□ Tərənnüm etmək – 1) gözəl səslə yavaşdan oxumaq. Quşlar tərənnüm edir;
2) nəğmələrdə, mahnılarda, şeirdə təsvir etmək, şöhrətləndirmək. Əmək igidliklərini nəğmələrdə tərənnüm etmək.
– Xalq [Səfəri] …igid, mərd, ədalətli bir adam kimi tərənnüm edirdi.
El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular.