Talışca
Talış dili (tal. tolışə zıvon, تؤلشه زوؤن) — Hind-Avropa dil ailəsinin hind-iran qoluna daxil bir dil, talışların dili. Tat dili və Zaza dili ilə yaxından əlaqəli olan Talış dilindən İranda (əsasən Gilan və ərazisində) və Azərbaycanda (əsasən Azərbaycanın Lənkəran, Masallı, Astara, Lerik rayonlarında) yaşayan talışlar məişətdə istifadə edirlər. Morfologiyasında fletivlik əlamətlərinə də təsadüf edilir. Sintaktik əlaqələrdə qoşma və önlüklərindən geniş istifadə olunur. Təsirli fellərin keçmiş zaman formalarının çoxunda cümlə erqativ quruluşludur.
Talış dili hind-iran qrupunda irani dillər qolunun şimal-qərbi iran dil yarımqrupuna aid Kaspi dil qrupuna daxildir. Bu qrupa həmçinin talış dilinə yetərincə bənzər gilək dili və mazandaran dili, habelə simnan dilləri (simnani, biyabunaki, səngsəri, sorxeyi, əftəri, ləsgedri) və s. daxildirlər.
Talış dili ümumən digər irani dillərlə, yəni fars, tat, tati, kürd, zaza, lur, tacik, osetin, puştu, dəri, bəluc və s.