Taxta qaşıq ağız yırtar.

Cf. An empty hand is no lure for a hawk. Сухая ложка дерёт.
taxta kimi arıq
taxta-para üstündə
OBASTAN VİKİ
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Taxta
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Ağız boşluğu
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə "qopuz" sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: "telli (simli) qopuz", "yaylı (kamanlı) qopuz", "vurmalı (zərblə səsləndirilən) qopuz" "qolça qopuz" və "ağız qopuzu" deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən "ağız qopuzu" adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır. 1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Taxta biti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Taxta şirni
Taxta şirni — Karameləoxşar Azərbaycan şirniyyatı. Tərkibinə şəkər tozu, limon turşusu daxildir, ətirləndirici kimi gülab, qızılgül yağından, üyüdülmüş fındıqdan, vanilindən və keşniş toxumundan, müstəlif yeyinti boyalarından istifadə olunur. Taxta şirni rafinad qənd kimi yalnız dişləmə çay içmək üçün bişirilirdi. Keçmiş dövrlərdə taxta şirni ən çox kəndlərdə, kasıb əhali arasında geniş yayılmışdır. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qazan (Qab-qaşıq)
Saxsı qab və ya dulusçuluq məmulatı adətən gilli, yumşaq torpaqdan hazırlanan və sobada bişirilirərək ərsəyə gətirilən mətbəx aləti və ya yemək qabıdır. Qədim bir yemək bişirmək üçün nəzərdə tutulmuş alət olan saxsı qab mis və ya başqa metallardan hazırlana bilər. Onun ənənəvi istifadəsi türk, ispan və fransız mətbəxlərində çox geniş formada yayılmışdır . Türkiyədə dulusçuluğu ilə məşhur olan regionlar mövcuddur. Bunlardan biri Biləcik vilayətinin Kınık kəndi, digəri isə Nevşehir vilayətinin Avanos rayonudur.
Qaşıq seks pozası
Qaşıq seks pozası adətən bir partnyorun kürəyini digər partnyorua çevirərək fetal vəziyyətdə cinsi əlaqəni nəzərdə tutan seks pozalarından biridir. Adını qaba müvafiq gələn yan-yana yerləşdirilmiş iki ədəd qaşıqdan almışdır. Qaşıq pozası "dört əsas" seks pozasından biri hesab olunur.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Ağız bucağının xorası
Ağız bucağının xorası – ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyi. Ağız bucağının xorası orqanizmdə B2 vitamininin çatışmazlığından, diş əti xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş, yaxud acı qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir. Xəstəliyi kokklar, yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə daha çox tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dərisi qızarır, sulanır, yerində sonradan sarı qartmaqla örtülən ağrılı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikli qişasına da keçə bilər. === Profilaktikası: === Düzgün qidalanma, qida rasionunda qidaların vitaminlərlə zəngin olması, ağız bucağı qıcıqlandıqda acı, kəskin turş maddələr və sitrus meyvələrin istifadə edilməməsi. Müalicəsi həkimin məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur, lakin aparılan ardıcıl düzgün müalicə nəticəsində Ağız bucağının xorası sağalır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Xosrovun taxta çıxması
Xosrovun taxta çıxması — I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır: Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.