Sortiment
sosehr
OBASTAN VİKİ
SOS
SOS — beynəlxalq fəlakət siqnallarından biri, əsasən Morze kodu ilə verilir, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə). CQD siqnalını əvəz etmiş, 1905 il aprelin 1-də Almaniyada qəbul edilmişdir, 1 iyul 1908-ci ildə Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS ("Save Our Souls") abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minmişdir. İngiliscə adətən "save our souls" ("bizim ruhlarımızı xilas edin") kimi şərh edilir. Çox adam "Save our Ship" gəmimizi qurtar; "Stop Other Signals" digər siqnalları dayandırın sözlərinin qısaldılmışı kimi də başa düşür. Halbuki heç biri deyil. Tamamilə telqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan tutula bilməsi üçün 1908-də üç nöqtə, üç xətt, üç nöqtə olan SOS seçildi . · · · — — — · · · SOS belə ifadə olunur(Morze əlifbası ilə) SOS vermiş məşhur gəmilər arasında "Titanik", "Britannik", "Luzitaniya" və "Andrea Doria"da var. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
SOS siqnalı

Sos-art
Sos-art (rus. соц-арт) və ya sovet pop-artı — konseptualizmdə sənət növü. Sos-art SSRİ-də meydana gəlmişdir. Yaradıcıları Vitali Komar və Aleksandr Melamid hesab edilir. Sos-art sosialist realizminə və sovet estetikasına xas obraz, janr və klişeləri istifadə etməklə, onları tamam fərqli tərzdə istifadəçiyə çatdırmağı qarşısına məqsəd qoyur. SSRİ-də 1970-ci illərin sonunda alternativ incəsənətin əsasında dövlət idealogiyasının əksinə çıxan istiqamətlərdən biri idi. Sos-art sanki sovet incəsənətinin parodiyası kimi özünə yer tutmuşdu. Sosrealizmin təbliğ etdiyi şəxləri sos-artçılar ironik şəkildə və ironik adla adlandıraraq təqdim edirdilər. Sos-artı Avropanın pop-artı ilə əlaqələndirmək olar. Yəni sos-artın əmələ gəlməsində sürrealizm və pop-art anlayışları böyük rol oynayırdı.
Sos (Xocavənd)
Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı. Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir. Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir.
Sos (kommuna)
Sos (fr. Sausses, oks. Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04202. 2008-ci ildə əhalinin sayı 108 nəfər təşkil edirdi. 2007-ci ildə 61 yaşda (15-64 yaş arasında) 42 nəfər iqtisadi cəhətdən fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.9%, 1999-cu ildə bu 62.8%). Fəal olan 42 nəfərdən 38-i (23 kişi və 15 qadın), 4-ü işsizdir (2 kişi və 2 qadın).
Kastelle-le-Sos
Kastelle-le-Sos (fr. , oks. Castelet de Saussas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04042. 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. 2007-ci ildə 54 yaşda (15-64 yaş arasında) 34 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 63.0%, 1999-cu ildə 58.8%). 34 fəal şəxsdən 32 nəfəri (20 kişi və 12 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Sos Uşaq kəndləri - Azərbaycan

DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi)
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Danimarka Sosial-Demokrat Partiyası
Mətbu orqanı: "Aktual" (Aktual) qəzeti və "Nyu politik" (Təzə siyasət) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916-1918; 1924-1940; 1945-1960; 1971-1973; 1975-1982; 1992 – indiyə kimi. Sosial Demokratiya nədir?
Danimarka Sosial Demokrat Partiyası
Mətbu orqanı: "Aktual" (Aktual) qəzeti və "Nyu politik" (Təzə siyasət) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916-1918; 1924-1940; 1945-1960; 1971-1973; 1975-1982; 1992 – indiyə kimi. Sosial Demokratiya nədir?
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dağlılar Muxtar Sovet Sosialist Respublikası
Dağlılar Muxtar Sovet Sosialist Respublikası (DMSSR) – 1921–1924-cü illərdə keçmiş Terek vilayəti və Kuban (Qaraçay) vilayətinin bir hissəsində yaşayan xalqların RSFSR tərkibində muxtariyyəti. Sahəsi 73 min km2, əhalisi təqribən 786 min nəfər idi. Əhalinin milli tərkibi əsasən çeçenlər, inquşlar, osetinlər, kabardalar, balkarlar, qaraçaylılar, ruslardan ibarət idi. Paytaxtı Vladiqafqaz şəhəri idi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Terek vilayətinin xalqlarının qurultayında (1920, 17 noyabr) elan edilmişdi. DMSSR-in 1-ci Sovetlər qurultayında (1921, 16–22 aprel) DMSSR yaradılması haqqında Ümum Rusiya Mərkəzi İdarəetmə Komitəsin 1921-ci il 20 yanvar tarixli dekreti elan olundu. Qurultay dövlət hakimiyyəti və idarəetmə orqanları sistemini, DMSSR-in inzibati-ərazi quruluşunu müəyyənləşdirdi, torpaq, ərzaq, xalq maarifi, şəriət məsələləri haqqında qərarlar qəbul etdi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İdarəetmə Komitəsii seçdi. 1921-ci ildə DMSSR MİK iki inzibati ərazi vahidinin formalaşmasına qərar verdi: 1) Diqorski dairəsi — osetinlər və diqorlar üçün. 2) Sunjenski kazak dairəsi — Sujen kazakları üçün.
Dağıstan Muxtar Sovet Sosialist Respublikası
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Demokratik sosializm
Demokratik sosializm — siyasi demokratiyanı və sosial mülkiyyətin bəzi formalarını dəstəkləyən solçu siyasi ideologiya.
Diaspora (sosial şəbəkə)
Diaspora qeyri-kommersiya, istifadəçiyə məxsus, paylanmış sosial şəbəkədir. Şəbəkəni yaratmaq üçün qarşılıqlı fəaliyyət göstərən bir qrup müstəqil qovşaqdan ("podlar" adlanır) ibarətdir. Sosial şəbəkə heç bir şəxsə və ya quruma məxsus deyil, onu korporativ ələ keçirməyə və ya reklamlara məruz qoymur. Onun tərtibatçısına görə, "paylanmış dizaynımız o deməkdir ki, heç bir böyük korporasiya heç vaxt diaspora nəzarət etməyəcək. Layihənin əsası Nyu York Universitetinin Courant Riyaziyyat Elmləri İnstitutunun tələbələri Den Grippi, Makswell Salzberg, Raphael Sofaer və İlya Jitomirskiy tərəfindən qoyulmuşdur. Qrup Kickstarter vasitəsilə 200.000 dollardan çox crowdfunding əldə etdi. İstehlakçı alfa versiyası 23 noyabr 2010-cu ildə buraxıldı. Diaspora proqram təminatı GNU-AGPL-3.0 şərtlərinə əsasən lisenziyalaşdırılıb. Onun inkişafı Diaspora Fondu tərəfindən idarə olunur. Azad Proqram Dəstəyi Şəbəkəsinin (FSSN).
Din sosiologiyası
Din sosiologiyası — dini qurumları və dini quruluşları, dini mövzularla sosial quruluş arasındakı əlaqəni və dinin cəmiyyətə və cəmiyyətin dinə təsirini araşdıran elmi bir nizam-intizamdır. Din sosioloqları cəmiyyətin dinə təsirini, başqa sözlə cəmiyyətlə din arasındakı dialektik əlaqəni izah etməyə çalışırlar. Din sosiologiyası termini ilk dəfə Email Durkeim tərəfindən "Anne Sociologique" jurnalında (1899) dərc edilmiş məqalədə istifadə edilmişdir. Bundan başqa, Durkeimdə sosiologiya baxımından dini həyatla bağlı bir əsər var ki, bu da sonrakı din sosiologiyasında çox vacib bir yerə sahibdir. Durkeim bu əsərində dinin ictimai həyatda oynadığı rolu vurğulayaraq dinin cəmiyyətin kollektivliyinin əks edirdi. Durkeimin din anlayışının ateist və ya aqnostik olduğu deyilir. Ancaq dinin sonda düzgün olub-olmamasının onun üçün əhəmiyyəti yoxdur. Bir funksiyası olan bir qurum həyat qabiliyyətini saxlayır, əks halda ya yox olur, ya da yeni bir forma alır. Sosiologiyanın digər simalarından biri olan Marksa gəlincə, din sosial-iqtisadi amillərin epifenomenondur (kölgə fenomeni). Marks üçün dinin mahiyyətcə bir funksiyası var.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Ello (sosial şəbəkə)
Ello — 2014-cü ilin martında Paul Budnitz və Todd Berger tərəfindən yaradılmış onlayn sosial şəbəkə xidmətidir. Mövcud sosial şəbəkələrə reklamsız alternativ olaraq yaradılmışdır. O, əvvəlki Facebook-a bənzər təcəssümündən incəsənət, fotoqrafiya, moda və veb mədəniyyətini nümayiş etdirən Pinterest kimi vebsayta doğru çevrildi. Ello xidməti, istifadəçi məlumatlarını heç vaxt reklamçılara və ya üçüncü tərəflərə satmamaq, heç vaxt reklam göstərməmək və real ad siyasətini tətbiq etməmək kimi sosial şəbəkə kimi bir neçə diqqətəlayiq fərqləndirici niyyətləri iddia edir. Ello yeddi sənətçi və proqramçıdan ibarət özəl sosial şəbəkə kimi başladı. Sosial şəbəkənin özəl olmasından bir il sonra yaradıcılar vebsaytı yenidən dizayn etdilər və Ello-nu ictimaiyyətə təqdim etdilər. 2014-cü ilin yanvar ayında vençur kapitalı investoru FreshTracks Capital-dan 435.000 ABŞ dolları məbləğində maliyyələşdirmə ilkin olaraq şirkətin dayanmasına kömək etdi. Şəbəkə daha geniş populyarlıq qazandıqda bu qərar bəzi tənqidlərə səbəb oldu.
Elm sosiologiyası
Elm sosiologiyası — elmi fəaliyyətin sosial şərtlərini müəyyənləşdirən sektoral sosioloji intizam. Elm sosiologiyası həm elmin bir ictimai institut kimi formalaşması proseslərini, həm də elmin sosial təşkilatı və sosial funksiyalarını nəzərdən keçirir. Tədqiqat qruplarının birgə fəaliyyətinin təşkili məsələlərinin öyrənilməsi mühüm rol oynayır. Elm sosiologiyasında ilk araşdırmalar 1930-cu illərdə başlamışdır. Bunların arasında Robert Mertonun (1910-2003) "XVII əsrdə İngiltərədə elm, texnika və cəmiyyət" (1938) və "Elm və ictimai prosedur" (1937) əsərləri vardır. Гилберт Дж. Н., Малкей М. Открывая ящик Пандоры. Социальный анализ высказываний ученых = Opening Pandora's box: a sociological analysis of scientists' discourse. / Пер. с англ.
Ermənistan Sovet Sosialist Respublikası
Ermənistan SSR (erm. Հայկական Խորհրդային Սոցիալիստական Հանրապետություն) — Ermənistan Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 29 noyabr 1920-ci ildə təşkil olunmuşdur. SSRİ-nin qurulduğu ilkin dövrlərdə Zaqafqaziya SFSR-in tərkibində olub. Ermənistan SSR-i əsasən İrəvan quberniyasına, qismən Yelizavetpol quberniyasına, Tiflis quberniyasına və Qars vilayətinə daxil olan ərazilər hesabına yaradılıb. Erməni müəllif Bədəlyanın 1953-cü ildə İrəvanda nəşr edilən "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı kitabının 51-ci səhifəsində verilən məlumatlara əsasən 1886-cı ildə aparılmış kameral sayımın nəticələri və həmin tarix üçün inzibati-ərazi bölgüsü nəzərə alınarsa ərazi olaraq İrəvan quberniyasının İrəvan qəzasının 90,40%-i, Aleksandropol qəzasının 100,00%-i, Yeni Bəyazid qəzasının 100,00%-i, Eçmiədzin qəzasının 100,00%-i, Şərur-Dərələyəz qəzasının Dərələyəz şöbəsi 100,00%-i, Naxçıvan qəzasının 5,40%-i, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 59,60%-i, Qazax qəzasının 44,50%-i, Tiflis quberniyasının Borçalı qəzasının 35,30%-i, Qars vilayətinin Qars dairəsinin 14,70%-i Ermənistan SSR-in tərkibinə daxil olmuşdur.
Ermənistan Sovet Sosialist Respublikası bayrağı
Ermənistan Sovet Sosialist Respublikası bayrağı — Ermənistan SSR tərəfindən 17 dekabr 1952-ci ildə istifadə edilməyə başlamışdır.
Ermənistan Sovet Sosialist Respublikası gerbi
Ermənistan Sovet Sosialist Respublikası gerbi — 1937-ci ildə Ermənistan SSR tərəfindən qəbul edilmişdir.
Ermənistan Sovet Sosialist Respublikası himni
Ermənistan Sovet Sosialist Respublikası himni — 1944–1991-ci illərdə Ermənistan SSR-nın himni. Sözləri Armenak Sarkisyanın, musiqisi Aram Xaçaturyanındır. ERMƏNİ DİLİNDƏ Սովետական ազատ աշխարհ Հայաստան, Բազում դարեր դաժան ճամփա դու անցար, Քաջ որդիք քո մաքառեցին քեզ համար, Որ դառնաս դու մայր հայրենիք հայության: Կրկներգ: Փառք քեզ, միշտ փառք, Սովետական Հայաստան, Աշխատասեր, ճարտարագործ-շինարար, Ժողովրդոց սուրբ դաշինքով անսասան՝ Դու ծաղկում ես և կերտում լույս ապագադ: Լենինն անմահ մեզ հուրն անշեջ պարգևեց, Մեր դեմ շողաց երջանկաբեր այգաբաց, Հոկտեմբերը կործանումից մեզ փրկեց եվ տվեց մեզ նոր, պայծառ կյանք փառապանծ: Կրկներգ Մեծ Ռուսիան մեզ եղբայրության ձեռք մեկնեց, Մենք կերտեցինք ամրակուռ նոր պետություն, Լենինյան մեր կուսակցությունն իմաստուն Հաղթորեն մեզ դեպ կոմունիզմ է տանում: Կրկներգ AZƏRBAYCAN DİLİNDƏ TRANSLİTERASİYA Sovet azad dünya Ermənistanı, Çox qəddar əsrlərdən keçdin, İgid oğulların sənin üçün döyüşdü, Ermənilərin vətəni olmaq. Xor: Sənə şöhrət, həmişə şöhrət, Sovet Ermənistanı, Zəhmətkeş, memar-inşaatçı, Xalqın müqəddəs ittifaqı ilə sarsılmaz: Sən çiçəklənirsən, parlaq gələcək yaradırsan. Lenin bizə sönməz atəş verdi, Xoşbəxt bir bağ bizə qarşı parladı, Oktyabr bizi məhv olmaqdan xilas etdi və bizə yeni, şərəfli həyat bəxş etdi. Xor: Böyük Rusiya bizə qardaşlıq əli uzatdı, Biz güclü yeni dövlət qurduq, Lenin partiyamız müdrikdir O, zəfərlə bizi kommunizmə aparır.
Ermənistan Sovet Sosialist Respublikasının himni

Estoniya Sovet Sosialist Respublikası
Estoniya SSR (est. Eesti Nõukogude Sotsialistlik Vabariik) — Estoniya Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri.
Estoniya Sovet Sosialist Respublikası bayrağı
Estoniya Sovet Sosialist Respublikası bayrağı — bu bayraq Estoniya SSR tərəfindən 6 fevral 1953-cü ildə istifadə edilmişdir. 1940-cı ildən qırmızı bayraqda sarı oraq, çəkic və qırmızı ulduz simvollarından istifadə edilmişdir. Üzərində Sans-serif şriftində latın hərfləri ilə "ENSV" (Eesti Nõukogude Sotsialistlik Vabariik) yazılmışdı. Böyük Vətən Müharibəsi zamanı Estoniya faşist Almaniyası tərəfindən işğal edildikdən sonra, bayraq 1944-cü ildə bərpa edildi. 6 fevral 1953-cü ildə Estoniya SSR bayrağının son variantı qəbul edildi. Sovet Sosialist Respublikaları İttifaqının bayrağına bənzər bu bayrağın üzərində altı uclu mavi dalğa zolaqları və ağ zolaqlar var. Bununla belə, Estoniya SSR Konstitusiyasında və ya Estoniya SSR dövlət bayrağı nizamnaməsində bayraqdakı mavi dalğalı xətlər haqqında heç bir söz olmayıb. Odessadan olan sovet veksiloloqu V. N. Streltsov bunu "elektrik mavisi" kimi təsvir etdi. Bu dövrdə, sürgün hökuməti də daxil olmaqla bir çox Estoniya diasporu, illər ərzində 1918-ci ildə hazırlanmış ağ-qara Estoniya bayrağından istifadə etməyə davam etdi. Estoniya SSR daxilində bu bayrağın istifadəsi qadağan idi.
Estoniya Sovet Sosialist Respublikası himni
Stalinin adını çıxarmaq üçün 1956-cı il iyul ayının 21-də mətnin üçüncü bəndi dəyişdirilmişdir. Burada dəyişiklikdən sonrakı versiya verilmişdir. Himnin mətnini yazdığına görə Yohannes Semper 1947-ci ildə Sovet Estoniyasının mükafatını almışdır.
Estoniya Sovet Sosialist Respublikasının himni
Stalinin adını çıxarmaq üçün 1956-cı il iyul ayının 21-də mətnin üçüncü bəndi dəyişdirilmişdir. Burada dəyişiklikdən sonrakı versiya verilmişdir. Himnin mətnini yazdığına görə Yohannes Semper 1947-ci ildə Sovet Estoniyasının mükafatını almışdır.
Fransa Sosialist Partiyası
Fransa Sosialist Partiyası — Fransada siyasi partiya. 1905-ci ildə yaranıb. Üzvlərinin sayı — 200 min. Sədri — L. Kospen. Hakimiyyətdə olduğu illər: 1936–1938; 1944–1946; 1955–1958; 1981–1986; 1988–1993; 1997 — indiyə kimi. Mətbu orqanı — həftəlik "Vandredi" (Cümə) jurnalı. Fransa Sosialist Partiyası (1902) Sosial Demokratiya nədir?
Fransa Sosialist Partiyası (1902)
Fransa Sosialist Partiyası — Fransada sosialist siyasi partiya. Partiya 1902-ci ildə Jül Gedin başçılıq etdiyi marksist Fransa Fəhlə Partiyası ilə Eduar Vayanın rəhbərlik etdiyi blankist Mərkəzi İnqilab Komitəsinin birləşməsi nəticəsində qurulmuşdir. Jan Joresin başçılıq etdiyi Fransız Sosialist Partiyasından fərqli olaraq, partiya burjua hökumətlərini dəstəkləməkdən və "Sollar bloku" koalisiyasında iştirak etməkdən imtina etmişdir. Bununla birlikdə, iki partiya 1905-ci ildə İkinci İnternasionalın təzyiqi ilə Fəhlə İnternasionalının Fransa Bölməsi ilə birləşmişdir. D. A. MacGibbon (January 1911). "French Socialism Today". Journal of Political Economy. Part 1. Vol. 19.
Funksionalizm (sosiologiya)
Funksionalizm — sosioloji məktəb, cərəyan. Etnologiyada funksionalizm sosioloji məktəbin prinsiplərinin sonrakı inkişafının məntiqi nəticəsi idi. Əgər diffuzionizmin vətəni Almaniya, sosiologiyanın vətəni Fransa idisə, funksionalizm istiqaməti İngiltərədə yaranmışdı və nə qədər geniş yayılsa da, ingilis nəzəriyyəsi olaraq qalırdı. Bunun da özünün siyasi səbəbləri vardı. Funksionalizm məktəbin tədqiqat obyektinə istənilən ictimai institutun malik olduğu və birbaşa onun saxlanılmasına xidmət edən funksiyaların öyrənilməsi daxildir. Bu məktəb XX əsrin 20-ci illərində İngiltərədə etnologiyada əsas yer tuturdu. İlk funksionalizm nəzəriyyəsini alman etnoloqu R. Turnvald 1911-ci ildə irəli sürmüşdür. Amma funksionalizmin mövqeyi Böyük Britaniyada daha güclü oldu. Burada Malinovskinin rəhbərliyi altında XX əsrin 20-ci illərindən etibarən tezislər irəli sürülməyə başlandı. Malinovskinin ilk tezisi belə idi: mədəniyyəti onun cizgilərinə görə deyil, institutlarına görə təhlil etmək lazımdır.
Fəlsəfə və sosial-siyasi elmlər (jurnal)
Bakı SOS Uşaq Kəndi (film, 2001)
== Məzmun == Film Bakı yaxınlığında "SOS" şirkəti tərəfindən kimsəsiz uşaqlar üçün yaradılmış uşaq kəndi haqqında bəhs edir.

Digər lüğətlərdə