Flueggea suffruticosa
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.