sirdaşlıq
sirena 2021
OBASTAN VİKİ
Meliosma sirensis
Meliosma sirensis (lat. Meliosma sirensis) — sabiyakimilər fəsiləsinin meliosma cinsinə aid bitki növü.
Sirenia
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Sirenia (musiqi qrupu)
Sirenia — 2001-ci ildə yaradılan Norveç metal musiqi qrupu. Tristania qrupunun gitaristi və bəstəkarı Morten Veland fərdi səbəblərdən ötəri qrupdan ayrıldıqdan sonra tamamilə istədiyi tərzdə musiqi yarada bilmək üçün Kristian Gundersen ilə birlikdə 2001-ci ildə Sirenia qrupunu yaratmışdır. Morten ilk olaraq Tristaniada ikən birlikdə çalışdığı Napalm Records ilə yeni qrupu üçün də razılaşdı. Noyabr ayında albomları üçün doqquz parçanı doldurmaq üçün studiyaya girən iki nəfərlik qrupa qadın vokalı üçün Fabienne Gondamin qatıldı.2002-ci ildə qrupun ilk və debüt studio "At Sixes and Sevens" adlı albomları buraxıldı. Albomdan sonra qrup 2002 və 2003-cü illər boyunca konsertlərdə və festivallarda iştirak etmişdir . 2003-cü ildə vokalda dəyişiklik olaraq Henriette Bordvik qatıldı və 2004-cü ildə "At Sixes and Sevens" adlı ikinci studio albomu buraxıldı. Bu albomda daha çox simfonik metal və qotik metal üslubunda olsa da mahnılar sakit temptə ifa edilmişdir. Qrupun qadın vokalisti Henriette Bordvik ilə birlik də qrup 2004-cü ildə "Sirenian Shores" adlı EP, 2007-ci ildə "Nine Destinies and a Downfall" adlı studio albomu və 2007-ci ildə isə "My Mind's Eye" adlı siqnl buraxılmışdır. Daha sonra qrupda 2008-ci ildə yenidən vokalda dəyişiklik olaraq Ailyn qatıldı. Ailyn, Sirenia qrupu üçün vokalist olaraq 500 qadın müraciət etsə də, bunu Ailyn qazanmışdır və qrupa daxil olmuşdur.
Sirenia (qrup)

Sirenik eskimosları
Sirenik yupikləri və ya Sirenik eskimosları (öz dilində olan adı: Сиӷы́ныгмы̄́ӷа tək Сиӷы́ныгмы̄́ӷий cəm) — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində assimilyasiyaya məruz qalmış olaraq yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimocası adı altında Eskimo dillərinin üçüncü ana qolu olaraq təsnif edər. Özlərinə məxsus mədəniyyətləri böyük ölçüdə dəyişmişdir. İndiki vaxtda Rusiyada ayrı bir xalq olaraq qəbul edilməyib, Naukan və Sibir (Çaplino) yupikləri ilə birlikdə Asiya eskimosları adı altında xatırlanarlar. Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları Yupik xalqları Sirenik yupikləri Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri 20-ci əsrin başlarında Sirenik yupikləri Çukçi yarımadasının Provideniya (Провидения) ilə Preobrajeniya (Преображения) koyları arasında olan Sirenik və ya Sığınık (Сиӷы́ныӽ), İmtux (Имтух), Kınlığah (Кынлыӷаӽ), Asun (Асун) və Nunalıx (Нуналых) nöqtələrində yaşayırdı. 1895 yılında Sireniki (Sirinek) kəndində 79, İmtux kəndində də 43 danışanı var idi. 20-ci əsrin başlarında Sirenik yupikcəsini danışanlar 1954-ci ildə 130 nəfər ikən 1980-ci illərin başlarında yalnız 30 nəfər tərəfindən danışılırdı. 1988-ci ildə bu sayı 4-ə enmiş, 1997-ci ildə də son nəfər ölüncə də yox olmuşdur. Anadilləri (Uqeghllistun) Valentina Vıye (Валентина Выйе) adlı son danışanının 1997-ci ildə ölməsiylə yox oldu. Anadillərini unudan Sirenik yupikləri indiki vaxtda Sibir yupikcəsinin Ungazik dialekti ilə və ya Rus dilində danışmaqdadır.
Sirenik yupikləri

Sirenlər
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.
Titanın sirenaları
Titanın sirenaları (ing. The Sirens of Titan) - Kurt Vonnequtun 1959-ci ildə nəşr olunmuş romanı. "Titanın sirenaları" zamanın, məkanın və insan şüurunun tən ortasından keçməklə onları bir-birinə birləşdirən və bəşər övadının keçmiş təcrübələrinə əsaslanan kosmik əsərdir. Yerin ən zəngin insanı Malaki Konstant, kosmik səyahətlər vasitəsilə müxtəlif yeni və ecazkar dünyalara səyahət etmək şansı əldə edir. Səyahət müddəti ərzində gözəl bir qadın, B, ona həmdəm olur. Sirlərlə dolu Vinston Nayls Rumfurd bir göz qırpımında Günəş sistemini gəzib dolaşır. Belə sadə təqdimatda görünməyən və yalnızca ABŞ yazıçısı Vonnequtun təxəyyülü ilə həyat qazana bilən bu kosmik macəra, təkcənə insan həyatının və cəmdə bəşər övladının həyatının mənası və bütün fəaliyyətlərinə quşbaxışını təmin edir. Əslində əsərin adı bir qədər düşündürür, çünki hadisələrin ən əsas və maraqlı hissəsi Mars planetində cərəyan edir. Romanın adında isə ən əsas tərəf "Titan"dır. Titan isə Saturn planetinin peykidir.

Digər lüğətlərdə