sfalerit

sfalerit
səzavarlıq 2021
sfera
OBASTAN VİKİ
Sfalerit
Sfalerit – ZnS - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kleyofan – dəmirlə kasıb olan açıq rəngli və ya rəngsiz, marmatit–dəmirlə zəngin olan (Fe > 8-10 %) qara, prşibramit – kadmium (5 %-ə qədər) və başqa element qarışıqları ilə zəngin olan qırmızı, voltsit və qumuçionit – mərgümüşlü sfaleritlər; brunkit – ağımtıl-boz rəngli torpaqvari kütlələr. Rəng – açıq-qəhvəyidən qaraya qədər, hərdənbir – sarı, yaşıl, qırmızı, narıncı, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ, sarı, boz; Parıltı – yarımmetal, almaz, qatran; Şəffaflıq – qeyri-şəffaf, hərdənbir yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,9-4,1; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {110} rombododekaedr üzrə altı istiqamətdə tam mükəmməl; Sınıqlar – pilləvari: Lüminessensiya – sürtüldükdə və ya sındırıldıqda bəzən fosforessensiya müşahidə olunur; Başqa xassələr – piroelektrik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: tetraedrik, hərdənbir rombododekaedrik; İkiləşmə: {111} üzrə tez-tez qeyd olunur; Mineral aqreqatları: dənəvər və sıx kütlələr, ara-sıra kollomorf-zonal, böyrəkvari, qlobulyar aqreqatlar, qabıqlar, stalaktitlər. Adətən hidrotermal yataqlarda, bəzən skarnlar içərisində yerləşən qurğuşun - sink yataqlarında qeyd olunur. Sfalerit fumarollar ilə də əlaqədar olaraq yaranır. İri bütöv filiz cisimləri və püruzları çökmə süxurlar içərisində yerləşən stratiform tipli yataqlarda qeyd olunur. Bəzən fosforit, pirit və siderit konkresiyalarının tərkibində iştirak edir. Ay süxurlarında və bəzi meteoritlərdə tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: qalenit, xalkopirit, pirit, pirrotin, tetraedrit, tennantit, kvars, barit, kalsit.

Digər lüğətlərdə