TABE

TABE [Rəbi:] İnsan gücə tabedir (C.Cabbarlı); ASILI Kamil öz-özünə: O, ancaq özünü öyür; yüksək vəzifəli, asılı olduğu, bir də “yerli” dediyi adamları bəyənir.. (Y.Şirvan); MƏHKUM (mac.) Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum.. halda yaşayırlar (H.Sarabski); MÜTİ Yağılar: Çoban sən də gəl bəri, baş endirib bağır bas, bizə müti ol (Anar).

TABAN
TABELİK
OBASTAN VİKİ
Qanuna tabe vətəndaş (film, 2009)
Qanuna tabe vətəndaş (ing. Law Abiding Citizen) — 2009-cu ildə istehsal olunmuşdur. Filmin rejissoru F. Gary Gray, aktyorları Gerard Butler və Jamie Foxxdur. Filmdə hadisələr Filadelfiya əyalətində cərəyan edir. Filmdə həyat yoldaşı və qızı gözünün qarşısında öldürülən bir adamın günahkarların layiq olduğu cəzalarına məhkum olunması üzərinə ədaləti öz imkanlarıyla bərpa etməsindən söhbət açılır. the-numbers.com Qanuna tabe vətəndaş — Internet Movie Database saytında.
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Tabeeta məktəbi
Tabeeta məktəbi — İsrailin Yaffa şəhərində yerləşən məktəb. Şotlandiya kilsəsi tərəfindən idarə olunan məktəbin devizi "irqindən, millətindən, cinsindən və dinindən asılı olmayaraq bütün uşaqları salamlayırıq" kimi səslənir. Məktəb 1863-cü ildə təsis edilmişdir.
Tabeli mürəkkəb cümlə
Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik əlaqəsi əsasında birləşməsindən yaranır. Belə cümlələrin tərkib hissələrinin qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur. Əsas cümlə baş, asılı olan cümlə isə budaq cümlə adlanır. Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir. Bu zaman budaq cümlə ya baş cümlənin buraxılmış cümlə üzvünün yerində işlənir, ya da ümumi məzmunla bağlı olur. Ümumi məzmunla bağlı olan şərt budaq cümlələri sadə cümləyə çevrilmir. Bəzi budaq cümlələr baş cümlənin buraxılmış üzvünün sualına cavab verir: Mən bilirdim ki (nəyi?) , hər şey bizim iradəmizdən asılıdır. Bu cümlədə baş cümlə budaq cümlədən əvvəl gəlib və baş cümlədəki buraxılmış üzvü – tamamlığı əvəz edir. Budaq cümlə baş cümlədə işarə əvəzliyi ilə verilmiş cümlə üzvünün sualına cavab olur: Mən onu da (nəyi?) bilirdim ki, əvvəl - axır torpaqlarımızı geri qaytaracağıq. O, elə (necə?) danışırdı ki, heç kəs diqqətini ondan yayındırmırdı.
Tabernakl
Tabernakl (lat. tabernaculum - çadır) — katolik məbədlərində ibadət əşyalarının yerləşdirilməsi üçün istifadə edilən memarlıq elementidir. Tabernakllar adətən zəngin oyma və qabartma heykəllətlə bəzədilir. Xristian tabernaklının proobrazı Əhd Sandığının saxlandığı Skiniyadır.
Tabernas (səhra)
Тabernas (isp. Desierto de Tabernas) — İspaniya ərazisində yerləşən səhra. Bəzən Аlmeriya səhrası adlanır. İnzibati cəhətdən Almeriyanın Tabernas inzibati vahidliyində yerləşir. Səhra 280 km² sahəyə malikdir. 1989-ci ildə unikal relyefi və faunası ilə əlaqədar qoruq elan edilmişdir. Aralıq dənizindən güçlü küləklər əsir. İllik yağıntının miqdarı 240 mm təşkil edir. İllik orta temperatur 18 °C-dir. İlin 300 günü günəş müşahidə edilir.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Tabezruft
Tabezruft (Bərbər dili: Taneẓṛuft (Qorxu və susuzluq torpağı. ərəb. تنزروفت‎) — qumlu-daşlı səhra, Saxaranın bir hissəsini təşkil edir. Əlcəzairin cənubunda, Malinin isə şimalında yerləşir. Maksimal hündürlüyü 362 m-dir Susuz və güclü buxarlanma şəraitinin höküm sürdüyü region Yaşayış məntəqələri — Таodenni və Тaqaza şəhərləri duz hasılatının həyata keçirilməsi və tuareqlərin karvan yolları üzərində istirahət etmələrinin təminatı rolunu oynayır. Səhra ərazisindən Transsaxara şossesi keçir (Beşar (Əlcəzair) — Qao (Mali)). Əhalisi olduqca azdır. Əsasən Tuareqlərdir. Tabezruftun mərkəzində, İn-Ezzanda mağarada qaya üstü təsvirlər aşkarlanmışdır. 13 fevral 1960 ildə Reqqan vahəsində fransızlar ilk Atom bombasının (Fransa tarixində) sınağını həyata keçirmişdir (20 kiloton).
Yevxaristiya sirri tabernaklı
Yevxaristiya sirri tabernaklı (it. Tabernacolo del Sacramento eucaristico) — Florensiya sənətkarı Donatello tərəfindən mərmər üzərində yonma üsulu ilə, 1432-1433-cü illər Roma səfəri zamanı hazırlanmış tabernakldır. 228 sm hündürlüyə və 125,4 m enə malik olan əsər hazırda Müqəddəs Pyotr bazilikasının xəzinə muzeyində saxlanılır. Əsərin hazırlanmasında, ehtimal ki, o zaman Donatellonun emalatxanasında çalışmış Mikeloçço di Bartolomeo da iştirak etmişdir. Böyük mərmər parçasından hazırlanmış sənət əsərinin bugünkü funksiyası onun ilkin funksiyasından fərqlənir. İlkin olaraq o, içərisində hostiya (müqəddəs çörək) saxlanan kivorinin yerləşdirilməsi üçün baldaxin kimi istifadə edilmişdir. Bu gün isə onun içində XIV əsrə aid olan, möcüzəvi gücü olması inancı ilə əlaqədar həm də "Hərarət Madonnası" kimi tanınan "Madonna və körpə" ikonası yerləşdirilmişdir. Əsəri, Venesiyalı Roma papası IV Yevgeni Apostol sarayında yerləşən və sonradan Fra Ancelikanın freskoları ilə bəzədilmiş kiçik kapella üçün sifariş etmişdi. 1538-ci ildə ətraf mühitin yenidən modifikasiya edilməsi, tabernaklın Antonio da Sanqalla (kiçik) tərəfindən altarı dizayn edilmiş və daha sonra Perino del Vaqa tərəfindən freskalarla bəzədilmiş (1542) bazilikaya verilməsinə səbəb oldu. XVII əsrə kimi əldən-ələ keçmiş əsər, Vazari tərəfindən qeyd edilməsinə baxmayaraq, demək olar ki, Donatellonun əsərləri sırasına daxil edilmirdi.
Əbu-Dabi Döyüş Klubu Tabeliyi Güləş Dünya Çempionatı
Yarış sabiq BƏƏ prezidenti Şeyx Zeyidin oğlu Şexy Təhnun Bin Zeyd Əl Nahyan,bu ideya onun Braziliya ciu-citsusu müəllimi Nelson Monteironun olmuşdur.Royle Qreysi bunu "yeni grappling erası" kimi səciyələndirdi. Yarış əsasən güləşin sərt növləri olan Grappling,Sambo,Cüdo,Ciu-citsu,Braziliya ciu-citsusu üzrə keçirilir.

Значение слова в других словарях