Syerra-Leone Respublikası
Syerra-Leone — Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlət. Ölkə şimaldan və şərqdən Qvineya ilə, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir.
Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini elan etmiş, 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək, respublikaya çevirilmişdir.
90-cı illərdən başlayaraq 2002-ci ildə qədər dağıdıcı bir vətəndaş müharibəsi yaşamışdır. Ölkə ərazisində BMT sülhməramrıları fəaliyyət göstərməkdədir.
Almaz mədənləri baxımından olduqca zəngindir, buna baxmayaraq qərbli müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində bir xeyli yoxsullaşmışdır.
Sərhədlərinin ümumi uzunluğu 958 km olub, sərhəd qonşuları isə Qvineya (652 km), Liberiya (306 km), sahil xəttinin uzunluğu 402 km-dir.
Təbii sərvətləri almaz, titan, boksit, dəmir, qızıl, xromdur.