Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səkkiz
Səkkiz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Yeddidən sonra, doqquzdan əvvəl gəlir. == Ümumi məlumat == Əski təsəvvurləri qoruyub cağımıza catdıran mənbələrdə elə səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin ufuqi və şaquli vəziyyətini simvollaşdırır. Bundan savayı, bəzi turk xalqlarının mifoloji inamlarına gorə, səkkiz sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada gorə, dord kimi səkkiz də yeraltı aləmin, gecənin, qışın simvoludur. Səkkiz sayının sehrli məna daşımasına, dunyanın ufuqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli duşunmuş və butun kainatı nurlandıran Gunəşi də elə səkkizşualı təsəvvur etmişlər. Yəni Gunəşin səkkiz şuası dunyanın səkkiz guşəsinə istilik, işıq paylayır. Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan Dovlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.
Sənsiz
Sənsiz (romans)
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Altmış səkkiz
Altmış səkkiz — say sistemində ədədlərdən biridir. Altmış yeddidən sonra, altmış doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Doxsan səkliz
Doxsan səkkiz — say sistemində ədədlərdən biridir. Doxsan yeddidən sonra, doxsan doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On səkkiz
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz səkkiz
Otuz səkkiz — say sistemində ədədlərdən biridir. Otuz yeddidən sonra, otuz doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Sənsiz (1968)
== Məzmun == Film görkəmli dövlət xadimi, istedadlı yazıçı-dramaturq, alim Şıxəli Qurbanova ithaf olunmuşdur. Qısa, lakin mənalı həyat yolu keçmiş unudulmaz Şıxəli Qurbanov haqqında kino materialları nisbətən azdır. Buna baxmayaraq tamaşaçılar kino vasitəsilə onun yazdığı kitablarla tanış olur, müxtəlif ictimai tədbirlərdə etdiyi çıxışları eşidir, ünsiyyət bağladığı bəzi adamları görürlər. Filmdə Ş. Qurbanovun "Sənsiz" və "Milyonçunun dilənçi oğlu" əsərlərindən parçalar da verilmişdir.
Sənsiz (1991)
== Məzmun == Film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ömrünün son günlərini və dəfn mərasimini ekranda canlandırır. == Film haqqında == Film Üzeyir Hacıbəyovun Ev Muzeyinin sifarişi ilə çəkilmişdir.
Sənsiz (albom)
== Albom haqqında == "Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. == Sözləri == Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Səssiz Film
Səssiz film — sinxron səs yazılışı olmayan, sadəcə dialoqlardan ibarət olan film. == Tarixi == Belə filmlərin texnologiyası 1860-cı illərdə ixtira olunmuşdur. İlk səssiz film 1888-ci ildə çəkilmişdir. Amerikalı məşhur kinorejissor və prodüsser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada ekranda əks etdirən Qriffis indiki dövrdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi, film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi. Birinci dünya müharibəsi sonrası yorğun və dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış "UFA" adlı şirkət alman kinosunu Veymar Cumhuriyyəti dövründə (1919-1933) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi "Ernst Lubitsch’in Madame Du Barry" (1919) və "Anna Boleyn" (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin "Doktor Kaliqarinin müayinəxanası" (Das Kabinen des Dr.Caligari) (1919) filmi oldu. Bu filmdə səhnələr qəhrəmanların iç dünyalarını əks etdirə biləcək şəkildə uyğunlaşdırılmış, dekor, işıq və başqa elementlər filmin mövzusunu və duyğu tonlarını göstərəcək formada, sanki plastik bir ləvazimat kimi yoğrulmuşdu.
Səssiz ev
Səssiz ev — Orxan Pamukun Cövdət bəy və oğullarından sonra yayımlandığı ikinci romanı(1983).Roman 3 nəfərin nənələrini ziyarət etmək üçün İstanbul yaxınlığındakı Cənnəthisar qəsəbəsində keçirdikləri həftəni anlatır. == Ümumi == Səssiz ev romanı 32 fəsildən ibarətdir. Hər bir fəsil bir obrazın dilindən izah edilir. Roman qurğusunda göründükləri sıra ilə beş anlatıcının adları belədir: Rəcəb, Böyükxanım, Həsən, Fərrux, Metin. İlk fəslin anlatıcısı Rəcəb, son fəslin anlatıcısı isə Böyükxanımdır. Anlatıcıların hər birinı düşən fəlis sayı, çoxdan aza doğru belədir: Həsən (8bölüm), Böyükxanım (7bölüm), Rəcəb (6bölüm) , Fərrux (6bölüm), Metin (5bölüm). İzah etdikləri fəsillər əsasında obrazlar: == Yer və zaman == Yer: Cənnəthisar Zaman: İyul 1980. Hadisələr 12 sentyabr 1980 hərbi çevrilişindən təxmini bir ay əvvəl baş verir. Ona görə də roman böyük bir siyasi gərginliyin izlərini daşıyır. == Süjet == Behcet Necatigil "Ədəbiyyatımızda əsərlər sözlüyü" kitabında səssiz evin süjetini belə ümumiləşdirir: •Roman Gebzeyə bağlı Cənnəthisarda köhnə, böyük, səssiz bir evdə başlayır.
Səssiz zona
Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur. == Tarix və əfsanələr == Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur.1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi. NASA raket mühəndisi Vernher fon Braun hadisəni öyrənmək üçün əraziyə göndərilmişdi.
Yetmiş səkkiz
Yetmiş səkkiz — say sistemində ədədlərdən biridir. Yetmiş yeddidən sonra, yetmiş doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi səkkiz
İyirmi səkkiz — say sistemində ədədlərdən biridir. İyirmi yeddidən sonra, İyirmi doqquzdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli səkkiz
Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür.
Seksizm
Seksizm (ing. sexism lat. sexus "cins") — insanlara qarşı qərəz və qərəzlərin məcmusu və ya insanlara cinsinə görə ayrı-seçkilik; müəyyən cinsdən olan insanlara qarşı qərəz, mənfi münasibət və ya antipatiya.Baxmayaraq ki, kişilərə qarşı da seksizm var, amma ən çox bu termin qadınlara qarşı ayrı-seçkilik mənasında işlənir. Seksist xurafat bütün dünyada, o cümlədən nisbətən demokratik və eqalitarist hesab edilən müasir cəmiyyətlərdə belə rast gəlinir . O, ailə, təhsil, səhiyyə, din kimi müxtəlif sosial institutların bir hissəsidir və siyasət, iqtisadiyyat, media, incəsənət və dil kimi müxtəlif sahələrdə mövcuddur. Seksizm ideologiyası kişi və qadını bir-birinə qarşı qoyur, onlara əks xüsusiyyətlər aid edir. Bəzi formalarda kişilərin üstünlüyünə, qadınların tabeliyinə haqq qazandırır, bu bərabərsizliyin təbii mənşəyini irəli sürür. Həmçinin müasir cəmiyyətlərdə qadınlara qarşı ayrı-seçkiliyin keçmişin problemi olduğu, gender bərabərsizliyi və ya qadınların öz hüquqlarını müdafiə etmək cəhdləri ilə bağlı məlumatlara mənfi reaksiyalar olduğu qənaəti də geniş yayılmışdır. == Konsepsiya və tərifin tarixi == "Seksizm" sözü ABŞ- da " ikinci dalğa " feminist hərəkatının üzvləri tərəfindən istifadəyə daxil edilmiş və onu " rasizm ", yəni irqçilik sözü ilə bənzətmə yolu ilə formalaşdırmışdılar. Feminist nəzəriyyə və gender tədqiqatları çərçivəsində inkişaf etdirilən cinsiyyətçilik anlayışı zamanla sosial və humanitar elmlərdə geniş yayıldı.
Seksi
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Boğaz seksi
Boğaz seksi — cinsi əlaqənin bir növü. Oral olaraq edilir. Bu seks növü Fellationun bir versiyasıdır. Termin ereksiya halında olan penisin digər cinsi partnyorun ağız nahiyəsindən boğazına qədər məcburi bir formada salınması ilə baş tutan cinsi əlaqə növü üçün istifadə edilir. Bəzən oral və yaxud da anal əlaqə yerinə yalnız bu üsulla qarşı tərəfin orqazmına qədər bu proses davam etdirilir. Boğaz seksində ereksiya halında olan penisin boğazın arxasına çatması üçün kifayət qədər uzun olması vacibdir. Olduqca çətin seks növü olan dərin boğaz seksində (deep throat) bəzi insanlar öyümə refleksi verə bilir, bəziləri isə qarşısındakı cinsi partnyorunun orqazmına qədər penis başını əmərək bu formada bu seks növünü həyata keçirirlər . Əlaqə digər seks pozaları ilə davam etdirilə bilər. Boğaz seksi 69 seks pozasında da davam etdirilə bilər. Ümumiyyətlə, boğaz seksi üzərində edilən şəxs nəzarətdə olur və boğaz seksi etdirən şəxsi öz istəyi ilə istiqamətləndirir.
Hava seksi
Hava seksi (エアセックス, Ea sekkusu) – Yaponiyada ixtira edilmiş performans sənəti. Paltar geyinmiş kişi və ya qadın iştirakçılar xəyali, yəni olmayan partnerlə sekslə məşğul olmağa çalışırlar. Hava seksi məşğuliyyəti 2006-cı ildə sevgilisi olmayan bir qrup yapon oğlan tərəfindən ixtira edilmişdir. == Tarixi == Məşğuliyyət 2006-cı ildə Yaponiyanın "Weekly Playboy" jurnalı, daha sonra ingilisdilli "Mainichi Daily News" veb-saytı tərəfindən işıqlandırılmışdır. 2007-ci ilin yanvarında isə YouTube-a "Hava seksi üzrə dünya çempionatı" videosu yüklənmişdir. BBC Three kanalında yayımlanan "Yapanorama" sənədli serialı 2007-ci ilin martındakı bir epizodunu hava seksinə həsr etmişdir. == Müsabiqələr == Hava seksi məşğuliyyətinin ABŞ-da populyarlıq qazanmasından sonra ABŞ-də hava seksi üzrə müsabiqələr keçirilməyə başlanmışdır. 2008-ci ildə keçirilmiş hava seksi müsabiqəsinin qalibi Sed Lerry adlı şəxs olmuşdur. 2009-cu ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində "Alamo Drafthouse" tərəfindən Hava Seksi üzrə Dünya Çempionatlarına start verilmişdir.Hava seksi məşğuliyyəti ilə məşğul olarkən müxtəlif qaydalar tətbiq oluna bilər. Çılpaqlığa icazə yoxdur, orqazm saxta olmalıdır.
Qrup seksi
Qrup seks — ikidən daha artıq şəxsin birlikdə cinsi əlaqədə olması. Fərdlər arasında heç bir cins məhdudiyyəti yoxdur. Qrup seksə pornoqrafik filmlərdə tez-tez yer verilir. == Növləri == Ümumi olaraq 2-dən artıq fərdin cinsi əlaqədə olması qrup seks adlandırılsa da, bəzi növlərinin xüsusi adları vardır: Qızçiçəyi zənciri - bir qrup iştirakçı bir-birinə dairəvi formada cunnilingus və ya fellatio edir. Hər bir iştirakçı "verici" və "alıcı" rolunda çıxış edir; Üçlü (üçləmə) — 3 şəxsin cinsi əlaqədə olması; Dabl penetrasyon — iştirakçılardan biri qadın, ikisi erkəkdir. Erkək fərdlər qadınla eyni anda həm vagina, həm də anus yolu ilə cinsi əlaqədə olurlar; Dördlü — 4 şəxsin cinsi əlaqədə olması; Dəstə patlaması (toplu təcavüz) — eyni insanla eyni vaxtda və ya sırayla seks edən çox insanlar == Risklər == == Yayılım == 2015-ci ildə ABŞ-də keçirilən anket sorğusunun nəticələri kişilərin qadınlardan daha böyük faizlə ömür boyu üçlü və ya qrup sekslə məşğul olduqlarını müəyyən etdi.
Seksi cazibə
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Gecələr sənsiz (mahnı)
Gecələr sənsiz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri müğənni Elnarə Xəlilovaya, musiqisi isə İsa Məlikova aiddir. Mahnı R&B janrındadır. Azərbaycan musiqisində R&B janrında ifa olunan ilk mahnılardan biridir. Mahnı təqdim olunduğu zaman dinləyicilərin diqqətini çox da cəlb etməmişdir. Bunu nəzərə alan Aygün Kazımova mahnını Pop janrında 2007-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda verdiyi "Öpsən" adlı konsertində ifa etmişdir.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Vergi ödəyiciləri == Azərbaycan Respublikasında aksizli malların istehsalçıları; Azərbaycan Respublikasına aksizli malların idxalçıları; Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;Aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir. Aksiz dərəcələri təyinolunma üsuluna görə Dəyişilməz Məxsusi - icbari məbləğlərdə Advalorem - faizlərlə olur.Bütün əmtəə növlərinə (zərgərlik məmulatı və təbii qazdan savayı) məxsusi Aksiz dərəcələri təyin edilir. Tarif dərəcələrinə görə Vahid Aksiz — sortları keyfiyyət və qiymət baxımından az fərqlənən mallar üçün, Diferensiallaşdırılmış Aksiz — keyfiyyətə görə təsniflənən mallar. Məsələn: tündlüyünə görə şərablar üçün Orta Aksiz — sortları müxtəlif qiymət səviyyəsində olan eynicinsli mallar.
Şəkil
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Xəkriz (Biləsuvar)
Xəkriz (fars. خاكريز‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (44 ailə).
Xəkriz (İcrud)
Xəkriz (fars. خاكريز‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (41 ailə).
Şəmsir (Meşkinşəhr)
Şəmsir (fars. شمسير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (53 ailə).
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər.Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər. Nefrogenik şəkərsiz diabet.
Sekişo
Sekişo (関所), qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri. Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu. == Tarixi == Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu. İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu. Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı. İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər.Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir. Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar. Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı. Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar. Bu sekişolar mal və nəqliyyat axınına mane olduğu üçün Oda Nobunaqa və Toyotomi Hideyoşi tərəfindən ləğv olunmuşdur.
Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis — müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik olub, törədicinin növündən asılı olmayaraq bədənin özünəməxsus cavab reaksiyası və eyni tipli kliniki mənzərə ilə özünü büruzə verir. == Mərhələləri == Sepsis — bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir. Bakteriemiya (septisemiya) — qan dövranında canlı bakteriyalar və onların toksinlərinin olmasına deyilir. Sepsisin sonrakı kliniki gedişi bədəndə olan irinli iltihab ocağına və oradan başlayan bakteriemiyaya ayrı-ayrı üzv və sistemlərin cavab reaksiyası ilə təzahür edir. Üzv və sistemlərin iltihaba və ağır zədələnmələrə cavab reaksiyası sindromu — aşağıda göstərilən əlamətlərlə özünü büruzə verir: bədənin hərarəti 38°C-yə qədər yüksəlir, yaxud 36° C-dən aşağı düşür; nəbz vurğusu 90-ı keçir; tənəffüsün sayı 20-ni ötür, yaxud karbon qazının parsial təzyiqi qanda 32 mm civə sütunundan aşağı olur; qanda neytrofil leykositlərin sayı 12.109/l-dən yuxarı, yaxud 4.109/l-dən aşağı olur; çubuq nüvəli leykositlərin sayı artır, sola meyllilik müşahidə olunur. Sadalanan əlamətlərdən 2 və artığı xəstədə qeyd edildikdə həmin sindrom müəyyən edilir. Yeni terminologiyaya görə sepsis müvafiq infeksiya ocağı olduğu halda inkişaf edən iltihaba sistemli reaksiya sindromudur.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şekspir
Vilyam Şekspir (ing. William Shakespeare; təq. aprel 1564, Stratford-Apon-Eyvon[d], İngiltərə krallığı – 23 aprel (3 may) 1616[…], Stratford-Apon-Eyvon[d], İngiltərə krallığı) — İngilis şairi, yazıçısı və aktyorudur. İngilis dilində yazan ən böyük şair və dünyaca dram yazıçısı olaraq qəbul edilmişdir. Adətən İngiltərənin milli şairi və "Avon şairi" olaraq bilinir. Günümüzə çatan əsərləri, bəzi birgə yazılanlarla birlikdə 38 əsər, 154 sonet, iki uzun hekayə şeir və bir neçə mənbəsiz şeirlər əhatə eləyir. Əsərləri bütün böyük dillərə çevrilmiş və digər əsər yazarlarından daha çox sərgilənmişdir. Şekspir Stratford-upon-Avonda dünyaya gəlmiş və böyümüşdü. 18 yaşında Anne Hathaway ilə evlənmiş və üç uşağı dünyaya gəlmişdi: Susanna və əkizlər Hamnet ilə Judit. 1585 ilə 1592-ci illər arası, Londonda bir aktyor, yazıçı və Lord Chamberlain's Men(sonraki adı King's Men) bir teatr şirkətinin sahibi olaraq uğurlu bir karieraya başladı.