talliman
tallofit
OBASTAN VİKİ
Tallium
Tallium ('Tl) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 81-ci element. Bitki orqanizmlərində tallium aşkar olunmuşdur. O, tütündə, kaşnı kökündə, ispanaqda, fıstıq oduncağında, üzümdə, çuğundurda və digər bitkilərdə aşkar edilmişdir. Bəzi bitkilər həyat fəaliyyətlərində talliumu akkumuliyasiya edirlər. Heyvanlardan meduzalar, aktinilər, dəniz ulduzları və dənizlərin digər canlılarında daha çox olur. Məməlilərdə tallium mədə-bağırsaq traktından yaxşı sorulur, başlıca olaraq dalaqda və əzələlərdə toplanır. Tallium insan orqanizminə qida vasitəsi ilə daxil olur. İnsan orqanizminə sutka ərzində qida və su ilə talliumun daxil olan miqdarı 1,6 mkq, hava ilə 0,05 mkq-dır. Tallium qanda, sümüklərdə, saçlarda, dırnaqlarda, dişlərin minalarında, aşkar edilmişdir. O, böyrəklərdə, əzələlərdə, endokrin sistemi vəzlərində və xayalarda toplana bilir.