Qala-Numaz sinaqoqu (Dərbənd)
Qala-Numaz — Dağıstan Respublikası, Dərbənd şəhəri, Tağı-Zadə küçəsi, ev 94-də yerləşən sinaqoq. Dərbəndli yəhudilərin mənəvi dinclik mərkəzidir.
XIX əsrdə Dərbənd qeyd olunan prinsiplərə görə məskunlaşmışdı: şəhərin ən qədim hissəsi, Harın-Qalaya daha yaxın olan hissədə müsəlmanlar; mərkəzi, düz hissədə, əsasən yəhudilər, hətta dənizə yaxın yerlərdə ermənilər və ruslar yaşayırdı. Sonra əsas yəhudi küçəsi Tağı-Zadəni "Böyük (uzun) küçə" mənasını verən "Qala-Kuçe" və digər adı "Cuqut məhəlləsi" olmaqla (Yəhudi məhəlləsi) bu cürə adlandırırdılar. Bu küçədə Böyük Dərbənd sinaqoqu — "Qala-Numaz" yerləşir.
Qala-Numaz sinaqoqu beş tacir qardaşın Hanukaeyvlərin hesabına tikilmişdir. Binanın layihəsini hazırlayan memar məlum deyil. Sinaqoq 1914-cü ildə açılıb. Ancaq son yüz il ərzində bina çox köhnəlib. Hal-hazırda sinaqoq Rusiya Yəhudi İcmaları Federasiyasının səlahiyyətindədir.