Staniol
Staniol (lat. stanpit-qalay) — qalaydan və ya onun qurğuşunla ərintisindən hazırlanan nazik (0.008–0.12 mm) vərəq, yaxud lent. Elektrotexnikada kondensator hazırlanmasında, yeyinti məhsullarının qablaşdırılmasında və s. istifadə olunur. Sənaye praktikasında staniol alüminium folqa ilə əvəz olunur.