SON OROGEN MAQMATİZMİ

bax: Sinorogen maqmatizm.
SON MOREN RELYEFİ
SOPKA
OBASTAN VİKİ
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
Henschel & Son
Henschel (Die Henschel-Werke 1957-ci ilə qədər Henschel und Son), Kasseldə yaradılmış olan Almaniya şirkəti olub XX əsrdə qatar, avtobus, trolleybus və kamaz kimi avtomaşınlar istehsal edən şirkət olmuşdur. Ayrıca olaraq İkinci Dünya müharibəsində hərbi təyinatlı texnikalar və silahlar istehsal etmişdir. Georg Christian Carl Henschel 1810-cu ildə zavodu Kassel şəhərində yaratmışdır. Oğlu Carl Anton Henschel 1837-ci ildə başqa bir zavod yaratmışdır. 1848-ci ildə şirkət lokomotiv istehsalına başlamışdır. XX əsrdə şirkət Almaniya imperiyasının ən böyük lokomotiv istehsalçısına çevrilmişdir. Şirkət 1935-ci ildə Panzer I tankını istehsal etməyə başlamışdır. İkinci dünya müharibəsinin 1939–1940-cı illər mərhələsində şirkət çox sayda Panzer III tankı istehsal etmişdir. 1942–1945-ci illər arasında şirkət Tiger I tanklarını istehsal etmişdir. Henschel Tiger tanklarının əsas istehsalçısı olmuşdur.
La-Son
La-Son (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38495. Kommunanın 2012-ci il üçün əhalisi 605 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 160 ilə 270 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 37 km şimal-qərbdə yerləşir.
Lü Son
Li Son (12 may 1972) — Argentinanı təmsil edən stolüstü tennisçi. Li Son Argentinanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Li Son Argentinanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Li Son Argentinanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Matthew & Son
Matthew and Son — Yusuf İslamın 1967-ci ildə Deram tərəfindən çıxarılan ilk albomu.
Saşa Son
Saşa Son (18 sentyabr 1983, Vilnüs) — Litva'lı müğənnidir.2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə ölkəsini Love adlı mahnı ilə təmsil etmişdir.
Son Masayoşi
Son Masayoşi (yaponca 孫 正義, 11 avqust 1957, Tosu[d], Saqa prefekturası) — Yapon sahibkar. Softbank şirkətinin baş direktoru, Sprint telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, milyarder. Forbes jurnalının reytinqinə görə 2017-ci ildə Yapon milyarderləri arasında 1-ci yeri tutub. Var dövləti 20.4 milyard dollar təşkil edir. O, 1957-ci ildə Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompüter sahəsini öyrənməyə başlayır. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu.
Son Venbin
Sonq Venbin (1963, Lyaonin[d]) — Çinli biatlonçu. Sonq Venbin Çini 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. Sonq Venbin birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Venbin 36:53.4 saniyəlik nəticəsi ilə 64 atlet arasında 53-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Son həll
Son həll (alm. Endlösung‎) və ya Yəhudi məsələsində son həll (alm. die Endlösung der Judenfrage‎) İkinci dünya müharibəsi ərzində Nasist Almaniyasının yəhudilərin soyqırımı məqsədilə hazırladığı plandır. Bu siyasətin başlanması barədə qərar 1942-ci ilin yanvarında Berlin yaxınlığında nasist liderləri tərəfindən təşkil olunmuş Vanze konfransında qəbul olunmuş, alman işğalı altında olan bütün Avropa ərazisində başlamış və Avropa yəhudilərinin üçdə iki hissəsinin Holokost hadisələri zamanı öldürülməsi ilə öz pik nöqtəsinə çatmışdır. Bu proqram müharibənin ilk 25 ayı ərzində təkmilləşdirilmişdir. 1940-cı ildə Fransanın alman qoşunları tərəfindən işğal olunmasından sonra Adolf Eyxman Avropa yəhudilərinin Madaqaskar planı üzrə bu fransız koloniyasına aparılmasını təklif etsə də, lojistik səbəblərdən, xüsusilə də Almaniyanın dəniz blokadasında olması səbəbilə bu plan baş tutmadı. Bundan başqa, yəhudilərin Fələstin və Sibir ərazilərinə deportasiya olunması məqsədilə də müvafiq planlar hazırlanmışdı. 1941-ci ildə Raul Hilberqin yazdığına görə yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsini nəzərdə tutan birinci mərhələdə mobil ölüm birləşmələri şərq istiqamətində işğal olunmuş ərazilərdə yəhudilərin kütləvi qırğınına başlamalı, ikinci mərhələdə isə "Son həll" planının sistematik tətbiqi məqsədilə alman işğalı altında olan bütün Avropa ərazisində yəhudilər ölüm qatarlarına göndərilməli və toplama düşərgələrində yığılmalı idi. "Son həll" etnik yəhudilərin məhv edilməsini qarşısına məqsəd qoyan nasistlər tərəfindən təşkil olunmuş plana verilən addır. Nasistlər hələ 1933-cü ilin yanvarında Almaniyada hakimiyyəti ələ keçirmələrindən etibarən 1939-cu ilin sentyabrında müharibənin başlamasına qədər Almaniyadakı yəhudilərin pul və mülklərini əllərindən almaqla onları ölkədən çıxmağa məcbur edirdilər.
Son istifadəçi
Son istifadəçi – hazırlanmış məhsulu istifadə edən və ya istifadə etməsi gözlənilən şəxs. Son istifadəçi adminlər, sistem administratorları, verilənlər bazası administratorları, informasiya texnologiyaları (İT) mütəxəssisləri, proqram təminatı mütəxəssisləri və kompüter texnikləri kimi məhsulu idarə edən istifadəçilərdən fərqlidir. Son istifadəçilər ümumiyyətlə tərtibatçıların sahib olduğu texniki biliyə və ya məhsul tərtib etmə bacarıqlarına sahib deyil. Bu daha sonra müştəri məmnuniyyətinin azalmasına səbəb olur. İT sahəsində son istifadəçilər "müştəri" demək deyil, müştərinin işçiləri deməkdir. Məsələn, böyük bir pərakəndə şirkət işçilərinin istifadə etməsi üçün hansısa proqram paketini alırsa həmin şirkət paketi alan "müştəri" olsa da, son istifadəçilər proqramı istifadə edəcək şirkət işçiləridir. Bəzi Amerika məhsulları və müdafiə ilə əlaqəli məlumatlar ITAR və EAR-a uyğun olaraq ABŞ hökumətindən ixrac icazəsi tələb edir. İxrac lisenziyasını əldə etmək üçün ixracatçı son istifadəçi sertifikatını almaq üçün həm son istifadəçini, həm də son istifadəni göstərməlidir. EULA-da son istifadəçi proqramı quraşdıran VAR-dan (ing. value-added reseller) və ya proqramı satın alan və idarə edən təşkilatdan fərqlənir.
Son mil
Rabitə sənayesində "son mil" (ing. "last mile") dedikdə, istifadəçinin abonent xəttini provayderin (rabitə operatorunun) qoşulma nöqtəsi ilə əlaqələndirən kanal başa düşülür. "Son mil" texnologiyalarına adətən xDSL, FTTx, Wi-Fi, WiMax, DOCSIS, PLC texnologiyaları aid edilir.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. Acmal Kasab: imtina etdi.
Son zəng
Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbdə tədris ilinin bitdiyi gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
Son (ad)
Son — soyad. Son Ha-Rim — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Ji-Hyun — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Mi-Na — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Son (soyad)
Son — soyad. Son Ha-Rim — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Ji-Hyun — Cənubi Koreyanı təmsil edən həndbolçu. Son Mi-Na — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Çi Son
Çi Son (27 fevral 1977-ci ildə anadan olub) Cənubi Koreyalı aktyordur. O, All In (2003), Save the Last Dance for Me (2004), New Heart (2007), Protect the Boss (2011), Secret Love (2013), Kill Me, Heal Me (2015), Innocent Defendant (2017), Familiar Wife (2018), the film My PS Partner (2012), Doctor John (2019) və The Devil Judge (2021) kimi Cənubi Koreya diziləri ilə tanınır. Çi Son ilk dəfə 1999-cu ildə kampus draması KAIST üçün dinləmələrdə iştirak etdi və burada ssenarist Song Ji-na ilə tanış oldu. Song yeni başlayan gənclə maraqlandı və onun üçün yeni bir personaj yazdı və onun aktyorluq debütünə səbəb oldu. O vaxtkı menecerinin təklifi ilə o, Chae Çi Son səhnə adından istifadə etməyə başladı, sonra "Chae" soyadını buraxmağa qərar verdi və sadəcə olaraq "Çi Son" kimi tanındı. Daha sonra Ji 2003-cü ildə "All In" qumar dramında rol aldı. Prodüserlər ikinci kişi baş rolu seçməkdə çətinlik çəkirdilər, çünki əksər aktyorlar baş rol ifaçısı Lee Byung-hun ilə müqayisə olunmaqdan qorxurdular. Çi Son rejissor Yoo Chul-yonqa yaxınlaşaraq rolu istədiyini deyir və rol ona verilir. "All In" böyük hit oldu və Çi Son-un populyarlığı yüksəldi. Fengshui (2018) The Vampire Lives Next Door (2015) Confession (2014) My P. S Partner (2012) Fate (2008), Blood Rain (2005) Blade of the Phantom Master (2004) Whistling Princess (2002).
Son dərviş
Masayoşi Son
Son Masayoşi (yaponca 孫 正義, 11 avqust 1957, Tosu[d], Saqa prefekturası) — Yapon sahibkar. Softbank şirkətinin baş direktoru, Sprint telekommunikasiya şirkətinin direktorlar şurasının sədri, milyarder. Forbes jurnalının reytinqinə görə 2017-ci ildə Yapon milyarderləri arasında 1-ci yeri tutub. Var dövləti 20.4 milyard dollar təşkil edir. O, 1957-ci ildə Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompüter sahəsini öyrənməyə başlayır. 16 yaşında olarkən ingilis dilini öyrənmək üçün ABŞ – a köçdü. Orada iki il məktəbdə oxuduqdan sonra Berkli Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsinə daxil oldu.
Son hədd
Son hədd (ing. The Edge) — 1997-ci ildə Li Tamahorinin rejissoruluğu ilə çəkilmiş, Entoni Hopkins və Alek Bolduinin baş rollarda oynadığı ABŞ filmi. Filmin süjetini varlı iş adamı Çarlz Mors (Hopkins), fotoqraf Bob Qrin (Bolduin) və köməkçisi Stiven (Harold Perrino) ilə əlaqədardır, onlar təyyarələri Alyaskanın meşələrində yerə çırpılaraq məhv olduqdan sonra sağ qalmaq üçün çalışırlar. Onların meşədə adamyeyən kadyak ayısı tərəfindən təqib olunmaları sağ qalmaq şansları daha da azaldır. Bir neçə Hollivud filmində rol alması ilə tanınan, təlim keçmiş Kodyak ayısı Bart bu filmdə son rollarından birində çəkilmişdir və qaniçən vəhşi obrazındadır. Yaşlı milyarder Çarlz Mors gözəl gənc model həyat yoldaşı Mikki ilə Alyaskaya səyahət edir, burada peşəkar fotoqraf Bob Qrin gözəl şəkillər çəkməyə ümid edir. Mikki ilə poza verməli olan adam xəstələndiyindən Bob Çarlzı qaldıqları evdə fotoşəkilini gördüyü bir hind ovçusunun yaşadığı gölə uçmağa inandırır və onun üçün fotosessiyanın mükəmməl olacağı qərarına gəlir. Uçuş zamanı təyyarə quşlarla toqquşur və gölə düşür. Pilot həlak olsa da, Çarlz, Bob və onun köməkçisi Stiven xilas olmağı bacardı. İndi əlaqə kəsilib, hava getdikcə soyuyur, xilas olma şansı azdır.
Son iclas
Son iclas — 2018-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Son müdafiə
Son müdafiə hər hansısa bir hərbi dəstənin böyük və demək olar ki, çıxılmaz vəziyyətlər qarşısında sonuncu dəfə müdafiə mövqeyi tutduğu hərbi vəziyyətdir. Hərbi dəstələr qarşılarına qoyulmuş olan tapşırığı yerinə yetirmək və ya vəzifə borcu hissi ilə əlaqədar olaraq son müdafiə mövqeyi tuta bilərlər ki, bunun da bir çox səbəbləri ola bilər; onlar taktiki cəhətdən çox əhəmiyyətli olan bir məntəqənin müdafiəsini təşkil edə bilərlər, tələyə düşmüş ordunun, şəxsin və ya bir qrup insanın qaçması üçün müəyyən bir vaxt qazanmağa cəhd edə bilərlər, tutulsalar edam olunma ehtimalları ola bilər, ya da öz hökmdarlarını və ya liderlərini müdafiə etməyə cəhd edən bilərlər. Son müdafiəni təşkil edən qoşunların qəhrəmanlığı və fədakarlığı bir sıra hallarda xalqın təxəyyülündə böyük əks-səda doğurduğu üçün tarixdə böyük əhəmiyyətə malik olmuşdur. Bəzi sonuncu müdafiələr, xüsusən də, müqavimətçilər məqsədlərinə çatdıqları zaman (nadir hallarda düşmənlərini məğlub edə bildikləri hallarda) həmin ölkənin və ya millətin tarixində məşhur bir hadisəyə çevrilir. Bəzi hərbi mütəfəkkirlər isə tələyə düşmüş adamların daha çox mübarizə aparmaq ehtimallarının olduğunu bildirərək düşmənin son müdafiə tələb edən vəziyyətlərə salınmamasının lazım olduğunu bildirmişdirlər. Sun Dzı belə yazmışdır: “Mühasirəyə alınmış olan düşmənə xilas yolu verin.'' Bəzən isə, döyüş zamanı öz qüvvələrini geri çəkilməyə təşviq edə biləcək qayıqları və ya körpüləri qəsdən yandıraraq qüvvələri son müdafiə döyüşü aparmağa təhrik etmək təklif olunmuşdur.
Kim Hye-Son
Kim Hye-Son (9 mart 1993, Sarivon, KXDR) — Koreya Xalq Demokratik Respublikasını təmsil edən marafonçu. Kim Hye-Son Koreya Xalq Demokratik Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Kim Hye-Son birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 36 saniyəyə qət edərək 157 marafonçu sırasında 10-cu yeri tutdu.
Kim Jin-Son
Kim Jin-Son (27 aprel 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Jin-Son Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Kyun-Son
Kim Kyun-Son (d. 10 noyabr 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Kyun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Kyun-Son Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.