taboiflic
taborit 2021
OBASTAN VİKİ
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Motaatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Motoatıcı tabor
Motoatıcı tabor — birləşmiş hərbi qüvvələrdən ibarət tabor. Qərargah, kəşfiyyat taqımı, minaatan batareya taqımı, rabitə taqımı, maddi-texniki təminat taqımı, tibbi yardım taqımı, əlavə 3 bölükdən ibarət və onların tabeliyində olan tank və ya yüngül zirehli texnika taqımlarından ibarətdir.
Qırmızı tabor
"Qırmızı tabor" 1918–22 illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan və b. ərazilərdə fəaliyyət göstərmiş xalq könüllülərindən ibarət partizan birləşməsi. "Qırmızı tabor" Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılmışdı. "Qırmızı tabor" dəstələri erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, soyqırımların qarşısını almaqda mühüm rol oynamışdı. 1918 ilin iyulunda daşnakların Vediyə birinci hücumu zamam "Qırmızı tabor" hissələri onlara ciddi müqavimət göstərmiş, düşməni canlı qüvvə və texnika sarıdan çoxlu itki verərək, qaçmağa məcbur etmişdilər. Bu əməliyyat zamam "qırmızı tabor"çular qənimət kimi çoxlu silah və sursat ələ keçirmişdilər. 1919-cu ilin iyulunda daşnakların Vediyə ikinci hücumu zamanı "Qırmızı tabor" dəstələri yenə də qəhrəmancasına müqavimət göstərmiş, lakin düşmənin üstün qüvvələri qarşısında vuruşa-vuruşa öz mövqelərini tərk etməyə və İrəvan şəhərinə doğru geri çəkilməyə məcbur olmuşdular. Bundan sonra Vedibasar, Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçən "Qırmızı tabor" hissələri əvvəlcə Xoy şəhəri yaxınlığındakı Qəzənfərdağ adlı yerdə, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular. Naxçıvanda sovet hakimiyyəti elan edildikdən (1920, 28 iyul) sonra Naxçıvan hərbi inqilab komitəsinin və Nəriman Nərimanovun dəvəti ilə A. Şadlinskinin başçılığı ilə 200 nəfərlik "Qırmızı tabor" dəstəsi sentyabrın 17-də Naxçıvana gəlmiş, buradakı qırmızı qvardiya dəstələri "Qırmızı tabor"la birləşmişdi. "Qırmızı tabor"a, əvvəlcə, Naxçıvan sərhədlərinin qorunması tapşırılmış, sonra isə, onun döyüşçüləri daşnaklara qarşı Zəngəzur istiqamətində döyüş əməliyyatları aparmışlar.
82 mm BM-37 tabor minaatanı
82 mm lik tabor minaatanı ( BM-37) Düşmənin açıqda, səngərdə, dağların əks yamaclarında yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək və susdurmaq üçündür. Minaatandan istifadədə 4 cür minadan istifadə olunur.
Corc Tabori
Corc Tabori (mac. Tábori György; 24 may 1914[…], Budapeşt – 23 iyul 2007[…], Berlin) — macar teatr rejissoru, yazıçısı və ssenaristi. == Həyatı == Corc Tabori 1914-cü ildə Budapeştdə yəhudi əsilli ailədə anadan olmuşdur. Atası Auşvitz həbs düşərgəsində öldürülən, anası və qardaşı Nasist idarəçiliyindən qaçan Corc Tabori 1935-ci ildə Hitler Almaniyasını tərk edərək Londona köçmüşdür. İkinci Dünya müharibəsi zamanı İngiltərə ordusunda müharibə müxbirliyi etmiş və BBC-də işləmişdir. 1947-ci ildə ABŞ-yə köçmüşdür. == Yaradıcılığı == Onun ilk romanı Beneath The Stone adlanır. 1945-ci ildə bitirdiyi roman ABŞ-də çap edilmişdir. Taborinin ingiliscə yazdığı iki romanı - The Cannibals və Pinkville Vinn Həndman tərəfindən Nyu-York şəhərindəki Amerikan Teatr Sarayında 1968-ci ildən 1970-ci ilə qədər səhnələşdirilmişdir. 1970-ci ildə onun The Prince əsəri əsasında Con Boorman tərəfindən Leo the Last adlı film çəkilmişdir.
KQSM taboru
Kütləvi Qırğın Silahlarından Müdafiə Taboru — əsasən hər hansı nüvə və atom silahlarının atılacağı ehtimalı ilə yaradılmış tabor. Bu taborun şəxsi heyəti xüsusi biliyə sahib qulluqçulardır, çünki kimyəvi silahların (atomların) atıldığı ərazilərdə radiasiya şüalanması və bir çox fəsadların aradan qaldırılması, yaralıların, meyitlərin daşınması, həmin ərazilərdə davranmaq üçün xüsusi biliyə sahib olmaq lazımdır.
Tank taboru
Bir tank batalyonunda 3 tank bölüyü və bir qərargah bölüyü olmaq üzrə 4 bölük vardır. Hər bir tank bölüyündə təxminən 13 tank olur. Tank Batalyonu, bir polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik əsgəri taktika birlikdir. Hazırkı ordularda silahlarına görə tank batalyonu, piyada batalyonu, topçu batalyonu kimi batalyon sinifləri var. Hava qüvvələrində batalyon, ümumiyyətlə flot olaraq adlandırılar.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Şagird və kursant taboru
Şagird və kursant taboru - Silahlı qüvvələrin tabeçiliyində olan,zabit,gizir,müddətdən artıq və ya müddətli hərbi qulluqçuların təhsil aldığı məktəblərdir.Digər orqanların (DİN,DQ,DTX,MN,FHN vəs.) akademiyalarının şəxsi heyətidə kursant,şagird və ya müdavim adlandırılırlar.

Digər lüğətlərdə