XATİRCƏM

sif.zərf [ ər. ] Arxayın, sakit, rahat, asudə. Xatircəm yaşamaq.
[Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Ə.Haqverdiyev.
Şahsənəm çolpa-cücələrini qanadının altına alıb, xatircəm yatmışdı. S.M.Qənizadə.

□ Xatircəm etmək – arxayın etmək, sakitləşdirmək.
Kosa klub müdirini xatircəm edib geri qaytardı. S.Rəhimov.

Xatircəm olmaq – rahat olmaq, arxayın olmaq, sakit olmaq.
[Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. Aşıq Qərib”.
Şah övrət-uşağı tərəfindən xatircəm oldu. M.F.Axundzadə.
[İsmət:] Getmiş, mollanı bulsun; Məktubu oxutsun, xatircəm olsun. H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XATİRCƏM xatircəm bax arxayın 1
  • XATİRCƏM əmin — arxayın
  • XATİRCƏM möhkəm — qəti — əzmli
XATİRAT
XATİRCƏMLİK

Digər lüğətlərdə