SİNİK

Təxminən e.ə. 400-cü ildə Antisfen adlı yunan filosofu həyatı ləyaqətlə yaşamağın var-dövlət içində yaşamaqdan üstün olduğunu, sərvət və cah-calalın insanın mənəviyyatını pozduğunu və bu səbəbdən də kasıb olmağın zəngin olmaqdan yaxşı olduğunu elan etdi.

Onun şagirdlərindən biri Diogen olmuşdu. O, Antisfenin nəzəriyyəsini mütləqliyə qədər yüksəltmiş və ifrat dərəcəyə çatdırmışdı. Diogen insanların vicdanlı və ləyaqətli olmaları üçün onlara heç bir şəxsi əşya, əmlak lazım olmadığını nümayiş etdirmək məqsədilə tam yoxsulluq içində yaşayırdı. O, cəmiyyətdə mövcud olan ədəb, mərifət davranışlarını riyakarlıq adlandırırdı.

Diogen və onun davamçıları insan həyatını xoş edən hər bir şeyi qınayırdılar. Onları daim deyindikləri, mırıldadıqları üçün köpəklərə bənzədirdilər. Yunan sözü “kunikos” itə bənzəyən demək idi. Latın dilində bu söz çevrilib “cynicus” oldu. Bu səbəbdən də bu insanları sinik (cynics) adlandırırlar.

Bu gün biz yaşadığı dövrün qəbul olunmuş davranış qaydalarına nifrət bəsləyən və bu zaman zahiri tərbiyəlilik, ictimai şərtiliklərin arxasında əyrilik və tamahkarlığın gizləndiyini hesab edən adamı sinik adlandırırıq. (Ayzek Azimov. Sözlərin tarixi)

SİNƏKLİK
SİNİRMƏK

Digər lüğətlərdə