SUALTI ASTANA

bir-birindən aralı yerləşən iki quru sahəni birləşdirən, dəniz dibində uzun və geniş yüksəklik (mis. Xəzər dənizində Abşeron sualtı astanası və b.). подводный порог submarine rock-step, rice, ocean seuil
SUALTI AKKUMULYATİV TERRAS
SUALTI AŞINMA
OBASTAN VİKİ
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Astana Arena
«Astana Arena» — Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən stadion. Stadionun tutumu 30 000 yerlikdir. Stadion ilk rəsmi açılışda Kajımukan stadionu adlanır. Stadion güləşçi Kajımukan Munaytpasovun şərəfinə adlandırılmışdır. Sonradan stadionun hazırkı adı Astana Arena olaraq təstiqlənmişdir. Stadion futbol üzrə ixtisasladırılsada digər məqsədlər üçün uyğunlaşdırıla bilər. Burada güləş, cüdo və boks kimi idman yarışları keçirilə bilər. Stadion 30 000 azarkeşlikdir. Stadionun üzəri 20 dəqiqə ərzində açıla və bağlana bilir. Bütün infrastruktura sahibdir.
Astana FK
Astana FK (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. "Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub. Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır. Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur. Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır. Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır. "Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib. "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.
Astana Opera
Astana Opera (qaz. Астана Oпера) — Nursultan Nazarbayevin sərəncamı əsasında Qazaxıstanın Astana şəhərində yeni qurulmuş bir opera evidir. Binanın dizaynı qismən Nursultan Nazarbayev tərəfindən hazırlanmışdır və tikinti Mabetex qrupunun rəhbərliyi altında, 2010-cu il iyulun 6-da başlayıb. Bina 9 hektar ərazidə tikilib. Binanın açılışı 2013-cü ildə Qazaxıstanın Birjan və Sara operalarından olan açılış nümayəndəliyi tərəfindən edildi. Teatrın akustikası dünyanın ən yaxşılarından sayılır və italyalı Enriko Moretti (Biobyte) və Maria Kairoli tərəfindən hazırlanmışdır. Opera evinə iki salon daxildir: Opera və balet tamaşalarına ev sahibliyi edən və 120 nəfərə qədər musiqiçi üçün bir orkestr səhnəsi olan əsəs zal (1250 yer), Kamera Zalı (250 yer), kamera musiqisi konsertləri üçün. Bu, Astanada yeni tikilmiş ikinci bir operadır, çünki 1500 yerlik opera salonuna sahib olan Sülh və Razılıq Sarayı 2006-cı ildə tikilmişdir. Bina dünyanın üçüncü ən böyük operası hesab olunur. Opera binasının diqqətəlayiq xüsusiyyətlərindən biri 13 m yüksəklikdə yerləşən 1,6 tonlu çilçıraqdır.
Astana bayrağı
Astana bayrağı — bayraq Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayev tərəfindən dizayn edilib.
Dollar (astana)
Dollar astanası (başq. ҡыҫыҡ) — Katun çayının Manjerok kəndi ərazisindən keçək hissəsində yerləşir. Çayın axdığı bu hissədə suyun dərin olmasına baxmayaraq astanalar böyük dalğalar əmələ gətirir. Astananın sahilində düşərgə və tualet olmasınsa baxmayaraq bunlar pulludur. Dəfələrlə astanada Rusiyanın fristayl üzrə kubok yarışları keçirilmişdir.
Kıçık (astana)
Kıçık (başq. ҡыҫыҡ) — Başqırdıstanın dağ çayı olan Zilim çayında yerləşən astana. Astana-dayazlıq 3-3,5 km məsafədə uzanır. Astana Baştım və Zilmerdak silsilələrinin ayrıldığı yerdir. Bura su idmanı həvəskarlarının sevimli yerlərindəndir. Ərazi çətinlik dərəcəsinə görə 2 balla qiymətləndirilir. Astananın sonunda, sahildə düşərgə və hamam vardır. "СПЛАВ ПО РЕКЕ ЗИЛИМ - ПОРОГ КЫСЫК - ТОЛПАРОВСКИЕ СКАЛЫ". // wanders-k.ru. 2012-05-15 tarixində orijinalından arxivləşdirilib.
Sualtı adaları
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Sualtı zəlzələ
Sualtı zəlzələ — su hövzəsi, xüsusilə okean dibində baş verən zəlzələ. Bu cür zəlzələ tipi sunamiyə səbəb olur. Elmi cəhətdən də Rixter şkalası və ya Mercalli şkalası ilə ölçülə bilər. Hərəkətli plitələr tektonikası sualtı zəlzələlərin səbəbini izah etməyə kömək edir.
Sualtı arxeologiya
Sualtı arxeologiya — suyun altında aparılan arxeoloji tədqiqatları əhatə edir.Bu sahənin qəbulu sualtı ərazilərə daxil olmaq və işləməkdəki çətinliklər və arxeologiyanın sualtı ərazilərə tətbiqi ilkin olaraq gəmi qəzası zamanı xilas edcilərin inkişaf etdirdiyi bacarıq və alətlərdən irəli gəldiyi üçün nisbətən gec bir inkişaf yolu keçmişdir. Nəticədə sualtı arxeologiya əvvəlcə özünü həqiqi arxeoloji tədqiqat kimi təsdiqləmək üçün mübarizə apardı. 1980-ci illərin sonlarında universitetlər fənni tədris etməyə başlayanda və alt fənn üçün nəzəri və praktiki baza möhkəm qurulduqda bu dəyişdi. Sualtı arxeologiyanın indi dəniz arxeologiyası da daxil olmaqla bir sıra formaları var: keçmiş insan həyatının, davranışlarının və mədəniyyətlərinin və onların dənizdə, ətrafında, mənsəblərdə və çaylarda fəaliyyətlərinin elmi əsaslı öyrənilməsi. Bu, ən çox duzlu və ya şirin suda, ətrafında və ya altında tapılan və ya su ilə örtülmüş çöküntünün altında basdırılmış qalıqlardan istifadə etməklə həyata keçirilir. Son illərdə sualtı aviasiya arxeologiyası adı altında su altında qalan İkinci Dünya Müharibəsi sahələrinin və su altında qalan təyyarələrin tədqiqi də əsas fəaliyyət kimi ortaya çıxmışdır. Sualtı arxeologiyanın tədqiqat sahəsi yalnız gəmi qəzalarının tədqiqi ilə məhdudlaşmır. Port Royal və İsgəndəriyyəni dağıdan zəlzələlər və ya kontinental miqyasda daha geniş yayılmış iqlim dəyişiklikləri kimi yerli seysmik hadisələr səbəbindən dəniz səviyyəsindəki dəyişikliklər, bir vaxtlar quruda olan bəzi insan işğal sahələrinin indi su altında qalması deməkdir. Son buz dövrünün sonunda Şimal dənizi böyük düzənlik idi və antropoloji material, eləcə də mamont kimi heyvanların qalıqları bəzən trol gəmiləri tərəfindən çıxarılır. Həmçinin, bəşər cəmiyyətləri həmişə sudan istifadə etdiyinə görə, bəzən bu cəmiyyətlərin su altında qurduqları tikililərin qalıqları (məsələn, körpülərin özülləri, körpülər və limanlar) quru torpaqda izlər itirildikdə hələ də mövcud vəziyyətdə qalır.
Astana-1964 FK
Astana-1964 (qaz. Астана-1964 Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu. 1964: "Dinamo" (Selinoqrad) (qaz. «Динамо» (Целиноград)) 1975: "Selinnik" (Selinoqrad) (qaz. «Целинник» (Целиноград)) 1994: "Sesna" (Akmola) (qaz. «Цесна» (Акмола)) 1996: "Selinnik" (Akmola) (qaz. «Целинник» (Акмола)) 1997: "Astana" FK (qaz. «Астана» ФК) 1999: "Jenis" (Astana) (qaz. «Жеңіс» (Астана)) 2006: "Astana" FK (qaz. «Астана» ФК) 2009: "Namis" (Astana) (qaz.
Astana (film, 1986)
Astana tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Əsas rolları Yaşar Nuri, Firəngiz Şərifova, Süleyman Ələsgərov, Bəsti Cəfərova və Abbas Qəhrəmanov ifa edirlər. Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Qarlı günlərin birində yaxşı insanlardan biri onu qar-borandan xilas edib evinə gətirir. Andrey bu evdə toplaşan təmiz qəlbli insanlardan bir növ dərs alır. Atasına, anasına, keçmiş həyat yoldaşına Andreyin ölümü ilə bağlı xəbər çatdırılır. Beləliklə, Andrey dəhşətli bir sınaqdan keçməli olur. Öz "ölümü"nə kənardan baxaraq ibrət götürən Andrey aqibətinin çox acınacaqlı olacağını anlayır və hər şeyi düzəltmək ümidilə geriyə-kəndinə dönmək qərarına gəlir...
Astana (film, 1988)
Astana qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. Filmin mərkəzində əsas etibarilə bir sıra səbəblər üzündən həyatda büdrəyən, bəzən də özündən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunan, nəhayət, öz yaramaz hərəkətləri üçün vicdan əzabı çəkən adamlar durur. Belə ki, onların əksəriyyəti həbs cəzasını çəkib yenidən həyata qayıdarkən, hamı kimi sağlam əxlaqla əmək sahəsində özlərini doğrultmağa çalışır. Vaxtilə buraxdıqları səhvi düzəltməyə, mənəvi cəhətdən pak, əsil insan kimi yaşamağa cəhd göstərirlər. Lakin buna baxmayaraq belə adamlar bəzən həyatda çətin maneələrlə qarşılaşırlar. Həbsdən qayıdan adamlara soyuq münasibət bəslənilir, onlara etinasızlıq göstərilir, etibar olunmur. Bütün bu mənfi münasibətlər filmdə tənqid edilməklə, adamlarımıza müsbət, insani hisslər aşılanır.
Astana Tibb Universiteti
Astana Tibb Universiteti — Qazaxıstan SSR Nazirlər Sovetinin 26 oktyabr 1964-cü il tarixli əmri ilə qurulan və Astana şəhərində yerləşən ali təhsil tibb müəssisəsi. Başlanğıcda universitet Tselinoqrad Dövlət Tibb İnstitutu (TDTU) adlandı, 2009-cu ildə Astana Tibb Universiteti adlandırıldı və Qazaxıstandakı tibb universitetləri arasında ilk səhmdar cəmiyyət oldu. 1964-cü ildə universitet açıldıqdan sonra yalnız universitetin adı dəyişdirilmədi, eyni zamanda ixtisasların sayı da artdı, kredit təhsili texnologiyaları və üç mərhələli təhsil sistemi — bakalavr, magistr, doktorantura, aspirantura, akademik proqramlar tətbiq olundu. Universitetin reytinqi durmadan artır və bir neçə ildir ki, universitet Qazaxıstan Respublikasının üç aparıcı tibb universitetlərindən biridir. Gələcəkdə Astana Tibb Universiteti olmalıdır: Ali, aspirantura və davamlı tibbi təhsil, səhiyyə yenilikləri sistemində liderdir Qabaqcıl Tibbi Texnologiyalar Elmi və Klinik Mərkəzi, İntellektual İnkişaf; Korporativ idarəetmə standartlarının formalaşdırılması və tətbiqi mərkəzi; Elmi, sosial-mədəni, təhsil mühiti və infrastrukturunun formalaşdırılması mərkəzi. Əsas inkişaf prioritetləri: insan resurslarının inkişafı; keyfiyyətli tibbi təhsil vermək; öz klinik bazasının yaradılması; universitet elminin təkmilləşdirilməsi; beynəlxalq təhsil və elmi cəmiyyətə inteqrasiya. Formalaşdırılmış missiyaya əsasən, universitet aşağıdakı hədəfləri müəyyənləşdirdi: Qazaxıstan Respublikasının səhiyyə sistemi üçün rəqabət qabiliyyətli, yenilikçi texnologiyalara, biliklərə və qloballaşma şəraitində yüksək keyfiyyətli və təhlükəsiz tibbi xidmətlər göstərməyi bacaran ahəngdar inkişaf etmiş mütəxəssislərə peşəkar və mənəvi cəhətdən mükəmməl mütəxəssislər hazırlamaq keyfiyyətini təmin etmək dünya birliyinin; Təhsil fəaliyyətinin təkmilləşdirilməsi; Yenilikçi klinik fəaliyyətin təşkili; Tədqiqat işinin təkmilləşdirilməsi; Lisansüstü və davamlı peşə təhsili, güclü bir elmi məktəb, səhiyyə və əczaçılıq sahəsindəki yeniliklərin təkmilləşdirilməsi; Fəaliyyətlərin strateji planlaşdırılmasının inkişafı; Əməliyyatların və maliyyə və aktiv idarəetməsinin gücləndirilməsi; İnformasiya və texnologiyalar mənbəyi olan korporativ etik standartların formalaşdırılması və tətbiqi, elmi, sosial-mədəni, sağlam korporativ mühitin formalaşdırılması, səhiyyə sisteminə inam. Əsas hədəflərə uyğun olaraq Universitetin inkişafının strateji istiqamətləri formalaşdırıldı: Strateji istiqamət: Ali tibb təhsili sahəsində rəhbər vəzifələrin formalaşdırılması "Tibb Universiteti Astana" ASC tərəfindən göstərilən təhsil xidmətlərinin yüksək səviyyədə keyfiyyətinin təmin edilməsi Təhsil xidmətlərinin optimal həcminin və strukturunun təmin edilməsi Təhsil xidmətlərinin göstərilməsinə inteqrasiya olunmuş yanaşmanın təmin edilməsi (sosial aspekt) Strateji istiqamət: Korporativ idarəetmənin səmərəliliyinin artırılması.
Azadlıq meydanı (Astana)
Azadlıq meydanı (qaz. Тәуелсіздік алаңы) — Qazaxıstanın paytaxtı Astananın əsas meydanı. . Azadlıq meydanı Astananın Almatı rayonunda yerləşir. Tauelsizdik prospekti boyunca cənub-cənub-qərbdən şimal-şimal-şərqə uzanan şəklində müntəzəm bir düzbucaqlıdır. Eninə istiqamətdə meydan Baytursınov və Najimedenov küçələri ilə məhdudlaşır. Meydanın mərkəzində Qazaxıstanın azadlığı və çiçəklənməsinin rəmzi olan "Qazax eli" abidəsi vardır. Paytaxtın mərkəzində Azadlıq meydanında yerləşən “Qazax Eli” (“Qazax xalqı”) abidəsi Astana şəhərinin və bütün Qazaxıstanın kifayət qədər yeni bir memarlıq əlamətidir. Ağ mərmərdən dördbucaqlı bir təməl üzərində quraşdırılmış bir işıq sütunu ilə təmsil olunur, burada hər tərəfdə müstəqil Qazaxıstan Respublikasının formalaşmasının əsas hadisələrini əks etdirən barelyeflər əks olunur. Bu quruluşun hündürlüyü 91 metrdir ki, bu da 1991-ci ildə ölkənin müstəqilliyi ilə əlaqələndirilir. Qazax Eli abidəsi yalnız suverenliyin simvolu deyil.
Əbdülhəsən Astana-Əsl
Əbdülhəsən Astana-Əsl (d. 1947; Təbriz) — əslən azərbaycanlı İran-Amerikan elm xadimi, struktural mühəndisi və Berkli Kaliforniya Universitetinin professoru. 1947-ci ildə Pəhləvi İranında dünyaya gəlmişdir. Bakalavr təhsilini mülki mühəndislik ixtisasi üzrə Tehran Politexnik İnistitutunda, magistr (1979) və doktorantura təhsilini (1982) Miçiqan Universitetində almışdır. Hal-hazırda Berkli Kaliforniya Universitetində professor olaraq çalışmaqdadır. O, 11 sentyabr terror hücumu zamanı Dünya Ticarət Mərkəzinin çöküşünü araşdıran dünyanın aparıcı struktural mühəndisləri arasında yer almışdır. O, 1998-ci ildə Amerika Polad Konstruksiyası İnistitutunun Higgins Lectureship Mükafatını qazanmışdır. Bu mükafat Astana-Əslin araşdırdığı sahədə ən nüfuzlu mükafat hesab edilir. O, hal-hazırda Kaliforniyada mühəndislik fəaliyyəti ilə yanaşı, struktural və körpü mühəndisliyi sahəsində konsultasiyalarla, məhkəmələrdə öz sahəsinə dair ekspertliklərlə, həmçinin də elmi araşdırmalarla, nəşrlərlə məşğuldur. Onun araşdırma sahəsinə zəlzələ mühəndisliyi və mühəndislik etikasına da daxildir.
Hərbi sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sualtı adalar qövsü
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Sualtı döyüş müharibəsi
Sualtı döyüş müharibəsi, döyüş gəmilərinin, hərbi təyyarələrin, helikopterlərin və ya digər sualtı qayıqların köməyi ilə düşmən sualtı qayıqlarını tapmaq, izləmək, dayandırmaq, zədələmək və ya məhv etmək üçün istifadə edilən sualtı bir döyüşdür.
Sualtı sıra dağları
Bütün okeanlarda və bəzi dənizlərdə dibin 4-5 km və daha artıq qalxmış uzun , ensiz dağlarıdır. Sualtı sıra dağlarının bəzilərinin zirvələri su səthindən yuxarı qalxıb, ada əmələ gətirir.
Sualtı əkinçilər (roman)
Sualtı əkinçilər (rus. Подводные земледельцы) - Aleksandr Belyayev tərəfindən 1930-cu ildə elmi-fantastika janrında yazılmış roman. Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir. Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.