Teluqular
Teluqular — Hindistanın Andhra-Pradeş ştatında Qodavari, Krişna, Tunqabhadra çaylarının vadisində, Tamilnad və Karnataka ştatlarının qonşuluğundakı rayonlarda kompakt şəklində yaşayırlar. Sayları təxminən 75 milyon nəfərdir (2004). Antropoloji baxımdan mezohind tipinə, müxtəlif varna və kastalara mənsubdurlar.
Teluqular dravid dil ailəsinə məxsus teluqu və ya qentu dilində danışırlar. Teluquların əksəriyyəti vişnuit hinduistdir, ənənəvi lokal inanclarını saxlayırlar, aralarında müsəlmanlar və xristianlar da var.
Teluquların əcdadları dravid xalqları-andhra, kalinqa və teluqu (tenuqu) e.ə I minilliyin ortalarından başlayaraq, Hindistanın şimalından cənubuna miqrasiya etmiş, e.ə.II və b.e. III əsrlərində qaynayıb-qarışmış, teluqu xalqı ortaya çıxmışdır. III əsrdə burada buddizm yayılmışdır. B.e. əvvəllərində Andrha ərazilərinin xeyli hissəsi Satavana sülaləsinin hökmranlıq etdiyi dövlətin nəzarəti altında idi.