Baqdad (Tasmaniya)
Baqdad (ing. Bagdad) — Avstraliyada, Tasmaniya adasındakı Hobartın 37 kilometr (23 mil) şimalında qəsəbə.
Baqdad Konstitusiya təpəsində səyahətlərini davam etdirənlər üçün vacib bir istirahət yeri və at dəyişdirmə yeri idi. İndi bura meyvə bağları və kiçik qarışıq təsərrüfatlar sahəsi və şəhərətrafı qəsəbədir.
== Tarixi ==
Şəhərin adını Kral Dəniz Qüvvələrində sıravi kəşfiyyatçı Hyu Cermeyn vermişdir. O, Ceyms Bekhausa, 1901-ci ildə nəşr etdirdiyi "Avstraliya koloniyalarına ziyarətin narrativi" kitabında qeyd edildiyi kimi, səyahət edərkən çantasında iki kitabı daşıdığını söyləmişdir: "Bibliya" və "Min bir gecə".
Bağdad Poçt şöbəsi 1 dekabr 1878-ci ildə açılmışdır. 1891-ci ildən 1947-ci ilə qədər şəhəri Hobartla bir dəmir yolu xətti birləşdirmişdir.
2003-cü ilin aprelində, İraq müharibəsinin başlanğıcında, şəhərin veb-saytı iraqlılarla əlaqə saxlamağa çalışan dünyanın hər yerindən internet istifadəçiləri tərəfindən bombardman edilmişdir.
== Əhalisi ==
Avstraliya Statistika Bürosu tərəfindən keçirilən 2006-cı il siyahıyaalınmasına görə, Baqdadda 996 nəfər yaşayırdı.