Strategiya

yun. strategia – qoşun; stratus – ordu və ago – aparıram 1) müəyyən qaydalarla mübarizə aparmağın elmi və incəsənəti; 2) məcazi mənada ictimai və siyasi mübarizəyə başçılıq (rəhbərlik) etmək məharəti, bacarığı (üsulu).
Stipendiya
Struktur
OBASTAN VİKİ
Strategiya
Strategiya (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti») — subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modeli. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir. Strategiya - təşkilatın vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır. Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.
Strategiya (şahmat)
Strategiya — Şahmat termini. Mübarizənin ümumi planı, onun düzgünlüyü mövqenin konkret qiymətləndirilməsi ilə müəyyənləşdirilir. O, nəinki öz imkanlarını, həm də rəqib tərəfin imkanlarını nəzərə almalıdır.
Strategiya oyunu
Strategiya oyunu (məsələn, videooyun və ya Stolüstü oyunlar), qətiyyətli olmağı tələb edən bir oyundur, belə oyunlarda oyunçuların xüsusi taktikaları vacibdir. Bütün strategiya oyunları fərqli düşüncə tərzlərini və adətən situasiyanı düzgün qiymətləndirmək şüurunu tələb edir.
ABŞ Strategiya Komandanlığı
Birləşmiş Ştatların Strategiya Komandanlığı (ing. United States Strategic Command; USSTRATCOM)— Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi hərbi peyklər kimi kosmik əməliyyatlar, məlumat əməliyyatları (məlumat müharibəsi kimi), raketdən müdafiə, qlobal komandanlıq və nəzarət, kəşfiyyat, nəzarət və kəşfiyyat (C⁴ISR), qlobal vuruş və nüvə yayındırıcılığı (ABŞ-nin nüvə arsenalı) və kütləvi qırğın silahlarına qarşı mübarizə aparmaqdır. Qərargahı Nebraska əyalətndəki Offutt Hava Qüvvələri bazasında yerləşir.
Real-vaxt strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub. RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur. Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Real zamanda strategiya

Strategiya video oyunları
Strateji videooyunlar — Kompüterdə oynanan videooyunlardan bəlkə də ən zərərsiz və faydalı olanıdır. Strateji videooyunları daxilində də müxtəlif kateqoriyalar mövcuddur. Lakin əksər videooyun şirkətlərinin seçdiyi ünsür ölkə rəhbərliyi mövzusudur. Strateji videooyunların prinsip etibarilə 3 növü vardır : Yeni şəhərlər qurmaq xammal çıxarmaq ölkəni qorumaq Bu videooyunlar 1–2 saatlıq yox, əsasən uzunmüddətli oynanılan videooyunlardır. Videooyunu kompüterin yaddaşına yazıb sonra davam etmək lazımdır. Son illərdə çıxan onlayn (online) videooyunlar isə siz yoxkən də həyatın davam etdiyi videooyunlar olaraq diqqət çəkməkdədir . Yəni bu videooyunlar siz videooyundan çıxdığınız halda belə arxa planda zamana uyğun olaraq davam edir. Bu səbəbdən videooyun daxilində inkişaf etdirdiyiniz ölkənizi mütəmadi nəzarətdə saxlamalısınız . Strateji videooyunlarının başlıca məqsədlərindən biri də budur. Strateji videooyunlarını videooyun dünyasının ən azından ən zərərsiz videooyunları olaraq düşünə bilərik.
Strategiya video oyunu

Azərbaycan Respublikasının neft strategiyası
Sabiq prezidenti Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.). Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı.
Azərbaycanın neft strategiyası

Marketinq strategiyası
Marketinq strategiyası (ing. marketing strategy) — davamlı rəqabət üstünlüyünə nail olmaq kimi əsas məqsədi olan uzunmüddətli, perspektivli planlaşdırma yanaşmasıdır . Strateji planlaşdırma şirkətin məqsədlərinə nail olunmasına töhfə verən bazar yönümlü rəqabət mövqeyinin işlənib hazırlanması, qiymətləndirilməsi və seçilməsindən əvvəl şirkətin strateji başlanğıc nöqtəsinin təhlilini əhatə edir. Strateji marketinq ayrıca bir araşdırma sahəsi kimi 1970-ci illərdə meydana çıxdı və ondan əvvəlki strateji idarəetməyə əsaslanırdı. Marketinq strategiyası marketinqin təşkilat və onun müştəriləri arasında əlaqə kimi rolunu vurğulayır.
Nüvə strategiyası
İkinci dünya müharibəsindən sonra dünyada nüvə silahlarının sayı əhəmiyyətli dərəcədə azaldı: 1986-cı ildə təxminən 70,300 — dən 2020-ci ilin sonlarında təxminən 13,410 -a endi. Hökumət siyasətçiləri və dünya idarəçiləri bu müvəffəqiyyəti tez-tez mövcud, yaxud son silahlara nəzarət müqavilələri nəticəsində canlandırırlar, lakin azalmanın böyük hissəsi 1990-cı illərdə baş verdi. Bəziləri bugünkü rəqəmləri 1950-ci illərin rəqəmləri ilə müqayisə edirlər, amma bu alma və portağalları müqayisə etmək kimidir; bugünkü qüvvələr böyük ölçüdə daha bacarıqlıdır. Azalma tempi 1990-cı illərlə müqayisədə xeyli yavaşladı. Nüvə silahlı dövlətlər nüvə tərksilahını planlaşdırmaq əvəzinə, sonsuz gələcək üçün böyük arsenalları saxlamağı planlaşdırdıqları, yeni nüvə silahları əlavə etdikləri və bu cür silahların milli strategiyalarındakı rolunu artırdıqları görünür. Döyüş nüvə silahları və dünyanın birləşdirilmiş nüvə arsenalları ehtiyatı çox yüksək səviyyədə qalır: 2020-ci ilin sonlarından təxminən 13,410 arsenal.. Bunlardan təqribən 9320 — i hərbi anbarlarda (qalanları demontajı gözləyir), təxminən 3720 — i isə döyüş əsaslı əməliyyat qüvvələri ilə yerləşdirilib ki, bunlardan da təqribən 1800 ABŞ, Rusiya, İngiltərə və Fransa döyüş üçün hazır vəziyyətdədir və istifadəyə hazırdır. Bütün nüvə silahlarının təxminən yüzdə 91 -i hərbi anbarlarında, təxminən 4000 döyüş silahı olan Rusiya və ABŞ-yə məxsusdur; başqa heç bir nüvə silahlı dövlət, milli təhlükəsizlik üçün bir neçə yüz və ya min nüvə silahına ehtiyac görmür. Qlobal olaraq nüvə silahlarının sayı azalır, lakin son 30 ilə nisbətən azalma tempi yavaşlayır. ABŞ, Rusiya və İngiltərə ümumi döyüş silahı ehtiyatlarını azaldır, Fransa və İsrail nisbətən sabit, Çin, Pakistan, Hindistan və Şimali Koreya isə döyüş arsenallarını ehtiyatlarını artırırlar Bütün nüvə silahlı dövlətlər qalan nüvə qüvvələrini modernləşdirməyə davam edir, yeni növlər əlavə edir, xidmət etdikləri rolu artırır və nüvə silahlarını gələcəkdə alternativ bir güc kimi qoruyub saxlamağa sadiqdirlər.
Şahmat strategiyası
Strategiya — Şahmat termini. Mübarizənin ümumi planı, onun düzgünlüyü mövqenin konkret qiymətləndirilməsi ilə müəyyənləşdirilir. O, nəinki öz imkanlarını, həm də rəqib tərəfin imkanlarını nəzərə almalıdır.

Digər lüğətlərdə