SOYUQ SƏHRA

Arktik və yaxud yüksək dağlıq vilayətlərdə iqlimin quru olması ilə deyil, aşağı temperaturla əlaqədar olaraq yaranan səhra. S.s. içərisində buzlaq səhraları və yüksək dağlıq səhraları ayrılır. холодная пустыня cold desert
SOYUQ MAĞARA
SÖNMÜŞ VULKAN
OBASTAN VİKİ
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. == Xüsusiyyətləri == Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Soyuq Müharibə
Soyuq müharibə — sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci Dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu. Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. İndoneziya və Konqo kimi bəzi böyük Soyuq Müharibə cəbhələri 1947-ci ildə yenə də Qərb müstəmləkəsi idi. Sovet İttifaqı, digər tərəfdən, kiçik bir rəhbərlik etdiyi totalitar bir rejimi tətbiq edən özünü elan etmiş marksist-lenist dövlət idi. komitə, Siyasi Büro.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Soyuq novruzçiçəyi
Soyuq novruzçiçəyi (lat. Primula algida) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Botaniki xarakteristikası == Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür. Çiçək qrupu başcıqdır, 3-25 çiçəkli, sıxdır.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Soyuq silah
Soyuq silahlar istifadəsi zamanı partlayıcı maddələrdən istifadə olunmayan silah növləridir. Onlar sadə konstruksiyaya malik olub əlbə-yaxa döyüşlərdə istifadə olunurlar. Soyuq silahların tətbiqi əzələ qüvvəsinə əsaslanır.
Soyuq silahlar
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq şorba
Soyuq şorba (pol. Chłodnik, belar. Халаднік, lat. Aukstā zupa) və ya soyuq borş (lit. Šaltibarščiai) — Şərqi Avropa ölkələrinin milli yeməyidir: Belarusiya, Litva, Latviya, Ukrayna, Polşa. Rusiya mətbəxində bu yemək "svekolnik" də adlanır. Okroşkadan əsas tərkibində ət məhsullarının olmamasıdır. == Hazırlanması == Soyuq şorba adətən qatıqdan hazırlanır. Həmçinin qaymaq və süddən də hazırlana bilər. Bununla yanaşı turşuya qoyulmuş turp və təzə tərəvəzlərdən də istifadə edilir (doğranmış xiyar, soğan və s.).
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Soyuq verilənlər
Soyuq verilənlər (ing. cold data) — kompüter yaddaşında nadir hallarda əldə edilən verilənlər. Soyuq verilənlər tez-tez əldə edilən verilənlər olan isti verilənlərin əksidir. Müəyyən təriflər bu cür verilənləri 31 gün əvvəl əldə edilmiş verilənlər kimi təsvir etmişdir. IBM-nin meyarlarında qeyd edilmişdir ki, bu, minimum 90 gün əvvəl əldə edilmiş verilənlərə uyğun gəlir. Saxlama xərclərini optimallaşdırmaq üçün soyuq verilənlər aşağı performanslı və daha ucuz saxlama mühitində saxlanıla bilər. Məsələn, SSD-lər isti məlumatların saxlanması üçün istifadə oluna bilər, soyuq verilənlər isə sərt disklərə, optik disklərə, lentlərə köçürülə və ya bulud yaddaşına köçürülə bilər. İyerarxik yaddaş menecmenti (HSM) verilənlərin idarə edilməsi məqsədləri üçün istifadə olunur. Əsasən, "qaynar" kimi təsnif edilən məlumatlar SSD saxlama mühitlərinə ayrılır. Sonradan, verilənlərin aktivliyi zaman keçdikcə azaldıqca, onlar adi sabit disklərə (HDD) keçirlər.
Soyuq ov
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Soyuq müharibə
Soyuq müharibə — sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci Dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu. Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. İndoneziya və Konqo kimi bəzi böyük Soyuq Müharibə cəbhələri 1947-ci ildə yenə də Qərb müstəmləkəsi idi. Sovet İttifaqı, digər tərəfdən, kiçik bir rəhbərlik etdiyi totalitar bir rejimi tətbiq edən özünü elan etmiş marksist-lenist dövlət idi. komitə, Siyasi Büro.
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. == Coğrafiyası == Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Qübbətüs-Səhra
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü == Tarix == Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Səhra balakəkliyi
Səhra balakəkliyi (lat. Ammoperdix griseogularis) — Qırqovullar fəsiləsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə altındadır. == Genefond əhəmiyyəti == Regionda cinsin tək növüdür. == Qısa təsviri == Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil.
Səhra könlücəsi
Səhra gönlücəsi və ya Səhra yarasası (lat. Eptesicus bottae) — Gönlücələr fəsiləsinə daxil olan yarasa növü. == Yayılması == Arktik bölgələrdən başlayaraq, Yunanıstanın Rodos adası, Misir, Ərəbistan yarımadası, Yaxın Şərq, Kiçik, Ön və Mərkəzi Asiya, Cənubi Qafqazdan şimal-qərbi Çin və şimali Pakistana qədər ərazidə rast gəlinir. Azərbaycanda 5 məntəqədə tapılmışdır (Qabırrı (İori) və Alazan çaylarının mənsəbi, Mingəçevir ətraflarında, Xaldan, Sabirabad və Qobustan qoruğu). == Yaşayış yerləri == Onlara əsasən turay meşələrində, Azərbaycanın mərkəzi ərazilərində yarımsəhra landşaftlarında aşkar edilmişdir. Məskunlaşma yerləri yuyulma nəticəsində yaranan mağaralar və qaya çatlarıdır. Bu yarasalar daha çox Bozdağ silisiləsinin yeraltı mağaralarında və Qobustanda tapılırdı. Qobustanın Böyük-Daş silsiləsində, yay sığınacaqlarında aprelin sonlarından peyda olmuşlar, sentyabrın ikinci ongünlüyünə qədər böyük sayda qeyd olunmuşlar, oktyabrın əvvəllərində isə, tək-tək uçurdular. == Çoxalması == Yay ayları erkək fərdlər tək-tək yaşayırlar..

Digər lüğətlərdə