smetalaşdırmaq
smoq
OBASTAN VİKİ
Smitsonit
Smitsonit – Zn [CO3] - triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Dəmirli və manqanlı smitsonitlər. == Xassələri == Rəng – ağ, rəngsiz, boz, sarımtıl, yaşılımtıl, narıncı, mavi, qəhvəyi, qırmızı, çəhrayı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,5; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə orta; Sınıqlar – qeyri-hamardan yarımqabıqvariyədək; Lüminessensiya – katod şüalarında çəhrayı; Morfologiya – kristallar: nadir rast gəlir; romboedrik, skalenoedrik; üzləri adətən əyilmiş və qeyri-hamar olur; Mineral aqreqatları: dənəvər, qabıq-, böyrək-, salxım- və torpaqvarı, sıx, şüşəyəoxşar, lifli, məsaməli, oyuqlu kütlələr, stalaktitlər. == Mənşəyi və yayılması == Sfaleritsaxlayan filiz yataqlarının oksidləşmə zonasında rast gəlir, sfaleritin, damarlardakı karbonatların və ya filizyerləşdirən əhəngdaşlarının və dolomitlərin əvəzlənməsi yolu ilə əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: sfalerit, qalenit, malaxit, azurit, kalsit, serussit, hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Ledvill, Kolli, İnyu (ABŞ); Meksika; Sumeb (Namibiya); Monteponi və İqlesias (İtaliya); Dalneqorski (Rusiya); Açısay (Qazaxıstan) və b. Azərbaycanın bir sıra filiz yataqlarının (Filizçay, Katex, Katsdağ, Mehmana, Ağdərə, Gədəbəy, Novoqorelovski və b.) oksidləşmə zonasında qeyd olunan smitsonit tapıntıları mineraloji əhəmiyyət kəsb edir. == Tətbiqi == İri yığınlarının mühüm sink mənbəyi kimi böyük praktik əhəmiyyəti vardır. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları.
бери́лл благочи́ние в ви́лы до конца́ жердево́й зажестикули́ровать ко́зочка мо́кро ночни́цы приблуди́ться шизогони́я впервы́е консервато́рка сы́щик фе́я типун A-bomb counterattraction fudge hydrorhizae midnight self-abandoned двухвёрстка наколка фонотека