Orta sutkalıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür.
Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq.
Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.