stoisizm

stoisizm
stoiklər
stoist 2021
OBASTAN VİKİ
Stoisizm
Stoaçılıq, stoyaçılıq və ya stoisizm — Qədim Yunanıstanda və Qədim Romada çiçəklənmiş ellinist fəlsəfə məktəbi. Stoiklər evdemoniyaya – səadətli, çiçəklənən bir həyata nail olmaq üçün fəzilət təcrübəsinin kifayət olduğuna inanırdılar. Stoiklər buna nail olmağın yolunu gündəlik həyatda cəsarət və ya təmkinlilik kimi müəyyən fəzilətləri tətbiq etmək, ya da təbiətə uyğun yaşamaq kimi müəyyən etmişdilər. E.ə. 300-cü ildə Kitiyalı Zenon tərəfindən qədim Afina aqorasında qurulmuşdur. Aristotel etikası ilə yanaşı, stoik ənənə fəzilət etikasının əsas qurucu yanaşmalarından birini təşkil edir. Stoiklər xüsusilə insanlar üçün "fəzilətin yeganə xeyir" olduğunu və sağlamlıq, zənginlik və zövq kimi xarici şeylərin özlüyündə yaxşı və ya pis olmadığını (adiafora), "fəzilətin hərəkət etməsi üçün material" kimi dəyərə malik olduğunu öyrətməklə tanınırlar. Seneka və Epiktet kimi bir çox stoiklər vurğulayırdılar ki, "xoşbəxtlik üçün fəzilət kifayət" olduğuna görə bir müdrik bədbəxtliyə emosional olaraq dözümlü olmalıdır. Stoiklər həmçinin, müəyyən dağıdıcı emosiyaların mühakimədə buraxılan səhvlərdən qaynaqlandığını düşünürdülər və insanlar "təbiətə uyğun" olan bir iradəni (proharez adlanır) saxlamağı özlərinə hədəf seçməlidirlər. Bu səbəbdən stoiklər fərdlərin fəlsəfəsinin ən yaxşı göstəricisinin insanın dedikləri deyil, insanın necə davranması olduğunu düşünürdülər.

Digər lüğətlərdə