Telekonfrans
Telekonfrans (ing. Teleconference) – texniki vasitələrin köməyilə ərazicə paylanmış iştirakçılar arasında kommunikasiyanın həyata keçirildiyi tədbirin növüdür. Məsələn, telefon vasitəsilə konfrans, audiokonfrans, çat, poçt vasitəsilə konfrans, videokonfrans və s. Windows əməliyyat sistemində Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə görüş və konfransların keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Telekonfrans rabitəsi – rabitə sistemilə birləşdirilmiş və müxtəlif yerlərdə olan insanlara yığıncaqlar, konfranslar, məsləhətləşmələr və s. keçirməyə imkan verən audio-, video-, yaxud kompüter avadanlıqlarından kompleks istifadə texnologiyası. Telekonfranslar iki növə ayrılır: audiokonfranslar (səsin ötürülməsi vasitələrindən istifadə etməklə) və videokonfranslar (video-rabitə vasitələrindən istifadə etməklə). Telekonfranslardan çox zaman hökumət orqanları istifadə edir.