İstifadə tarixi: 15 sentyabr 2015..
Xatirə mədəniyyəti
Xatirə Mədəniyyəti — fərdin və ya cəmiyyətin keçmişi və tarixi ilə qarşılıqlı əlaqəsidir. == Təsviri == Ən qısa mənada, Xatirə Mədəniyyəti cəmiyyətin və ya qrupun keçmişin hissələrini öz şüurlarında saxlamaq, münasibət və sosial icazə verilən və ya qazanılmış etiket növüdür . Əsas mövzu tarixi və obyektiv biliklərin nümayişi deyil, ilk növbədə keçmişlə tarixi əlaqələrin müasir perspektivdən kollektiv və subyektiv qavranılmasıdır. Şəxsi və ictimai Xatirə Mədəniyyəti ilə onların müntəzəm və tədbir əsaslı elementləri arasında fərq qoyula bilər. Xatirə Mədəniyyəti ilə bağlı diqqəti çəkən cəhət odur ki, kollektiv qavrayışlar subyektiv qavrayışları formalaşdırır. Sosial münaqişələr, münasibətlər və problemlər Xatirə Mədəniyyətinə təsir göstərir. Görkəmli Xatirə Mədəniyyətində daha az vurğulanan elementlərin unudulma ehtimalı var. Ailə albomları, şəcərə tədqiqatları , şəxsi və ya ailə əhəmiyyətli yubileylər Xatirə Mədəniyyətinin spesifik və ya subyektiv formalarının nümunələridir. Xatirə Mədəniyyətinə aid olan artefaktlar uzun müddət davam edən ictimai maraq varsa, rəsmi olaraq mədəniyyət artefaktları və ya mədəniyyət abidələri kimi təyin edilə bilər. == Cari müzakirə mövzuları == 2011-ci ildə keçirilən "Memorial Mania" tədbirində abidələrin tikilməsi üçün müvafiq tarixlər və onların siyasi məqsədlər üçün alətləşdirilməsi riski müzakirə olunub.
Koreyanın Xatirə Abidələri
== Koreyanın Müstəqillik Xatirəsi ( Hanqılla: 독립기념관 ) == Cənubi Koreyanın Cheonan şəhərində yerləşən Koreyanın tarixi muzeyidir. Əvvəllər Çində Koreyanın keçici hökumət binası olan bu yer 1945-ci il 15 avqust Yaponiya müstəmləkəçiliyindən azad olduqdan sonra Koreyaya təhvil verilir. Müstəqillik gününün ildönümündə, 1987-ci ildə Muzeyin açılışı olmuşdur. Ümumi sahəsi 23.424 m² olan muzey Cənubi Koreyanın ən böyük sərgi obyektidir. Muzey Yaponiyanın müstəmləkəlik dövrünün azadlıq hərəkatına yönəlmişdir. Bununla bərabər ilk salon olan Milli İrs salonu tarixdən əvvəlki dövrdən Coson sülaləsinə qədər olan dövrə həsr olunmuşdur. Yeddi bağlı sərgi salonu və bir Circle Vision Teatrı vardır. === Tarixi === 5 oktyabr 1982: İstiqlal Hall İnşaatı Təqdimat Komitəsinin yaradılması. 15 Avqust 1983: İstiqlal Salonunun təməlinin qoyulması. 9 May 1986: İstiqlal Zalı Qanuni icrası elan olundu.
Azərbaycan Respublikası Xatirə Kitabı
Azərbaycan Respublikası Xatirə Kitabı — İkinci dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabı. == Kitab haqqında == Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır.
Azərbaycan Respublikasının xatirə sikkələri
Azərbaycan Respublikasının xatirə sikkələri — Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış xatirə sikkələri
Mikayıl Müşfiqin Xatirə Muzeyi
Mikayıl Müşfiqin Xatirə Muzeyi - Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gələrək, Xızının Sayadlar kəndində yaradılıb. Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır. 2004-cü il 15 sentyabr tarixində keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. == Muzey binası == Muzey binası 1992-ci ildə tikilərək 1 mərtəbədən və 1 otaqdan ibarət olub, 55 kvadrat metr sahəni əhatə edir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır. Muzey Mikayıl Müşfiqin yaradıcılıq və həyatını əks etdirir. Mikayıl Müşfiq muzeyi-“Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzey statusu alandan sonra 8 nəfər işçi ilə 2006-cı ildən fəaliyyətə başlamışdır. Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır.Şairin büstü muzeyin həyətində qoyulmuşdur. Xatirə Muzeyində isə simvolik məzar qoyularaq, büst hazırlanır.
Nəriman Nərimanovun xatirə muzeyi
Nəriman Nərimanovun xatirə muzeyi — ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır."Azərbaycan muzeyləri". museum.az. İstifadə tarixi: 28.01.2021. == Muzeyin sekpozisiyası == Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir. Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. N. Nərimanovun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, habelə Tiflisdəki evinin maketi, həkimlik diplomu və s. əşyalar nümayiş etdirilir. Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materiallarını əks etdirir.
Pörl-Harbor xatirə medalı
Pörl-Harbor xatirə medalı — ABŞ ordusunun ABŞ konqresi tərəfindən 1991-də təsdiq edilən medalıdır. Ayrıca bu medal "qazilər medalı" kimi də tanınır. Bu medal ikinci dünya müharibəsi zamanı Pörl-Harbor döyüşündə olan əsgərlər və onun qazilərinə, habelə bu savaşda olan qeyri-əsgərlərə verilir. Bu medal keçmişə dönük bir dizayna malik və üniforma üzərində daşımağa dizayn olunub.
Respublika Xatirə Kitabı (redaksiya)
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. == Haqqında == Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır. 1997-ci ildən kitab nəşr prosesinə başlamışdır. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.
Respublika Xatirə Kitabı redaksiyası
"Respublika Xatirə Kitabı" — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə İkinci dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılmış nəşriyyat-redaksiya. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olmuş, 8 iyun 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. == Haqqında == Azərbaycan Respublikası Xatirə Kitabının nəşriyyat-redaksiyası 1989-cu ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi İkinci Dünya müharibəsində, müharibədən sonrakı hərbi münaqişələrdə, Əfqanıstan və Qarabağ müharibələrində şəhid olmuş azərbaycanlılarla bağlı yaddaş kitabının hazırlanmasıdır. 1997-ci ildən kitab nəşr prosesinə başlamışdır. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Kitab dövlət büdcəsindən maliyyələşdiyi üçün satılmır, kitabda adı olan şəhid ailələrinə pulsuz paylanır. Kitab ümumilikdə 20 cilddən ibarət olacağı nəzərdə tutulmuşdur.
Sarı Aşığın xatirə muzeyi
Sarı Aşığın xatirə muzeyi və ya Sarı Aşığın ev muzeyi - Azərbaycan aşıqlarından olan Sarı Aşığın ölümündən sonra Laçın rayonu, Güləbird kəndində yaradılan xatirə muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. == Sarı Aşıq == XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında, hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir. === İşğaldan əvvəl === Azərbaycan SSR-i dövründə 1989-cü ildə Laçın rayonu Güləbird kəndində Sarı Aşığın abidəsi üzərində dövlət səviyyəsində tanınmış dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə ev muzeyinin açılışı olmuşdur. Muzeyin yaradılmasında məqsəd Sarı Aşıq yaradıcılığının tanıdılması idi. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı. Muzey 1989-cu ildən 1992-ci ilin may ayına kimi Laçın rayonu Güləbird kəndində 9 nəfər işçi ilə fəaliyyət göstərmişdir.
İsmayıl Dağıstanlının Xatirə Ev-Muzeyi
İsmayıl Dağıstanlının Xatirə Ev-Muzeyi - Muzey 10 sentyabr 1990-cı ildən fəaliyyətə başlayıb. Muzeyin 64 m sahəsi olan 2 otaq və 1 dəhlizdən ibarətdir. Hal-hazırda muzeydə 1125 eksponat qorunur. == Yaradılması == Muzey Azərbaycan SSR Nazirlər Sovetinin 50 nömrəli qərarı ilə 5 fevral 1990-cı il yaradılmışdır. Qax şəhər sakininin şəxsi evi olub, sonra muzeyə çevrilib. Muzey 1990-cı ilin sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Muzey binası 1 mərətəbə və 3 otaqdan ibarətdir. Sahəsi 64kv.m. olub, 1120 eksponatdan ibarətdir. Muzeydə ən qədim eksponat XVIII əsrə aid yun darağıdır.
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi (Şuşa)
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. == Tarixi == "Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir.
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey. == Tarixçəsi == Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır. == Ekspozisiya == Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.Ekspozisiyada cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer almışdır. Muzeyin ekspozisiyasının tematik planını teatrşünas Tamilla Təhmasib tərtib etmişdir.
"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
Yeni əlifba yollarında əski xatirə və duyğularım (əsər)
Yeni əlifba yollarında əski xatirə və duyğularım — Azərbaycan şərqşünaslığının görkəmli simalarından olan Xalid Səid Xocayevin 1928-ci ildə adlı qələmə aldığı memuar tipli xatirələrdir. == Haqqında == “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsəri memuar tipli xatirələrdir. Xalid Səid Xocayevin 1928-ci ildə qələmə aldığı bu əsər 1929-ci ildə ilk dəfə latın əlifbası ilə işıq üzü görmüşdü. 11 fevral 2023-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı və Özbəkistanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə yenidən işıq üzü görüb. Yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktor, “Ön söz” müəllifi və çapa hazırlayanı filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Nəşrin ərsəyə gəlməsində mətni 1929-cu il nəşrindən kompüterdə yenidən işləyən Nüşabə Adgözəlzadə, rəyçiləri filologiya elmləri doktorları Yaşar Qasımbəyli və Həmidulla Baltobayev, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. === Məzmun === Əsərin əsas mətni Xalid Səid Xocayevin “Yazıçı tərəfindən bir neçə söz” adlı məqaləsi ilə açılır. Azərbaycan dilində verilmiş başqa bir yazı Bakı Darülfünunun Şərq fakültəsi müdərrislərindən Əziz Qubaydullinin “Xalid Səid haqqında” təqdimatıdır. “Yeni əlifba yollarında əski xatirə və duyğularım” əsəri 3 hissədən ibarətdir. Son hissə “Türküstanda istifadə edilən müxtəlif əlifbalar və onlara tarixi nəzər” adlı yarımbaşlığın təqdimi ilə bitir.