Mənaca sormaq, yağlanmaq, piylənmək, hopmaq,öpmək kəlmələri ilə yaxındır. Mənbələrdə sümür sözü “əmmək”, “sormaq” kimi açıqlanıb. Müstəmləkəçilik yerinə bəzi türk dillərində sümürməçilik işlədilir. Zənn edirəm ki, sümür və sor sözləri tarixi baxımdan eyni kökə malikdir. Bəzi türk dillərində piy yerinə səmir (səmiz forması da var) işlədilir. Deməli, sümürmək “yağını sormaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)