taxikardiya

taxikardiya
taxigenez
taxilaliya
OBASTAN VİKİ
Taxikardiya
Taxikardiya (yun. ταχύς — sürətli və καρδιά — ürək) ürək döyüntüsünün dəqiqədə 180–240 zərbə vurması ilə müşahidə olunur. Aritmiyanın tiplərindən biri sayılır Taxikardiya ürək xəstəliyi deyil ürək xəstəliyinin simptomu olaraq qəbul edilir. Taxikardiya hər vaxt ürək xəstəliyinin əlaməti olmaya bilər. Çünki qaçmaq, həzm edilməsi güc şeylər yemək, həyəcanlanmaq, siqaret, içki, çay, qəhvə içmək, zəhərlənmək, bəzi dərmanlar taxikardiyaya səbəb ola bilər. Bu növ taxikardiya, səbəbin ortadan qalxmasıyla keçər. Ancaq ürək xəstəlikləri, böyrək xəstəlikləri, qızdırmalı xəstəliklər və zəhərlənilmələr də taxikardiya səbəb ola bilər. Normal ürək atışları 0–1 yaşları arasında; dəqiqədə 120–140 1–3yaşları arasında; dəqiqədə 90–120 3–7 yaşları arasında; dəqiqədə 90–100 7–20 yaşları arasında; dəqiqədə 80–90 20 yaşından sonra; dəqiqədə 60–80 arasında dəyişər. Ürək sıxılmasının sürətlənməsi (taxikardiya) ürəyin sıxılma döyüntüsü sayını (pulsus freques)artırır, ürək ahənginin ləngiməsi (bradikardiya) nəticəsində döyüntü seyrəlir (pulsus rarus).
Sinus taxikardiyası
Sinus taxikardiyası — sinoatrial düyündən yaranan elektrik impulslarının sürətinin artması ilə xarakterizə olunan yüksəlmiş sinus ritmi. Yetkinlərdə sinus taxikardiyası dəqiqədə 100-dən çox ürək dərəcəsi kimi müəyyən edilir. İnsanın istirahət zamanı ürək dərəcəsi dəqiqədə 60–90 döyüntüdür. Ürək qanla tam dolmur və qan axınının pozulması baş verir. Normal ürək döyüntüsü yaş və fiziki hazırlıq səviyyəsindən asılıdır: körpələrdə daha yüksək ürək döyüntüsü (dəqiqədə 110–150 vuruş), yaşlı insanlar isə daha aşağı olur. Sinus taxikardiyası, bədənin daha yüksək enerji və oksigen ehtiyaclarını ödəmək üçün ürək döyüntüsünün artdığı yükə normal cavabdır, lakin sinus taxikardiyası da sağlamlıq problemini göstərə bilər. Beləliklə, sinus taxikardiyası həm fizioloji həm də patoloji ola bilər. Taxikardiya çox vaxt simptomsuz keçir. Bu, əsas xəstəlik vəziyyətinin nəticəsidir və xəstəliyin şiddətinin göstəricisi ola bilər. Ürək dərəcəsi çox yüksək olarsa, mədəciklərin qanla doldurulma müddətinin nəzərəçarpacaq dərəcədə azalması səbəbindən ürək döyüntüsü azala bilər.

Digər lüğətlərdə