tarakan
tarakankimilər
OBASTAN VİKİ
Tarakankimilər
Tarakankimilər (lat. Blattodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Tarakankimilər daş kömür dövründən məlum olub, Yer kürəsinin əksər sahələrində geniş yayılmışdır. Bədəni uzunsov, yastılaşmış, az və ya çox dərəcədə ovalşəkillidir. Orta və iri ölçülü həşəratdır. Baş hissəsi hipoqnatik tipdədir. Ağız orqanları gəmiricidir. Bığcıqları uzun, nazik, qılşəkilli və çoxbuğumludur. Fasetli gözləri iridir və 2 gözcüyü vardır. Bəzi qanadsız formalarda göz inkişaf etməmişdir.