Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər:
təlim;
dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı.
Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi.
Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri.
Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd.
Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd.
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.