Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
== Məzmun == Çoxseriyalı televiziya kinosalnaməsində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı tarixi yol ekranda canlandırılır: 1926-cı ildə Bakıda ilk dəfə radionun fəaliyyətə başlaması, 1933-cü ildə Lökbatanda güclü neft fontanı vurması, Bakı neftçilərinin və bütövlükdə Azərbaycan xalqının 1941–1945-ci illər müharibəsi dövründə arxa və ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra Sumqayıtda, Mingəçevirdə, Daşkəsəndə, Neft Daşlarında və Azərbaycanın digər şəhərlərində aparılan tikintilər və s. haqda söhbət gedir. Biz ekranda dahi bəstəkar Üzeyir Hacıbəyovu mikrofon qarşısında, evdə, konservatoriyada görürük. Görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operasına ilk baxışı, "Azad Qadın" abidəsinin açılış mərasimlərini izləyirik. Filmdə respublikamızın həyatı ilə bağlı bu və digər hadisələr barəsində də ətraflı danışılır. == Seriyalar == I seriya: Film 1917–1925-ci illərin hadisələrini əhatə edir. II seriya: Film 1926–1932-ci illərin hadisələrini ekranda canlandırır. III seriya: Film 1933–1940-cı illərin hadisələrini əks etdirir. IV seriya: Film 1941–1945-ci illərin hadisələrini əhatə edir. V seriya: Film 1946–1958-ci illərin hadisələrini ekranda canlandırır.
Sellik manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Ellik yaşayış yeri
Еllik yаşаyış yеri — Ахаmət kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin ərаzisi əkin sаhəsinə çеvrildiyindən mədəni təbəqə tаmаmilə dаğılmış, аbidə ilkin fоrmаsını itirmişdir. Yаşаyış yеrinin ərаzisində аpаrılаn аrаşdırmаlаr zаmаnı kül yığınlаrı, bаd qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrünə аiddir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XVI-XIX əsrlərə аiddir. Еhtimаl ki, yаşаyış yеrində dаhа əvvəlki dövrlərdə də yаşаyış оlmuşdur. Аbidəni XIV-XIX əsrlərə аid еtmək оlаr.
Cillik
Cillik — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cillik Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi Cillik adlanan yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Cil bataqlıqda, rütubətli yerdə bitən bitkinin adıdır. Ərazi bu bitki ilə örtüldüyü üçün belə adlandırılmışdır.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Əxilik
Əxilik — İslamda sufi təriqətlərindən biridir. Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyükk sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Səlik
Səlik və ya Sellik — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 34 evdə 70 nəfəri kişilər, 54 nəfər isə qadınlar olmaqla 124 nəfər şiə islam inanclı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan sakinlərin sayı 1,811 nəfər olub. Etnik tərkibinə əsasən kənd əhalisi əsasən azərbaycanlılardan, qismən darginlərdən və tabasaranlılardan ibarətdir. Bu kəndin ilk əhalisi olan tərəkəmələr Şirvan ərazisindən köçüb gəlmədirlər.
Əsrik
Əsrik nahiyəsi
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) - əvəlik cinsinə aid bitki növü. == Sinonim == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Əsalim mahalı
Əsalim mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Gilan xanlığı, şərqdən Xəzər dənizi, qərbdən isə Xalxal xanlığı ilə həmsərhəd idi. Şimaldan Qorqanrud mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə Əsalim Türkmənçay sülhündən sonra İrana verilmişdir. Rus tarixçiləri isə bu ərazinin Gülüstan sülhündən sonra İranda qaldığını qeyd edir. Hazırda da bu ərazi eyni adla Gilan ostanının tərkibindədir.
Əvəlik aşı
Əvəlik aşı — Azərbaycanın milli xörəklərindən biridir. Ağbaba mahalında, Azərbaycanın bölgələrində və Türkiyənin Qars vilayətində yaşayan Azərbaycanlılar arasında məşhurdur. == Tərkibi == əriştə əvəlik soğan lobya yağ istiot qatıq (qurut) sarımsaq == Hazırlanma qaydası == Bir gün əvvəlcdən quru lobya bol suda isladılmaq üçün buraxılır. Soğan doğranır, yağda yüngül qızardılır. Bir gün əvvəlcədən islağa qoyulmuş lobyalar süzülüb yuyulur. Yağla soğana əlavə edilir və biraz su qoyularaq qaynadılır. Bu arada əvəlik doğranır və üzərinə qaynar su tökülür. Lobya bişdikdən sonra əvəlik əlavə edilir. Biraz qaynadıqdan sonra əriştə də əlavə edilir. Az qaynadılır.
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Əvəlik şorbası
Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. == Tərkibi == 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər == Hazırlanması == Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Əlli
Əlli — say sistemində ədədlərdən biridir. Qırx doqquzdan sonra, əlli birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 10, 25 və 50 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == == Digər sahələrdə == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
Salik qanunu
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Sulik (Urmiya)
Sulik (fars. ‎‎‎سوليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (41 ailə).
İllik amplituda
İllik amplituda– aylar ərzində meteoroloji elementləri (atmosfer təzyiqi, temp-r və s.) ən yüksək kəmiyyəti ilə ən aşağı kəmiyyəti arasında fərq. İllik amplituda orta və mütləq kəmiyyətlər arasında ola bilər. İllik amplituda çoxillik məlumata əsasən hesablanır.
İllik hesabat
İllik moren
İllik moren-(rus. морена годичная, ing. annual moraine) xırda lüləşəkilli /valşəkilli/ son moren tirələri olub, adətən bir-birinə paralel yerləşir, intensiv deqlyasiyasiya prosesi zamanı buzun tez geri çəkilməsi şəraitində buzlağın kənarının illik vəziyyətinin ardıcıl dəyişməsini göstərir. İ. m. adətən dil şəkilli hövzələrə uyğun gələn iri göllərin sahilində yerləşir.
Əsrik (Kəlbəcər)
Əsrik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salmışdır. == Yaylaqlar == Qulu bəyin yurdu, Qaragüney yurdu, Ağgüney yurdu, Uzunkalafa yurdu, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatınoğlunun yurdu, Dükanlı yurd, Ağbulaq yurdu, Hacımahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar yurdu, Qaynarbulaq yurdu, Alançıqqaya yurdu, Aşağı yurd. == Bulaqlar == Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıçılıq qayasından çıxan su, Neftlı bulaq, Əhəngyanan bulaq, Qaratel bulağı, Şahnisə bulağı. == Məşhur yerlər == Mozgörükən, Donuzgüneyinin beli, Sarıtəpə, Mərəklərin başı, Marığın başı, Haçadaş, Böyükgüneyin qayası, Qaraqaya, Qurdqarğasının boynu, Oyuğun şişi, Qəbirstanlığın güneyi, Xarabanın güneyi, Şişgüney, Alaqayanın başı, Cəddənin təpəsi, Ortaburunun başı, Atlargedən yal, Xədicə xanımın bulağı, Abdulla yurdu, Aşargədaşın şişi, Dəmirçinin gərdəni, Məşədi Məmməd gələn, Xudamazarlıyanın yalı, Qırmızıtəpə, Toyolan, Ağduzdağ, Qazantapılan, Çoban dağı, Oyuxlu dağı, Oyuğun şişi, Tutxun çayı. == Binələr-Qışlaq == Kilsə binəsi, Çökək binə, Təkdam binəsi, Maydan ölən binə, Ağzıbir binə, Dərə damları binəsi, Xarabanın dərəsi binə.
Əsrik Cırdaxan
Əsrik Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Əsrik çayı kənarındakı Cırdaxan kəndi" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Əsrik Cırdaxan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sahilində, dağətəyi ərazidə, kiçik dağlar arasında yerləşir. İqlimi mülayimdir. Kənd Ermənistan sərhəddinin yaxınlığında yerləşdiyindən, tez-tez ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalır. == Əhalisi == === Şəhidləri === Əliyev Hüseyn Sahib oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Əfşan Əbülfəz oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Şəkərov Xəyal İman oğlu (1998–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Nəsibov Cəbrayıl oğlu (1999-2022) — 2022-ci il sentyabr döyüşləri şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Əsrik Cırdaxan kənd kitabxana filialı, Əsrik Cırdaxan kənd klubu, Əsrik Cırdaxan poçt şöbəsi (AZ6028) fəaliyyət göstərir.
Əsrik nahiyəsi
Əsrik nahiyəsi — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. == Ümumi məlumat == Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Erlik
Şelli
Şelli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Şelli kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Barat Quliyev - filologiya elmləri namizədi, dosent == İstinadlar == == Mənbə == Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.
Avropaya meyllik
Avropaya meyllik ( Avropa ittifaqçılığı ) - Avropaya inteqrasiya və Avropa İttifaqını genişləndirmək məqsədlərini güdən siyasi konsepsiyadır.Bu konsepsiya Avropa Birləşmiş Ştatlarının yaradılmasına can atan avro-federalistlər tərəfindən dəstəklənir. Əks mövqe Avropa inteqrasiyasına şübhə ilə yanaşan və ya mənfi münasibəti olan Avropa skeptisizmidir. Daha ümumi termin " anti-Avropaçılıq "dır. == Avropayönlü siyasi partiyalar == DIEM25Volt Avropa === Avropa İttifaqında === Avstriya: Avstriya Xalq Partiyası, Avstriya Sosial Demokrat Partiyası, Yaşıllar (Avstriya), NEOS - Yeni Avstriya və Liberal Forum Belçika: İslahat Hərəkatı, Açıq Flaman Liberalları və Demokratları , Sosialist Partiyası (Belçikanın Fransız İcması), Xristian Demokratlar və Fleminqlər, Ekolo, Yaşıllar (Belçika), Vooruit, Les Engagés, Bolqarıstan: Demokratik Qüvvələr Birliyi, Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar, Güclü Bolqarıstan üçün Demokratlar, Hüquq və Azadlıqlar Hərəkatı, Birləşmiş Xalq Partiyası, Bolqarıstan Vətəndaşlar üçün, Belə bir xalq var, Bolqarıstan Demokratik Mərkəzi, Bolqarıstan Avro-solları, Bolqarıstan Sosialist Partiyası, Volt Bolqarıstan.Xorvatiya. Xorvat demokrat birliyi, Sosial - demokrat partiyası Kipr. Demokratik birləşmə, Avropa partiyası, Birləşmiş demokratlar. Danimarka. Radikal Venstre, Sosial demokratlar, Mühafizəkar Xalq Partiyası. İsveç. Yeni demokratiya, Liberallar, Volt Sweden və s.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Erilik Eristiin
Erilik Eristiin (rus. Эрилик Эристиин / Semyon Stepanoviç Yakovlev 12 (24) yanvar 1892 – 6 oktyabr 1942) — Saxa şairi və yazıçısı, Vətəndaş müharibəsi illərində qırmızı partizan, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Sadə xalq onu Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərinin qəhrəmanı Pavel Korçaqinin şərəfinə "Yakut Korçakini" adlandırırdı. == Həyatı == Erilik Erisstiin 1892-ci ildə Çurapçı ulusunun Çakır kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqda müstəqil şəkildə Saxa və rus dillərini mənimsəmişdir. Vətəndaş müharibəsi illərində, ağqvardiyaçılar onun anasını, qardaşını və digər qohumlarını öldürmüşlər.Belə ki, 1922-ci ilin yanvarında onun 28 yaşlı qardaşı həlak olmuşdur. Elə həmin ilin iyul ayında anası Yelena İqnatiyevna və altı qohumu qanlı qırğının qurbanı olmuşlar. Kiçik qardaşı 1925-ci ildə vəfat etmişdir. Sonralar Erilik Eristiin üç oğlunun ölüm faciəsini yaşamışdır.Vətəndaş müharibəsindən sonra Yakutsk Mətbəəsində (Yakutsk) Xalq Daxili İşlər Komissarlığının səlahiyyətli nümayəndəsi kimi tipoqraf işləmiş, Yakutsk ASSR Amma ulusu icraiyyə komitəsinin səhiyyə və xalq təhsili şöbəsinin müdiri olmuşdur.Xalq arasında "Yakut Korçakini" adı ilə məşhur olmuşdur. Erilik Eristiin 6 oktyabr 1942-ci ildə Çurapçinsk ulusunun Tolon kəndində vəfat etmişdir.
Eynicinsli evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. == Meşəlik faizi ən çox harda yayılıb == Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. == Meşəlik faizi orta dərəcədə olan ərazilər == Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Meşəlik qurucası (lat. Gnaphalium sylvaticum) - quruca cinsinə aid bitki növü.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. == Xalq təbabətində istifadəsi == Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Meşəlik əsməsi (lat. Anemone sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Məcburi evlilik
Məcburi evlilik və ya məcburi nikah — tərəflərdən birinin və ya bir neçəsinin razılığı olmadan, yaxud onların iradəsinə zidd olaraq evlənməsi. Bir və ya hər ikisi sonradan öz iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilərsə, hər iki tərəf tam razılıqla girsə belə, nikah məcburi nikaha çevrilə bilər.Məcburi nikah, hər iki tərəfin həyat yoldaşı tapmaq və seçməkdə valideynlərinin və ya üçüncü tərəfin, məsələn, elçinin köməyinə razılıq verdiyi əvvəlcədən razılaşdırılmış nikahdan fərqlənir. Çox vaxt nikaha məcbur etmək üçün açıq fiziki zorakılıqdan tutmuş incə psixoloji təzyiqə qədər istifadə olunan məcburiyyət davamlılığı mövcuddur.Hazırda beynəlxalq rəy tərəfindən geniş şəkildə qınansa da, məcburi nikahlar hələ də dünyanın müxtəlif mədəniyyətlərində, xüsusən də Cənubi Asiya və Afrikanın bəzi yerlərində baş verir. Bəzi alimlər "məcburi evlilik" termininin istifadəsinə etiraz edirlər, çünki o, nikahın konsensual qanuniləşdirici dilini (məsələn, ər/arvad) tam əksi olan təcrübə üçün istifadə edir. “Məcburi evlilik” və “nikah köləliyi” də daxil olmaqla müxtəlif alternativ terminlər təklif edilmişdir.Birləşmiş Millətlər Təşkilatı məcburi nikahı insan hüquqlarının pozulmasının bir forması hesab edir, çünki bu, fərdlərin azadlığı və muxtariyyəti prinsipini pozur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilir ki, insanın həyat yoldaşı seçmək və sərbəst şəkildə nikaha daxil olmaq hüququ onun həyatı və ləyaqəti, bir insan kimi bərabərliyi üçün əsas yer tutur. Roma Katolik Kilsəsi, nikahın ləğvi üçün məcburi nikahı əsas hesab edir - nikahın etibarlı olması üçün hər iki tərəf sərbəst şəkildə razılıq verməlidir. Köləliyin Ləğv Edilməsi üzrə Əlavə Konvensiya da hər iki tərəfin imtina hüququ olmadan nikahı qadağan edir və bunun qarşısını almaq üçün minimum evlilik yaşını tələb edir.2009-cu ildə Sierra Leone üzrə Xüsusi Məhkəməsi (SCSL) Apellyasiya Palatası qadınların müharibədə "məcburi nikah" üçün oğurlanmasını və həbsini insanlıq əleyhinə yeni cinayət hesab etdi (AFRC qərarı). Çarlz Taylorun qərarında SCSL Məhkəmə Palatası 'məcburi evlilik' terminindən qaçınılmalı olduğunu tapdı və daha çox müharibədəki təcrübəni 'evlilik köləliyi' (2012) kimi təsvir etdi.2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının uşaq, erkən və məcburi nikahlara qarşı ilk qətnaməsi qəbul edildi; Qətnamə uşaq, erkən və məcburi nikahı insan hüquqlarının pozulması kimi tanıyır ki, bu da “fərdlərin həyatlarını bütün zorakılıq formalarından azad yaşamasına mane olur və təhsil hüququ kimi insan hüquqlarının həyata keçirilməsində mənfi nəticələrə səbəb olur [və] cinsi və reproduktiv sağlamlıq da daxil olmaqla, əldə edilə bilən ən yüksək sağlamlıq standartı hüququ” və həmçinin bildirir ki, “2015-ci ildən sonrakı inkişaf gündəliyinin müzakirəsi zamanı uşaq, erkən və məcburi nikahın aradan qaldırılması nəzərə alınmalıdır”. Bu zərərli təcrübənin aradan qaldırılması Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 5 -in hədəflərindən biridir.