Soy (jurnal)
Soy — müstəqil aylıq tarixii-etnoqrafik jurnal.
== Haqqında ==
Tiraj: 300 nüsxə
Soy-kök problemlərindən, geneologiyadan, etnoqrafiyadan, tarixdən bəhs olunur.
Redaksiya heyəti tam mütəxəssislərdən təşkil olunub.
"Soy" jurnalı 16.09.2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Qeydiyyat nömrəsi: 526
== Jurnalın heyəti ==
Baş redaktoru: Ənvər Çingizoğlu
Elmi məsləhətçi Bəhram Məmmədli
Məsul katib: Savalan Fərəcov
Fotoqraf-redaktor: Erkin Əzimzadə
=== Redaksiya heyəti ===
Nərgiz Quliyeva, Ədalət Tahirzadə, Vasif Quliyev, Tarıyel Məmmmədov, Nazim Əlifov, Natiq Qubadoğlu, Məmmduh Yağmur (Türkiyə), Böyük Mollayi (İran), Eldar İsmayılov (Rusiya), Aydın Ziyadlı (İsveç).
== Rubrikaları ==
"Genealogiya oçerkləri" — nəsillər haqqında məlumat verir.
"Türk elləri" — el, oymaq və tayfalar haqqında danışılır.
"Ünlülər" — məşhur şəxslər haqqında məlumat verir.
"Soylularımızın portreti" — soylular haqqında oçerklər.
"Etnoqrafik etüdlər" —etnoqrafik məlumatlar.