1. Əsir düşmüş adamın hal və vəziyyəti, bu vəziyyətdə keçirilən həyat. Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq. Əsirlik həyatı. – [Şofer:] Qardaşımdan əlimi üzmüşdüm. …Sən demə, partizan olubmuş.
Əsirlikdən qaçıb, düz iki il vuruşub…
…“Əsir” sözünün özü, “əsirlik” məfhumunun özü dəhşətlərin ən böyüyü idi.
2. Köləlik, qulluq, məhkumluq, dustaqlıq, əsarət. Əsirlik həyatı. Əsirlikdən qurtarmaq.
– [Bədəl:] Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır.
O, heç bir vaxt əcnəbi himayəsində qazanılan istiqlalın əsirlikdən ibarət olduğunu anlamır.
[Elxan:] Lakin kim bilir, yazıq Solmaz indi əsirlikdə nələr çəkir.