tökmə-beton

tökmə-beton
tökmə
tökməbədən
OBASTAN VİKİ
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Vakuumda tökmə
Vakuumda tökmə — üsulunda qəliblərin doldurulması vakuum şəraitində aparılır. Vakuumda qəliblərin məcburi doldurulması zamanı onun qazlardan mühafizə olunması mümkün olur ki, bu da nəticədə nazik divarlı, sıx və yüksək keyfiyyətli töküklərin alınması şərait yaradır. Vakuumda tökmənin müxtəlf üsulları tətbiq olunur: şərini üzərində yerlışmiş qəlibə metalın sorulması ( burada bərkimə atmosfer və ya yüksək təzyiqdə baş verir), ərintinin alt hissəsində yerləışmiş qəlibə metalın vurulması, vakuumda təzyiq altında tökmə (bu məqsədlə tökmə maşınlarında vakuumlaşdırılmış pres qəliblərdən istifadə olunur), vakuumda mərkəzdənqaçma tökmə və s. Fasonlu hissələrin hazırlanmasında vakuumda tökmə əksər hallarda vakuumda xüsusi polad və xəlitələrin əridilməsi ilə kombinasiya edilir. Tətbiq olunan üsuldan asılı olaraq vakuum 40-0,3 N/m² arasında yerləşir.
Dəmir-beton
Dəmir-beton — polad (armatur) istifadə edərək betonun möhkəmləndirilməsi ilə istehsal olunan tikinti materialının adıdır. Binada istifadə olunan dəmir-beton elementlər (sütunlar, dirəklər, döşəmə və s.) bəzi gərginliklərə məruz qalır. Bunlar ümumiyyətlə sıxılma, gərilmə, kəsmə və burulma təsirləridir. Təbii xüsusiyyətinə görə qırılmağa meyilli olan betonu, kompozit bir tikinti materialı olan dəmir-betona çevirmək üçün süni poladla gücləndirirlər. Bu möhkəmləndirmə ilə açıqlıqları daha kiçik en kəsikləri ilə keçmək mümkün olmuşdur. Təchizata yerləşdirilmiş polada sonradan və ya əvvəlcədən gərginlik verilərək ön dartılı/sonradan sıxılmalı beton əldə edilir. Dəmir-beton bina elementindəki beton və polad birlikdə bu dartınmaya müqavimət göstərir. Bu vaxt beton sıxılma, polad isə çəkilmə gərginliyini qarşılayır.
Ön dartılı beton
Ön dartılı beton — tikintidə istifadə olunan, detveytinin o tərəfində hər hansı bir yükü dəstəkləmədən əvvəl sıxışdırılaraq yaradılan bir beton növüdür.