Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lavaldan
Lavaldan (fr. Lavaldens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38207. Kommunanın 1999-cu il üçün əhalisi 139 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 959 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Havaşan
Havaşan (fars. هاواشان‎ ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Havadan yanğınsöndürmə
Havadan yanğınsöndürmə meşə yanğınları ilə mübarizə üçün təyyarələrin istifadəsidir. Meşə yanğınlarını söndürmək üçün təyyarə və vertolyot kimi aviavasitələrdən yanğınsöndürmə vasitələri atılır. Yanğınla mübarizədə istifadə olunan kimyəvi maddələrə su, köpüklər və gel kimi su artırıcıları və Phos-Chek kimi xüsusi hazırlanmış yanğın inhibitorları (yanğın qabaqlayıcı) daxildir.
Yaraşdın mənə (mahnı)
Yaraşdın mənə — azərbaycanlı müğənni Aygün Kazımova və azərbaycanlı reper-müğənni Raufun duetidir. Mahnı "SS Production" və "Mərkəz Production" tərəfindən hazırlanıb. Mahnıya klipi rejissor Nicat Məlikov çəkmişdir. == Mahnı haqqında == Sözləri və musiqisi Nicat Məlikova aiddir. Layihənin musiqi prodüseri Fərid İsmayılovdur. Mahnının səs prodüseri bəstəkar İsmayıl Əsədovdur. Mahnının səs uzlaşması və masterinqi Ramin Vəlibəyova aiddir. == Klip haqqında == 1920-ci illərin retro tərzini və "Böyük Getsbi" filmini xatırladan "Yaraşdın mənə" mahnısının klipinin rejissorluğunu da Nicat Məlikov öz üzərinə götürüb. Aygün Kazımovanın obrazı üzərində tanınmış stilist dizayner Rüfət İsmayıl, makyajı üzərində isə Ruxa çalışdı. Rauf isə öz geyimlərini KNGRL brendindən seçib, görkəmini Kadır Amirə etibar edib.
Məni yaradan alim
Yavaşca Şahin Paşa
Yavaşca Şahin Paşa (ö. sentyabr 1465) — II Mehmed səltənətində xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əsli və doğum tarixi barədə məlumat yoxdur. Dərya bəylərindən olub, Konstantinopolun fəthi əsnasında Süleyman bəy və Həmzə bəy idarəsindəki donanmada iştirak etmişdir. Fəthin ardından vəfat edən Süleyman bəyin yerinə 1458-ci ildə kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1465-ci ilin sentyabrında vəfat etdi. Cənazəsi Uzunçarşı (Əminönü) məhəlləsində inşa etdirdiyi məscidin həyətinə dəfn edildi. == Mənbə == Sicill-i Osmani V, səh.
Yaşadan, yaşayan Yaşar
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.
Bəs Yaradan ölmüşdü? (kitab)
Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı.Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub.New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır. == Məzmun == "Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər? Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır. Kitabda kosmologiya, hüceyrə biologiyası, DNT, insan şüuru, astronomiya, fizika sahəsində çox maraqlı tədqiqatlarla, təkzibedilməz faktlarla tanış olacaqsınız. Gəncliyində ateist olmuş və daha sonra dinə üz tutmuş Strobel kitabın ana sualını bu şəkildə qoyur: Bir zamanlar məni ateizmə sürükləmiş elmin beynimdə yaranan suallara verə biləcəyi cavab varmı, yoxmu?
Havadan müstəqil hərəkət sistemi
Havadan müstəqil hərəkət sistemi (və ya hava müstəqil itələmə sistemi) (İngilis dilində: Air-independent propulsion və ya qısaca AIP) oksigen kimi yanan qaza ehtiyac duymayacaq formada, xarici yanma mühərriki kimi bir növ mühərrik olan Stirlinq mühərriki ilə sualtı qayıqlar kimi su nəqliyyat vasitələrinin su altında daha uzun müddət saxlanmasını təmin etmək üçün hazırlanmış bir enerji istehsalı sistemidir. Saxlanılan hava qarışığının köməyi ilə daxili yanma mühərrikləri ilə müqayisədə daha uzun müddət və çox qızmadan işləyə bilən bir stirlinq mühərriki, sualtı qayıq hərəkəti və digər sistemlərin işləməsi üçün zəruri olan, avtomobilin batareyaları üçün zəruri olan elektrik axınını güc mənbəyinə hərəkət enerjisi ilə təmin edir.
Adına yaraşan ömür... (film, 2013)
Adına yaraşan ömür... filmi rejissor Röyal Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir. Münəvvər Kələntərli 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın filmə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.Film mərhum aktrisanın ölümünün 50 illiyinə həsr edilmişdir.
Məni yaradan alim (film, 2020)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. == Süjet xətti == 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yuvadan quş uçdu (teleserial, 2003)
Yuvadan bir quş uçdu — 2003-cü ildə TRT 1-də yayımlanmış, Samet Polatın rejissorluğu və Kemal Başar ilə İşıl Özgentürkün ssenarisini yazdığı dram serialdır. 13 bölümün ardından finalı olmuş və efirdən qaldırılmışdır.
Şeytanla savaşan Müqəddəs Mikayıl (Rafael)
Şeytanla savaşan Müqəddəs Mikayıl (it. San Michele sconfigge Satana) - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Şeytanla savaşan Müqəddəs Mikayıl əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.