1. Səs çıxarmayan, səs çıxarmadan, asta(dan), yavaş(dan).
Lakin [Nuriyyənin] balaca qəlbi səssiz, lal nəğmələr oxuyaraq məchul bir ümidlə yaşadı.
O səssiz nəğmələri; Suların qucağından; Qopara bilsin gərək.
// Dinməz, dinməz-söyləməz, kirimiş, susmuş (halda).
Yusif və Bahadır gözlərini silib xeyli vaxt səssiz oturdular.
Gövhər nənə səssiz hər bir masanın kənarına bir stəkan çay qoyub qayıdırdı.
2. Sakit, səs-küysüz, sükut içində.
Hər saat dolanır bir dəqiqə tək; Səssiz gecələrin ömrü gödəlir.
Kənd səssiz bir halda məzar sükutu içində yatırdı.