Forsaj 5: Rio soyğunu (film, 2011)
Forsaj 5 və ya Forsaj 5: Rio soyğunu (ing. Fast Five) — Kris Morqan tərəfin ssenariləşdirilmiş, rejissor Castin Lin tərəfindən çəkilmiş döyüş janrlı ABŞ film.
Filmdə Pol Volker və Vin Dizel rol almış, ilk dəfə 20 aprel 2011-ci ildə Avstraliyada nümayiş olunmuşdur. ABŞ-də, 29 aprel 2011-ci ildə nümayiş etdirilmişdir.
Film Brayn Okanner (Paul Volker), Dominik Toretto (Vin Dizel) və Mia Torettonun (Cordana Brevster) 100 milyon dollar oğurlamaq üçün quldurluq planı qurmaqları ilə başlayır. Bundan dərhal sonra iş adamı Hernan Reyes (Coaquim de Almeida) və DEA agenti Luk Hobbs (Dueyn Conson) onları həbs etmək üçün iş başına keçirlər.
== Mövzu ==
Keçmiş polis Brayn Okanner və Domun bacısı Mia Toretto Domu həbsdən qaçıraraq onu azadlığına qovuşdurduqdan sonra, polislərdən də yayınırlar, sərhədi keçirlər və Rio-de-Janeyroda peyda olurlar. Azadlıqlarını geri qaytarmaq üçün son bir daha görməli olan tərəfdaşlar, elit yarışçılardan formalaşdırdıqları seçilmiş komandalarını bir araya gətirməli olurlar. Onlar bilirdilər ki, onların ölməsini istəyən qanunsuz iş adamından yaxa qurtarmağın yeganə yolu onunla qarşılaşmaqdır. Ancaq bu iş adamı onların izinə düşmüş yeganə insan deyildi.