ANGARYA
ANILAR
OBASTAN VİKİ
Həqiqətin Anı (1984)
Payızın 17 anı
Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
Həqiqətin anı (film, 1984)
Payızın 17 anı (film, 2007)
Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
Baharın on yeddi anı (film, 1973)
"Baharın on yeddi anı" (rus. Семнадцать мгновений весны) — rejissor Tatyana Lioznovanın çoxseriyalı filmi. == Məzmun == Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir. Ştirlisin SD-də olan işi RSXA rəisi Kaltenbrunnerdə şübhə oyadır. O, gestapoya Ştirlisin əlaqələri ilə bağlı sakit və gizli yoxlama aparmağı tapşırır. Berlin yaxınlığındakı bombardmanda Ştirlisin əlaqələndiriciləri olan ailə – Ervin və Ketrin yaşayan ev dağılır. Ervin həlak olur. Hamilə Ketrin isə huşsuz vəziyyətdə Şarite klinikasına gətirilir.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi

Anıl Piyancı
Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili) == Həyatı == Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır. Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur. Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır.
Anıl Yüksel
Anil Yüksel (19 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 10 oktyabr 2016-cı ildə o, Dünya ATP reytinqində 494-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Anım Günü (Azərbaycan)
Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. == Tarixi == 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. == Anım Gününün təsis edilməsi == Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir.
Anın quruluşu (film, 1980)
Anın quruluşu filmi rejissor Rasim İsmayılov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya filmində əsasən Ədhəmin öz yurduna qayıtmasından və burada özünü önəmli adam kimi qələmə verməsindən bəhs edilir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Məmməd Məmmədov, Hacı İsmayılov, Anna Kamenkova, Vladimir Etuş, Olqa Barnet, Aleksandr Şarovski və Elxan Quliyev ifa edirlər. == Məzmun == Film bizim müasirlərimizin ciddi əxlaqi prinsipləri qoruyub saxlamalarının, ətrafdakıların inamını və hörmətini qazanmalarının vacibliyi haqqındadır. == Film haqqında == Film 1-ci kateqoriyaya layiq görülüb. == Filmin üzərində işləyənlər == Rejissor: Rasim İsmayılov Ssenarist: Rüstəm İbrahimbəyov Operator: Rasim İsmayılov, Yuri Varnovski Rəssam: Rafiz İsmayılov Bəstəkar: Azər Dadaşov == Rollarda == Məmməd Məmmədov — Ədhəm Hacı İsmayılov — ƏləkbərAnna Kamenkova — Aliyə Vladimir Etuş — qoca Bayramov Olqa Barnet — Nina Aleksandr Şarovski — Feliks Elxan Quliyev — Oqtay Tahir Yaxın — Ramiz Xalidə Quliyeva — Sona Ömür Nağıyev — Tofiq Mikayıl Mirzə — Eyvaz Səyavuş Nəbiyev — vunderkind Larisa Xələfova — vunderkindin anası == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Anıtkabir
Anıtqəbir (hərfi təcümədə "xatirə qəbir") — Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyidir. Ankarada yerləşən mavzoley 1941-ci ildə Türkiyə Hökumətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında tilmişdir. Mavzoleydə həmçinin 1973-cü ildə vəfat etmiş Türkiyənin ikinci prezidenti İsmət İnönü dəfn edilmişdir. Onun məzarı Atatürkün türbəsi ilə üzbəüz, Mərasim meydanının digər tərəfində yerləşir. Mavzoley 1966–1987 və 1997–2009-cu illərdə müxtəlif Türkiyə banknotları üzərində təsvir edilmişdir. == Tarixi == === Anıttəpə === Anıtqəbirin tikilməsindən öncə orada müşahidə məntəqəsi yerləşdiyinə görə hazırda abidənin yerləşdiyi Anıttəpənin adı Rasattəpə (Müşahidə təpəsi) idi. Dəniz səviyyəsindən 906 metr hündürlükdə yerləşən bu təpədə e.ə. XII əsrdə Anadoluda mövcud olmuş Frigiya dövləti dövrünə aid qəbirlər var idi. Ərazidə Anıtqəbirin inşa edilməsinə qərar verilməsindən sonra arxeoloji tədqiqat işlərinə başlanılmış və qəbirlər başqa əraziyə köçürülmüşdür. Qəbirlərdən aşkarlanmış artefaktlar isə Anadolu Sivilizasiyaları Muzeyinə təqdim edilmişdir.
Anıtqəbir

Bir anın həqiqəti (film, 2003)
== Məzmun == Filmdə 1994-1995-ci illər Azərbaycanda baş verən hadisələrdən danışılır. Siyasi triller janrında olan film iki aparıcı süjet xəttinə malikdir. Film 1994-cü ildə prezident yanında xüsusi şöbənin rəisi Şəmsi Rəhimovun öldürülməsilə başlayır və 1994-1995-ci illərdəki siyasi hadisələri əks etdirir. == Film haqqında == Kinolent 2 film, 12 seriyadan ibarətdir. Film İsa Nəcəfovun "Gecə yarısı qətl" romanının motivləri əsasında çəkilmişdir. Azərbaycan kino tarixində ilk dəfə bu filmdə prezident Heydər Əliyevin bədii obrazı yaradılıb. Film rejissor Ramiz Fətəliyevin quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər (titrlərdəki sıraya görə) === Əsərin müəllifi: İsa Nəcəfov Quruluşçu rejissor: Ramiz Fətəliyev İcraçı prodüser: Vaqif Əsədullayev Ssenari müəllifi: Elmira Axundova, Ramiz Fətəliyev Quruluşçu operator: Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Ələkbərov Orijinal musiqi bəstəkarı: Faiq Sücəddinov Kastinq: Rafiq Dadaşov Səs: Teymur Kərimov Səsləndirmə master-klass: Fəxrəddin Manafov Montaj edən: Nelli Dadaşova Videomontaj edən: Elşad Rəhimov Redaktor: Zülfiyyə Əhmədli, Rüstəm Fətəliyev Geyim rəssamı: Şahin Həsənli Əlbəsə rəssamı: Şahin Həsənli Qrim ustası: Elbrus Vahidov (Elbrus Vaqidov kimi) Kompüter qrafikası: Samir Fərzəlibəyov Yönəldici prodüser: Eyyub Məmmədov Təşkilati işlər üzrə koordinator: Elman Əsədullayev, Ceyhun Nəsirov Televersiyanın ideya müəllifi: Elmira Axundova, İsa Nəcəfov Rejissorun 1-ci assistenti: Venera Xəlilova Rejissorun 2-ci assistenti: Hacı Əliyev Rejissor köməkçisi: Jalə Pariyab İkinci operator: Əli Sultanov Sualtı çəkiliş: Yuri Varnovski Operator assistenti: Asif Şıxəliyev Fotoqraf: Namiq Məmmədov, Natiq Məmmədov İşıq ustası: Tahir Bağırov, Əliağa İbrahimov İşıqçı: Xəqani Abdullayev, Şəmsi Qədirov, Rövşən Vahabov, Adil Dadaşov Səs operatoru: Emin Nəsirli (Emin Nəsirov kimi) Sinxron səslər: Əliqulu Səmədov Qrim üzrə assistent: İlqar Cəfərov, Babək Rüstəmov, Eldar İsrafilov Pirotexnik: Əlibala Məmmədov Dekorasiya üzrə rəssam assistenti: İlyas Səfərov Kostümer: Mariya Anisimova Mühasib: Əzizə Şahbazova Kargüzar: Dilarə Fətəliyeva Hüquqi xidmət: Vladimir Drokin Kompüter xidməti: Emil Quliyev Mebel təminatı: Mehman Məmmədov Nəqliyyat təminatı: Yaşar Sadıqov Tərcümə: İntiqam Qasımzadə Tərcümə redaktəsi: Yeganə Musazadə Türk dilindən mətnlərin redaktəsi: Mustafa Çap Kompüter çapı: Nigar Fətəliyeva Trüklərin quruluşu: Əli Məmmədov Trüklərin icraçısı: Əli Məmmədov Kaskadyor: Əhməd Cəfərov, Zaur Qurbanov Mətn düzülüşü: Eldəniz Rəsulov Kadrarxası mətn: Rafiq Əliyev (II) Dilli alətlərdə solo: Faiq Sücəddinov Saksofonda solo: Rain Sultanov Balabanda solo: Şirzad Fətəliyev(Şirzad kimi) Vokal: Mehriban Zəki, Dinarə Əliyeva, Faiq Sücəddinov Mahnıların mətni: Nəbi Xəzri, Şərqiyyə Seyidbəyli Musiqini lentə alan: Faiq Babayev Loqotip: Həbib Axundov İnzibatçı: Azər Məmmədov, Fəxri Əsədullayev, Murad Dadaşov Xüsusi avtomobil sürücüsü : Roman Lizqar, Etibar Həbibov Ofis işi: Zərifə Qasımova Dekorasiya tərtibatı: İqor Lizqar, Sədrəddin Balaverdiyev, Muxtar Hüseynov, Əliağa Əliağayev, Zöhrab Axundov, Səbuhi Kərimli, Rəfi Həbibov, İlham Rəsulzadə, Musa Şibiyev Hərbi məsləhətçi: Rasim Əliyev === Rollarda === === Filmi səsləndirənlər === Rəfael Dadaşov — Heydər Əliyev (Aleksandr Baluyev) Eldəniz Rəsulov — Rəsul Quliyev (Rüfət Acalov) Ömür Nağıyev — Şükür Rzayev (Elxan Ağahüseynoğlu) Hacı İsmayılov — Ramil Usubov (Paşa Balacanov) Məbud Məhərrəmov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Anıtqəbirin tarixi
Ankara ilinin Çankaya ilçəsində yerləşən və Mustafa Kamal Atatürkün məqbərəsinin yer aldığı bina kompleksi olan Anıtqəbirin tikilməsi ideyası, Atatürkün 1938-ci il 10 noyabrda ölümündən sonra yaransa da, Atatürkün nəəşinin Ankarada bir məqbərə tikilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalmasına qərar verildi. Məqbərənin tikiləcəyi yeri müəyyən etmək üçün hökumət tərəfindən komissiya yaradıldı. Hazırlanan hesabata uyğun olaraq Cümhuriyyət Xalq Partiyası parlamenti qrupunun 1939-cu il yanvarın 17-də keçirilən iclasında binanın Rasattəpədə tikilməsinə qərar verildi. Bu qərardan sonra, binanın dizaynını müəyyən etmək üçün 1941-ci il 1 martda beynəlxalq layihə müsabiqəsi elan edildi. 2 mart 1942-ci ildə başa çatan müsabiqənin qiymətləndirilməsi nəticəsində bəzi dəyişikliklərlə Emin Onat və Orhan Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildi. Təqdim olunan ikinci layihədə bir daha edilən dəyişikliklərdən sonra memarların yaratdığı üçüncü layihənin 4 iyul 1944-cü ildə İctimai İşlər Nazirliyi ilə memarlar arasında imzalanmış müqavilə ilə icra mərhələsinə keçildi. Anıtqəbrin tikintisinə 1944-cü il 9 oktyabrda təməlqoyma mərasimi ilə başlanıldı. Dörd mərhələli tikinti prosesinin ilkin mərhələsinə ərazidə qruntların hamarlanması və xiyabanın divarlarının tikintisi daxil idi. 4 sentyabr 1944-cü ildə açılan tender nəticəsində məsuliyyəti Hayri Kayadelənə məxsus Nurhayr şirkəti öz üzərinə götürdü. 1945-ci ilin sonunda tamamlanacaq birinci hissədə tikinti işləri davam edərkən, 1945-ci il avqustun 18-də tikintinin ikinci hissəsi üçün tender elan edildi.
Anım Günü (ABŞ yaponları)
Anım Günü (追憶の日, Tsuioku no hi) – İkinci Dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiyasının xatirəsini anma günü. Hər ilin 19 fevral tarixində ABŞ yaponları tərəfindən qeyd olunur. ABŞ prezidenti Franklin Ruzvelt 19 fevral 1942-ci ildə 9066 saylı qərarnaməni imzalamış və bu sənəd ABŞ yaponlarının internasiyası üçün hüquqi əsas olmuşdur. == Tarixi == === İlk tədbir === İlk Anım Günü 25 noyabr 1978-ci ildə Sietl şəhərinin yerli yaponəsilli sakinləri tərəfindən keçirilmişdir. Məqsəd internasiya qurbanları üçün kompensasiyanın ödənilməsi və hökumətin üzr istəməsi məsələlərində medianın diqqətini cəlb etmək və ictimai dəstəyi qazanmaq idi. Çinəsilli ABŞ aktivisti Frenk Çinin təşəbbüsü ilə təşkilatçılar Anım Gününü fevral yox, noyabr ayında keçirilməsinə qərar vermişdilər. Fren Çin film prodüseri Frenk Abe, Yaponəsilli Amerikalılar Vətəndaş Liqası üzvü Henri Miyatake və digərləri ilə əməkdaşlıq edərək Anım Gününün tədbirlərini planlaşdırılmışdır. 2000-dən çox iştirakçı Siks stadionunda görüşərək 1942-ci ildə yaponəsilli amerikalıların toplanıldığı keçmiş Harmoniya düşərgəsinə yürüyüş etmişdirlər. İştirakçılar 1942-ci ildə internasiya olunmuş şəxslərin taxdıqlarına oxşar olan sarı etiketlər taxmışdılar. Monika Sone, Qordon Hirabayaşi, Şosuke Sasaki, aktyor Pat Morita kimi şəxslər tədbirdə çıxış etmişdirlər.

Digər lüğətlərdə