TƏHLÜKƏSİZ

прил. хатасуз; са хатавални, кичӀевални авачир, хаталу тушир (мес. везият).
TƏHLÜKƏLİ
TƏHLÜKƏSİZLİK
OBASTAN VİKİ
Təhlükəsiz rejim
Təhlükəsiz rejim (safe mode) – kompüterin əməliyyat sisteminin diaqnostik rejimi. Təhlükəsizlik rejimi əməliyyat sistemi ilə bağlı bir çox problemlərin aradan qaldırılması üçün nəzərdə tutulub. Microsoft Windows, Mac OS X və Ubuntu kimi çağdaş əməliyyat sistemlərində təhlükəsizlik rejimi gerçəkləşdirilib (Mac OS X sistemində bu rejim "Safe Boot" adlanır). Mürəkkəb elektron qurğularda da belə bir rejim nəzərdə tutulur. Təhlükəsizlik rejimində əməliyyat sisteminin funksionallığı məhdudlaşdırılır, ancaq problemlərin seçdirilməsi asanlaşır, çünki mahiyyətə uyğun olmayan komponentlərin əksəriyyəti “söndürülür”. Microsoft Windows əməliyyat sistemində təhlükəsizlik rejimi sistemin yüklənməsi zamanı F8 klavişi vasitəsilə aktivləşdirilir. Standart "Safe Mode" variantı ilə bərabər, bu menyuda bir sıra digər təhlükəsiz rejimlər də mövcuddur: Safe Mode with Networking – Şəbəkə dəstəkli Təhlükəsiz rejimdir, şəbəkənin istifadəsi üçün lazım olan sürücü və xidmətləri yükləyir. İnternet və ya lokal şəbəkədən istifadə etməyə imkan verir. Safe Mode with Command Prompt – Əmr sətri ilə Təhlükəsiz rejimdir, adi rejim ilə eynidir, lakin standart qrafik mühit yerinə əmr sətrini (cmd.exe) işə salır. Enable VGA Mode – VGA rejimi, Windows-u 640x480 ekran keyfiyyəti ilə işə salır və cari sürücüdən istifadə edir (adi təhlükəsiz rejimi isə vga.sys sürücüsündən istifadə edir).
Təhlükəsiz Şəhər
"Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi — Daxili İşlər Nazirliyinin orqanı. Bakı şəhərində əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi, asayişin qorunması, baş vermiş hadisələrin canlı olaraq izlənməsi, mümkün terror hadisələrinin qarşısının alınması və eləcə də baş vermiş hadisə zamanı Daxili İşlər Orqanlarının çevikliyinin yüksəldilməsinin təmin olunmasıdır. Bu məqsədlə, "Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Mərkəzi"nin binası tikilərək beynəlxalq standartlara uyğun olaraq dünyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilmiş və ilkin mərhələdə Bakı şəhərində müəyyən edilmiş 200 nöqtədə 550 ədəd (bunlardan 200-ədədi mərkəzdən idarə olunan, 350-ədədi sabit) videokameralar quraşdırılmışdır. Videokameraların qeydə aldığı görüntülər Mərkəzdən əlavə, Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi idarəsi, DİN-in inzibati binasında yerləşən qərargah, BBPİ-i, BDYPİ, BMİ, Bakı şəhər DYPİ, həmçinin Bakı şəhər rayon polis idarələri tərəfindən həmin rayonun inzibati ərazisini əhatə etməklə müşahidə olunur. Qeydə alınan bu görüntülər 30 gün müddətinə arxivləşdirilir, şəhərdə baş verən hadisələrə canlı və ya arxivdən baxılması təmin edilir. Zərurət yarandıqda arxivdəki görüntülər müxtəlif elektron informasiya daşıyıcılarına köçürülərək daha uzun müddətdə saxlanıla bilər. 1)10.000-lərlə kameranı mərkəzdən izləmək və idarə etmək imkanına malikdir. Mərkəzdən sistemə bağlanmış bütün cihazların idarə olunmasını təmin edir. Hərəkətin izlənməsinin mərkəzdən idarə olunması və tənzimlənməsi mümkündür. 128 bit şifrləmə əlaqənin təhlükəsizliyini təmin edir.
Avast təhlükəsiz brauzer
Təhlükəsiz Şəhər (DİN)

Təhlükəsiz Wi-Fi girişi
Təhlükəsiz Wi-Fi girişi WPA (Wi-Fi Protected Access)Wi-Fi Protected Access (WPA) və Wi-Fi Protected Access II (WPA2) simsiz kompüter şəbəkələrini təmin etmək üçün Wi-Fi İttifaqı tərəfindən hazırlanmış iki təhlükəsizlik protokolu və təhlükəsizlik sertifikatı proqramlarıdır. WEP protokolunun kriptoqrafik dözümlə əlaqəli bir neçə vacib probleminin həlli üçün 2003-cü ildə standart kimi təklif edilib. WPA2 isə 2004-cw ildə yaradılmışdır Wi-Fi İttifaqı, WPA-nın tam IEEE 802.11i standartının mövcudluğuna qədər WEP-in yerinə yetirilməsi üçün ara tədbir kimi nəzərdə tutdu. Əsas xüsusiyyəti şifrləmə açarlarının TKIP (Temporal Key Integrity Protocol) protokolu bazasında dinamik generasiyası texnologiyasıdır. Bundan başqa, WPA-da kriptoqrafik nəzarət cəmləri MIC (Message Integrity Code – məlumatın tamlıq kodu) adlı yeni metod ilə hesablanır və AES standartı ilə şifrləmə də dəstəklənir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…" 1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)

Dövlət Təhlükəsizliyi Xidməti (Özbəkistan)
Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (özb. Oʻzbekiston Respublikasi Davlat xavfsizlik xizmati) — Özbəkistan Respublikasının xüsusi səlahiyyətli dövlət orqanı. Bu, Özbəkistan Respublikasının öz səlahiyyətləri daxilində xüsusi vasitə, forma və üsullarla dövlətin və milli təhlükəsizliyin təmin edilməsi məsələlərini həll edən xüsusi xidmət orqanıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri sədrdir və qurumun özü bilavasitə Özbəkistan Respublikasının Prezidentinə tabedir. Qurum ilkin istintaq və təhqiqat, əməliyyat-istintaq və kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirmək hüququna malikdir. Hərbi, hüquq-mühafizə və dövlət qulluğu təmin edilir. Hərbi, əl, atıcı silahlar və digər silahlar əldə etmək hüququ olan dövlət hərbiləşdirilmiş təşkilatlarına aiddir. 13 mart 2018-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyayevin “Özbəkistan Respublikasının dövlət təhlükəsizlik sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ilə Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə çevrilmiş, Dövlət Təhlükəsizliyi Xidməti Milli Təhlükəsizlik Xidməti-nin varisi kimi tanınmışdır. . 2 oktyabr 2018-ci il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyayev Özbəkistan Respublikasının Ali Məclisi tərəfindən qəbul edilmiş “Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Gününün təsis edilməsi haqqında” qanunu imzalamışdır. Qanuna əsasən hər il 5 aprel tarixi Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidmətinin və onun əməkdaşlarının rəsmi günü hesab edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.
Ekoloji təhlükəsizlik
Ekoloji təhlükəsizlik—insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yarada biləcəyi təhlükələrdən qorunmasının təmin edilməsidir. Keçən əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ekoloji təhlükəsizliyin qayğısına qaldı və bu sahəni ölkənin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirdi.1999-cu ildə qəbul olunmuş "Ekoloji təhlükəsizlik haqqında" qanunun 2-ci maddəsində qanunun təsir dairəsi və məqsədi belə izah edilir: İnsan həyatını və sağlamlığını, cəmiyyət, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən, atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir. — Təhlükəli ekoloji vəziyyətin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq; — Ekoloji təhlükəsizlikə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək; — Ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək; — Ekoloji təhlükəsizlikə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s. Ölkəmizdə ekoloji vəziyyətin ekoloji təhlükəsizlik siyasətinin istiqamətidir. Hər bir dövlət, o cümlədən, Azərbaycan ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Ekologiya ilə bağlı qəbul olunmuş qərarlar, bir sıra normativ aktlar belə deməyə əsas verir. Azərbaycanda son illər ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülür.
Elektron Təhlükəsizlik Mərkəzi
Elektron Təhlükəsizlik Mərkəzi (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən dövlət orqanıdır. 5-ci hissəsinə əsasən yaradılmışdır. Mərkəz - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Elektron Təhlükəsizlik Xidməti
Elektron Təhlükəsizlik Xidməti (digər adı ilə CERT. AZ / az. ETX, en. Cyber Security Service) — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Elektron Təhlükəsizlik Xidməti (Azərbaycan)

Ermənistan Milli Təhlükəsizlik Xidməti
Ermənistan Milli Təhlükəsizlik Xidməti (Azərbaycan mətbuatında MTX; erm. Հայաստանի Ազգային Անվտանգության Ծառայություն, Hayastani Azqayin Anvtanqutyan Tsarayutyun) — Ermənistan milli təhlükəsizliyi, kəşfiyyat, sərhəd mühafizəsi, informasiya təhlükəsizliyi — kriptoqrafiya, o cümlədən Ermənistan Baş Nazirinin mühafizəsinə cavabdeh dövlət qurumu. Ermənistan Respublikasının 1991-ci ilin sentyabr ayında SSRİ-nın tərkibindən ayrılmasından sonra, yeni hökumətin qərarı ilə 4 dekabr 1991-ci ildə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik üzrə Dövlət İdarəsi adını almışdır. İdarənin ilk rəisi general-mayor Husik Suren Harutyunyan olmuşdur. O, bu vəzifədə 1992-ci ilin fevral ayına qədər qalmışdır. Ermənistan hökumətinin müvafiq qərarına əsasən 1996–1999-cu illər arasında, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi birləşdirilmişdir. 17 dekabr 2002-ci ildə, prezident Robert Koçaryan Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması haqqında fərman vermişdir. 2004-cü ildə 12 il Müdafiə Nazirliyinin tərkibində olan Sərhəd Mühafizə Xidməti MTX-nin tərkibinə verilmişdir.
Fiziki təhlükəsizlik
Fiziki təhlükəsizlik, obyektlərə, avadanlıqlara və mənbələrə icazəsiz girişin qarşısını almaq, işçiləri və əmlakı zərər və ziyanlardan (casusluq, oğurluq və ya terror hücumları) qorumaq üçün hazırlanmış təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Fiziki təhlükəsizlik, qapalı dövrə televiziya nəzarəti, xüsusi təhlükəsizlik işçisi, qoruyucu baryerlər, kilidlər, giriş nəzarəti protokolları və bir çox digər texnika daxil olmaqla bir çox əlaqəli sistem təbəqəsinin istifadəsini əhatə edir. Qorunan obyektlər üçün fiziki təhlükəsizlik sistemləri ümumiyyətlə aşağıdakıları nəzərdə tutur: potensial müdaxilələrin qarşısını almaq (məs. xəbərdaredici nişanlar və ətraf mühit nişanları); müdaxilə edənləri aşkar etmək və onları izləmək/qeyd etmək (məsələn, dəvətsiz qonaqların xəbərdarlığı siqnalları və CCTV sistemləri); müvafiq hadisələrə cavabların hazırlanması (məsələn, təhlükəsizlik işçiləri və polis tərəfindən).
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
IP təhlükəsizliyi
IP təhlükəsizliyi (Internet Protocol Security (IPsec))-– IP protokolu ilə ötürülən verilənlərin təhlükəsizliyini təmin etmək üçün protokollar toplusu. Hesablama prosesində İnternet Protokolu Təhlükəsizliyi (IPsec) bir şəbəkədən göndərilən məlumat paketlərini təsdiqləyən və şifrləyən bir şəbəkə protokolu paketidir. İnternet Protokolunun təhlükəsizliyi (IPsec) İnternet Protokolu (IP) şəbəkələri üzərindəki ünsiyyəti qorumaq üçün kriptoqrafik təhlükəsizlik xidmətlərindən istifadə edir. IP-paketlərin autentifikasiyasını, tamlığının yoxlanmasını və/və ya şifrlənməsini həyata keçirməyə imkan verir. IPSec-ə İnternet şəbəkəsində açarların təhlükəsiz mübadiləsi üçün protokollar da daxildir. Əsasən VPN-lərin yaradılması üçün istifadə edilir. 1980-ci illərin sonlarında ABŞ NIST İnternet üçün bir sıra təhlükəsizlik protokolu hazırlamışdır. Bunlardan biri, Layer-3 (SP3) Təhlükəsizlik Protokolu Motorola tərəfindən satılan IP şifrləmə cihazlarında tətbiq edilmişdir. ESP SPF protokolunun birbaşa törəməsidir. 1995-ci ildə isə İPsec rəsmi olaraq təsdiq olunub.
Kiber təhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemləri, internet, habelə Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına qarşı etibarın artmasına görə vacibdir. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır. Kibertəhlükəsizlik həm məlumat sistemlərinin qarışıq olması, həm də dəstəklədikləri cəmiyyətlərə görə müasir dünyanın ən mühüm məsələlərindən biridir. Təhlükəsizlik xüsusilə də distrubasiya, seçkilər və maliyyə kimi geniş əhatəli fiziki təsirlərə malik irimiqyaslı sistemləri idarə edən sistemlər üçün böyük əhəmiyyət daşıyır. Kibertəhlükəsizliyin bir çox istiqaməti elektron şifrələr və şifrələmə kimi rəqəmsal müdafiə sxemlərini əhatə edir, lakin ondan həmçinin metal kilidlər kimi fiziki təhlükəsizlik müdafiələrinə yönəlmiş icazəsiz müdaxilələrin qarşısını almaq üçün hələ də istifadə edilir. İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
Kompüter təhlükəsizliyi
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemləri, internet, habelə Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına qarşı etibarın artmasına görə vacibdir. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır. Kibertəhlükəsizlik həm məlumat sistemlərinin qarışıq olması, həm də dəstəklədikləri cəmiyyətlərə görə müasir dünyanın ən mühüm məsələlərindən biridir. Təhlükəsizlik xüsusilə də distrubasiya, seçkilər və maliyyə kimi geniş əhatəli fiziki təsirlərə malik irimiqyaslı sistemləri idarə edən sistemlər üçün böyük əhəmiyyət daşıyır. Kibertəhlükəsizliyin bir çox istiqaməti elektron şifrələr və şifrələmə kimi rəqəmsal müdafiə sxemlərini əhatə edir, lakin ondan həmçinin metal kilidlər kimi fiziki təhlükəsizlik müdafiələrinə yönəlmiş icazəsiz müdaxilələrin qarşısını almaq üçün hələ də istifadə edilir. İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
Kontinental Şelfin Neftqaz Obyektlərində Təhlükəsizlik Texnikası (1987)
Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (film, 1987)
Leytenant Şmidt Adına Zavodda Əməyin Təhlükəsizliyi (1961)
Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
Milli Təhlükəsizlik Agentliyi
Milli Təhlükəsizlik Agentliyi (ing. National Security Agency) — Milli Kəşfiyyat Direktorunun (DNI) səlahiyyəti altında olan ABŞ Müdafiə Nazirliyinin milli səviyyəli kəşfiyyat orqanı. MTA, siqnal kəşfiyyatı (SIGINT) kimi tanınan bir intizam üzrə ixtisaslaşmış xarici və yerli kəşfiyyat və əks-kəşfiyyat məqsədləri üçün məlumat və məlumatların qlobal monitorinqi, toplanması və işlənməsinə cavabdehdir. O həmçinin ABŞ rabitə şəbəkələrinin və informasiya sistemlərinin mühafizəsi ilə məşğuldur. MTA öz missiyasını yerinə yetirmək üçün müxtəlif tədbirlərə güvənir, lakin onların əksəriyyəti gizlidir. Agentliyin mövcudluğu 1975-ci ilə qədər gizli saxlanılıb. Təxminən 32.000 əməkdaşı var. İkinci Dünya Müharibəsində kodlaşdırılmış kommunikasiyaları deşifrə etmək üçün yaradılmış, daha sonra 1952-ci ildə prezident Harri Trumen tərəfindən rəsmi olaraq yaradılmışdır. O zaman və Soyuq Müharibənin sonu arasında, personal və büdcə baxımından ABŞ kəşfiyyat təşkilatları arasında ən böyüyü olmuşdur, lakin 2013-cü ilə qədər mövcud olan məlumatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 14,7 milyard dollarlıq büdcə ilə bu mövzuda irəlidə olduğunu göstərir. MTA hazırda bütün dünyada kütləvi məlumatların toplanması ilə məşğuldur və bu məqsədlə bir üsul olaraq elektron sistemləri fiziki olaraq səhv salması məlumdur.
Milli Təhlükəsizlik Nazirliyi
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və ya qısaca MTN — 1991–2015-ci illər ərzində kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutmuşdur. Nazirlikdə işləmək üçün Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasına daxil olub burada təhsil ala bilərdilər. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi internet saytı Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət etmişdir. İlhüseyn Pirhüseyn oğlu Hüseynov (7 noyabr 1991 – 16 may 1992) Fəxrəddin Ayət oğlu Təhməzov (16 may 1992 – 17 iyun 1993) Nəriman Şamo oğlu İmranov (3 iyul 1993 – 22 sentyabr 1994) Namiq Rəşid oğlu Abbasov (22 mart 1995 – 23 iyul 2004) Eldar Əhməd oğlu Mahmudov (23 iyul 2004 – 17 oktyabr 2015) Namiq Rəşid oğlu Abbasov (i. e. 17 iyun – 3 iyul 1993; 22 sentyabr 1994 – 22 mart 1995) Mədət Qəzənfər oğlu Quliyev (i. e.
Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir. 2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır.

Digər lüğətlərdə