tanqut

tanqut
tanqo
tanqutlar
OBASTAN VİKİ
Tanqut rəvəndi
Rheum tanguticum (lat. Rheum tanguticum) — rəvənd cinsinə aid bitki növü. Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd) Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir.
Tanqut skopoliyası
Tanqut skopoliyası (lat. Scopolia tangutica) — skopoliya cinsinə aid bitki növü.
Tanqutlar
Tanqutlar ( minya) — Tibet-Birma xalqı. Tanqutlar haqqında Orxon-Yenisey abidələrində də məlumat var. "On yeddi yaşımda tanqutlara qarşı əsgər göndərdim, onları məğlub etdim". Salih Mütəllibov bu savaşın 711-ci ildə baş verdiyini təxmin edir. Tanqutlar da tibetlər və xotanlılar kimi türk ölkəsinə sonradan gəlib yerləşmişlər; "Çinə yaxın yerdə yaşayan bir türk boyu. Onlar öz əcdadlarının ərəblər olduğunu söyləyirlər«. Buradan belə bir nəticə çıxır ki, tanqutlar qismən türkləşsələr də, əslində tibetlilərə qohumdurlar. "Divan"da tanqutlarla Çin arasında yerləşən Katun sini (Xatun məzarı, çincə Ko-tun chen) şəhərinin bəyi ilə tanqutların savaşı haqda məlumat var. 1028-ci ildə baş verən bu savaşı tanqutlar qazanmışlar. Кычанов Е. И. Гимн священным предкам тангутов // Письменные памятники Востока.