Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiya və ilk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir.
Baymaq
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Quymaq
Sayğaq
Sayqak (lat. Saiga tatarica) – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi. Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu. 2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Mümtaz Soysal
Osman Mümtaz Soysal (türk. Osman Mümtaz Soysal; 15 sentyabr 1929, Zonquldak – 11 noyabr 2019, İstanbul) — hüquqşünas, siyasətçi, alim, 1961-ci il Türkiyə Respublikasının Konstitusiyasının müəlliflərindən biri. 1994-cü ildə qısa müddətdə Türkiyə Xarici İşlər naziri və Türkiyə Böyük Millət Məclisinin 19 və 20-ci çağırışlarında Sosial-Demokrat partiyasından Zonquldak və Ankaradan seçilmiş millət vəkili. Mümtaz Soysal 1929-cu ildə Zonquldak vilayətində anadan olub. 1949-cu ildə Qalatasaray liseyini bitirmişdir. Ardından Soysal Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də təhsil almış və 1953-cü ildə məzun olmuşdur. Orta Şərq Dövlət İdarəetmə İnstitutunda köməkçi vəzifəsində çalışarkən fərq kursu imtahanlarını vermiş və 1954-cü ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirmişdir. 1956-cı ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də asistent kimi işləməyə başlamışdır. Mümtaz Soysal 1958-ci ildə siyasi elmlər doktoru dərəcəsini almışdır. Uzun illər Siyasi Elmlər Fakültəsin də Konstitusiya hüququ professoru kimi dərs demişdir.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz (Saman Həsənzadə) aprel 19, 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", "Dənizləri yelləndirən faciə" adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Sayqın Soysal
Sayqın Soysal (türk. Saygın Soysal; 21 may 1982, Ankara)— Türk kino aktyoru. Sayqın Soysal 21 may 1982-ci ildə Ankara şəhərində anadan olub. Hacettepe Universitetini bitirib. Aktyordur. Bir çox film və seriallarda çəkilib.
Sevgi Soysal
Sevgi Soysal (türk. Sevgi Soysal 30 sentyabr 1936[…], İstanbul – 22 noyabr 1976, İstanbul) — Türk yazıçısı. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir. Həmçinin 1970 -ci illərin ən görkəmli üç qadın yazıçısından biri olaraq Sevgi Soysal Füruzan və Ədalət Ağaoğlu ilə adı birlikdə çəkilir. 30 sentyabr 1936-cı ildə İstanbulda, türk Mithat Cenen və milliyətcə alman həyat yoldaşı Anneliza Ruppun ailəsində anadan olmuşdur. Anası türk adı Aliyəni özünə ad kimi götürmüşdür. Sevgi bu ailədə altı uşaqdan üçüncüsü idi. O, əvvəlcə Ankarada litseyi bitirmiş, sonra isə Ankara Universitetinə daxil olmuşdur. Lakin müəyyən səbəblərdən ordan məzum olmamışdır.
Seyfəddin Soysal
Seyfəddin Soysal (27 iyul 1966, Şarkışla- 2 fevral 2012, Sivas), Türk heykəltaraş və rəssam. Niderland və Şarkışla'da sexləri var. Sivas Rəssamlar Dərnəyi qurucusudur. 1988-ci ildə yerləşdiyi Veghel (Şimali Brabant Rayonu), Hollandiyada şəkil və heykəl üzərinə təhsil alaraq bu sahələrdə əsərlər verən sənətçi, eyni zamanda Niderland Rəssamlar Birliyi 'nə üzv olub şəkil dərsləri də verdi. 4 fevral 2012-ci ildə evindəki buxarını çıxan karbonmonoksit qazından zəhərlənərək 45 yaşında vəfat etdi. Anısına Sivasda bir park və mesire sahəsinə adı verildi.
Solmaz (dəqiqləşdirmə)
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Solmaz Amanova
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı. Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir.
Solmaz Eliyeva
Solmaz Səməd qızı Əliyeva (31 dekabr 1945, Aşağı Nüvədi, Lənkəran rayonu – 25 may 2012, Aşağı Nüvədi, Lənkəran rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5 çağırış deputatı. Solmaz Əliyeva 1970-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə,Sosialist Əməyi Qəhrəmanı adı verilib. Solmaz Əliyeva Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi. Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan "Kim tanımır Solmazı" mahnısı Solmaz Əliyevaya həsr edilib.
Solmaz Hətəmova
Solmaz Hətəmova (1950, Bakı) — aktrisa. Solmaz Hətəmova 1950-ci ildə Bakıda anadan olub. 150 saylı orta məktəbi bitirib. 13 yaşında məşhur "Sehrli xalat" filmində pioner Zərifə obrazını yaradıb. Sonradan Azərbaycan Neft Akademiyasının (AZİ) iqtisadiyyat fakultəsini bitirib. Uzun müddət Rabitə Kollecində dərs deyib və ixtisası üzrə çalışıb. Hazırda təqaüddədir. Ailəlidir, 2 oğlu, 3 nəvəsi vardır.
Göydağ
Göydağ (Naxçıvan)
Dəmirçili oymağı
Dəmirçili oymağı — Zülqədər elinin oymaqlarından biri. == Yayılması və yerləşməsi == Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir. Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur. Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Gündüzlü oymağı
Gündüzlü oymağı — Avşar elinin qədim və böyük qollarından biri Gündüzlülər Xorasandan Anadoluya qədər hər yerə yayılmışdılar. Qaracaoğlan qoşqularının birində deyir: Faruq Sümər öz ünlü "Oğuzlar" kitabında Avşar elinin Xuzistan qrupu haqqında geniş söhbət açmışdır. Onun kitabından götürdüyümüz yazını oxucularımıza təqdim edirik. Avşarların ikinci ailəsinin yurdu Amik ovasında idi. Bu gün Qrıq xandan Xassaya gedərkən 12-ci kilometrdə yoldan təqribən 800 metr solda dəyirmanların yerləşdiyi Sulu və yaşıl sahənin bu ailənin yurdu olduğu bilinir. Bura bu gün də Gündüzlü adlanır. Bu yer Çuxurovaya gedən kəsə boğaz yolunun başında olduğu üçün nəqliyyat baxımından əskidən bəri mühüm bir yer sayılırdı. Həcc qafilələri və ticarət karvanları qısa olduğu üçün bu yola üstünlük verirdilər. Gündüzlüdən sonra bu məntəqələr vasitəsilə birbaşa Payasa enmək mümkün idi: Alan yaylası, Qatır holuğu, Buzdonduran, Paç (Bac), Payas. Qırıq xanın şimalında, Gündüzlünün cənub-qərbindəki Dərbsak qalasının çox vaxt bu ailənin əlində olduğunu bilirik.
Hacılar oymağı
Hacılar oymağı — Zülqədər elinin böyük qollarından biri. Öncə Qeysəri ətrafında yaşayırdılar. Sonra Azərbaycana gələrək Qarabağ əyalətində məskunlaşdılar. Bu oymaq tarixi ədəbiyyatda bəzən Hacılı kimi də yazilir. == Oymağın yaranması, yayılması == Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir. Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Kərəmpa oymağı
Kərəmpa oymağı — Azərbaycan tarixində rol oynamış oymaqlardan biri. Bu oymaq öncə müstəqil halda Sivas və Amasiya ətrafında yaşam sürürdü. Sonra Ustaclı elinə qoşulub yaylaq-qışlaq güzəranı keçirmişdi. O zaman Kərəmpa oymağının başçısı Əhməd ağa idi. I Şah İsmayıl Səfəvinin bu bölgələrə gəlişi zamanı Ustaclı eli ilə birlikdə Qızılbaş tayfa ittifaqına qatılmışdı. Əli bəy Əhməd ağa oğlu I Şah Təhmasib Səfəvinin yaxınları cərgəsində idi. Bu oymaqdan çıxan Çıraq bəy şahdan aldığı sultan ünvanı ilə Dərbənd hakim təyin edilmişdi. Əhməd bəy Kərəmpa-Ustaclı isə Sultan Şah Məhəmməd Xudabəndə Səfəvi inin və I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində Qızılbaş ordusunun görkəmli sərkərdələrindən olmuşdu. Kərəmpa oymağı Ustaclı tayfasının tərkibindən çıxıb Kəngərli elinə qatıldı. Naxçıvan xanları bu oymağı Dərəlyəz nahiyyəsində yerləşdirdilər.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.