təkrarlayıcı

təkrarlayıcı
təkrarlatmaq
təkrarlı
OBASTAN VİKİ
Təkrarlayıcı
Təkrarlayıcı — siqnalın ötürülməsini ilkin intensivliklə və formada davam etdirmək üçün siqnalı gücləndirmək, yaxud regenerasiya edərək təhrifləri azaldan qurğu. Kompüter şəbəkələrində təkrarlayıcı iki şəbəkəni, yaxud şəbəkənin iki seqmentini ISO/OSI modelinin fiziki səviyyəsində əlaqələndirir və siqnalı regenerasiya edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təkrarlayıcı perforator
Təkrarlayıcı perforator (ingiliscə gang punch, rusca дублирующий перфоратор) - perfokartı oxuyan və başqa perfokartda onun kopiyasını edən qurğu. 1980-ci illərin əvvəllərinədək proqramçılar tərəfindən geniş istifadə olunurdu. == Repeater == 10Base5 və 10Base2 standartlarının kabel uzunluğu və kompüter sayı ilə bağlı olan hədd bəzən yetərli olmur, ona görə bu cür texnologiyalardan repeater-dən istifadə etmək lazım gəlir. Əgər daha uzun məsafələrdən daha çox kompüterlə işləmək istənilərsə və ya şəbəkəni kabel zədəli olsa belə daha dayanıqlı hala gətirmək istəyirsinizsə, ya da fərqli kabel sistemləri (məsələn: 10Base5 ilə 10Base2) birləşdirilmək istəsəniz repeater istifadə etməlisiniz. Repater və ya təkrarlayan bir ethernet seqmentindən aldığı bütün paketləri təkrarlayır və digər seqmentə yollayır. Repeater gələn elektrik siqnallarını alır və binary koda, yəni 1 və 0-lara çevirir. Sonra da digər seqmentə yollayır. Bu yönü ilə repater-in bəsit bir amplifikator, yəni yüksəldici olmadığını anlayırıq. Çünki ampilər gələn siqnalın nə olduğuna baxmadan sadəcə gücünü yüksəldir. Yolda zədələnmiş bir siqnal ampiden keçəndə zədəsi daha da artır.