temperatur əyrisi

ру температурная кривая en temperature profile de Temperaturprofil fr profil des températures es perfil de temperaturas it profilo di temperatura
temperatur əmsalı
temperatur qradiyenti
OBASTAN VİKİ
Temperatur
Temperatur (latınca temperatura — normal vəziyyət) və ya hərarət dərəcəsi — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir. Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır. Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və −273,15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır. Temperaturun mütləq sıfrını praktik olaraq almaq mümkün deyil. Temperatur yüksəldikcə entropiya artır düşdükdə isə entropiya azalır. Mütləq sıfırda entropiya sıfıra bərabərdir. Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır.
Cəm temperatur
Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734-cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q. T. Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır. Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir. Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur. Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə. C. Əyyubov tərəfindən hesablanmışdır. Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Minimal temperatur
Mütləq minimum temperaturlar — Çoxillik müşahidə dövründə havanın temperaturunun ən aşağı qiymətinə havanın mütləq minimum temperaturu deyilir.Mütləq minimum temperatur orta minimum temperaturdan fərqli olaraq daha kiçik qiymətini radiasiya soyuması üçün əlverişli şəraitə malik olan relyefin yarğanşəkilli formalarında alır. Azərbaycanda mütləq minimum əsasən yanvar, ayrı-ayrı illərdə isə fevralın əvvəlində və dekabrın sonlarında müşahidə edilir.Mütləq minimum temperaturların bu və ya digər qiymətinin təkrarlanmasını bilərək kənd təsərrüfatı bitkilərinin daha dəqiq yerləşdirilməsinə nail olmaq olar.Mütləq minimumun hesablanmış cəm ehtimalı konkret hər hansı bir ildə müşahidə edilən çoxillik iqlim kəmiyyətini dəqiqləşdirməyə imkan verir. Kənd təsərrüfatı bitkilərinin qişlama şəraitinin qiymətləndirilməsində bu iqlim göstəricisindən geniş istifadə olunur. Mütləq minimum temperaturların orta qiymətinə əsasən mütləq minimum temperaturların, başqa sözlə istənilən qiymətdən aşağı böhran temperaturların təkrarlanması barədə mühakimə yürütmək olar.Bu kəmiyyəti hesablamaq üçün mütləq minimum temperaturların çoxillik sırasında hər bir il üzrə qiymətlər cəbri olaraq toplanır və alınan nəticə müşahidə illərinin sayına bölünür.
Mütləq temperatur
Mütleq temperatur-molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür: E=3/2KT k-Bolsman sabitidir.Mütləq temperatur mənfi ola bilməz Mütleq temperatur mütləq maksimum və mütləq minimum olmaqla 2 təsnifata bolunur. Mütləq maksimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən yüksək temperatur.Yer üzərində mütləq maksimum temperaturu Liviyada (+58C),Azərbaycanda isə Culfada (+44C) olmuşdur. Mütləq minimum temperatur-müəyyən ərazidə uzun illər ərzində müşahidə edilən ən alçaq temperatur.Antaktikadada Rusiyanın “Vostok” stansiyasında qeydə alınmışdır(-89C)Şimal yarımkürəsində ən alçaq temperatur Yakutiya Respublikasının Oymyakon şəhərində(-71C)müşahidə edilmişdir.Azərbaycan ərazisində mütləq minimum temperatur Culfada (-33C)olmuşdur.
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Temperatur inversiyası
Temperatur inversiyası — hündürlüyə doğru qalxdıqca temperaturun artması. İnversiyanı iki tipə ayırırlar: bilavasitə yer səthində (inversiya qatının qalınlığı on metrlərlə) olan temperatur inversiyaları boş atmosferdə (inversiya qatının qalınlığı yüz metrlərlə) olan temperatur inversiyaları Temperatur inversiyası havanın vertikal yerdəyişməsinə mane olur və çiskin, duman, bulud və ilğımların yaranmasına imkan yaradır. İnversiya relyefin yerli xüsusiyyətlərindən çox asılıdır. Yer kürəsində ən böyük temperatur inversiyası qış dövründə Şərqi Sibir və Antarktidada müşahidə olunur.
Temperatur izotermiyası
Temperatur qradiyenti
Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. Temperatur qradiyenti şaquli və üfüqi qradiyent olaraq iki yere bölünür. Hər 100 m yüksəklikdən bir temperaturun dəyişməsi temperaturun şaquli qradiyenti (TŞQ) adlanır. TŞQ ilin fəsillərindən, sutkanın saatlarından(atmosferin yerüstü qatında) və yüksəklikdən asılı olaraq dəyişir. Orta hesabla TŞQ troposferdə 0,5–0, 60C/ 100 m təşkil edir. Temperatur yüksəklikdən asılı olaraq azaldıqda TŞQ müsbət, artdıqda isə mənfi olur. Temperatur üfüqi enliklərdən asılı olaraq deyişməsidir.
Temperatur şkalası
Mütləq temperatur şkalası-1848-ci il ingilis alimi Uilyam Kelvin Selsi şkalası -1742-ci il Anders Selsi Mütləq temperatur şkalasını ingilis alimi Uilyam Kelvin 1848-ci ildə ən aşağı temperaturu -273,15 C olan termometr şkalası təklif etmişdir.Bu temoeratur 0 K (sıfır Kelvin) ilə işarə olunur.Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0K-ya bərabər temperatur mütləq sıfır deyilir.0K-da atom və molekulların xaotik hərəkəti kəsilməlidir.Təcrübə göstərir ki, mütləq sıfır temperaturuna yaxınlaşmaq olar,ancaq ona çatmaq mümkün deyil. Selsi şkalasını 1742-ci ildə İsveç alimi Anders Selsinin şərəfinə adlandırılmışdır.Bu temoeratur °C (dərəcə selsi) ilə işarə olunur. İlk dəfə onun təklif etdiyi bu temperatur ölçü sistemininde-şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Beveric əyrisi
Beveric əyrisi (Beveridge curve) – işsizliyin səviyyəsi ilə iş vakansiyalarının səviyyəsini göstərən qrafik təsvirdir. Bu əyri İngilis iqtisadçısı Uilyam Beverecin adı ilə bağlıdır. Qrafikin ordinatında vakansiyaların səviyyəsi absisində isə işsizliyin səviyyəsi verilmişdir. İşsizliyin yüksək səviyyəsinə vakansiyaların aşağı səviyyəsi uyğun gəlir. Əgər müşahidə etsək, uzun müddət boyunca əyrinin kənara hərəkətində vakant yerlərin verilmiş səviyyəsi işsizliyin yüksək səviyyəsi ilə əlaqələnəcək və bu da əmək bazarının səmərəsiz idarə edilməsi, işsizlər və mümkün iş yerləri arasında uyğunsuzluğa səbəb olar. Vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə. Beveric Əyrisi azalan funksiya hesab olunur.
Bezye əyrisi
Bezye əyrisi – kompüter qrafikasında: trayektoriyası riyazi üsullarla hesablanan, hamar əyrilərin və istənilən formalı səthlərin ayrı-ayrı nöqtələrini bir-biri ilə birləşdirən əyri; rəsm proqramlarında və avtomatlaşdırılmış layihələndirmə modellərində istifadə olunur. Bezye əyrisi az sayda nöqtələr vasitəsilə çeşidli formalı fiqurlar çoxluğunu müəyyənləşdirməyə imkan verir ki, bu da verilmiş əyrinin başqa riyazi metodlarla aproksimasiyası ilə müqayisədə onun əsas üstünlüyüdür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Filips əyrisi
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.: 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur.
Fillips əyrisi
Fillips əyrisi — inflyasiya və işsizlik arasında asılılığın mövcudluğu göstərən əyridir. Əyrinin ilkin variantını ilk dəfə Uilyam Fillips irəli sürmüşüdür. Fillips əyrisi iqtisad ədəbiyyatında qısamüddətli və uzunmüddətli olmaqla iki variantı mövcuddur. İlk dəfə Milton Fridmen tərəfindən irəli sürülən fikrə görə, inflasiya gözləntilərinin mövcudluğu səbəbi ilə işsizlik ilə inflasiya arasında əlaqə yalnız qısa müddətdə mümkündür. İnflasiya gözləntiləri uzun müddətdə faktiki inflasiya gözləntiləri ilə uyğunlaşacağı üçün uzun müddətdə işsizlik ilə inflasiya arasına əlaqə mövcud deyil və beləcə pul siyasətinin uzun müddətdə inflasiyanı yüksəldərək işsizliyi azaltmaq cəhdi alınmayacaqdır.: 1958-ci ildə Yeni Zellandiyalı iqtisadçı A.U.Fillips "Economica" adlı ingilis jurnalında "1861-1957-ci illər arasında Böyük Britaniyada nominal əməkhaqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq" adlı məqaləsini dərc etdirdi. Fillips bu məqalədə işsizlik səviyyəsi və əmək haqqı artım tempi arasında əks asılılığın mövcudluğunu sübut etdi. Ancaq, bizim anladığımız müasir mənada inflasiya və işsizlik arasında münasibəti göstərən Fillips əyrisini iqtisadçılar Pol Samuelson və Robert Solou "American Economic Review" jurnalında "Antiinflyasiya siyasətinin təhlili" adlı məqalə aşkar şəkildə ortaya qoydular. Bu məqalədə onlar ABŞ iqtisadiyyatı üçün də inflyasiya və işsizlik arasında analoji əks asılılığın mövcudluğu haqda xəbər verdilər. Onlar göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. Fillipsin irəli sürdüyü münasibət işsizlik ilə inflasiya arasında deyil, nominal əmək haqqının artım tempi ilə işsizlik arasında olmuşdur.
Fərqsizlik əyrisi
Fərqsizlik əyriləri - mikroiqtisadi nəzəriyyəyə görə, alıcı üçün fayda baxımından fərqsiz olan müxtəlif əmtəə paketlərinin qrafik təsviridir. Belə ki, alıcı üçün bir fərqsizlik əyrisi üzərində olan nöqtələrdəki hər hansı əmtəə paketi digərindən üstün deyildir. Başqa sözlə, əyri üzərində olan əmtəə paketləri fayda baxımından fərqlənmir. Nəticə etibarı ilə, fərqsizlik əyriləri eyni faydaya malik, iki əmtəədən ibarət olan paketləri özündə əks etdirən nöktələrin birləşməsindən əmələ gələn əyridir. Fəqsizlik əyriləri alıcıların mümkün istehlak variantlarını əks etdirilməsində istifadə edilir. Qrafik təsvir zamanı sonsuz sayda fərqsizlik əyriləri çəkmək mümkündür. Çünki hər bir halda daha çox fayda gətirən bir əmtəə paketi mövcuddur. Fərqsizlik əyriləri ilə bağlı məsələləri ilk dəfə irlandiyalı alim Fransis İsidor Edjuort (Francis Ysidro Edgeworth) tərəfindən 1881-ci ildə “Riyazi Fizika: Riyaziyyatın Davranış elminə tətbiqi haqqında Məqalə” (ing. Mathematical Psychics: an Essay on the Application of Mathematics to the Moral Sciences) tədqiq edilib. Bu əyriləri ilk dəfə 1906-cı ildə qrafik şəkildə italyan alim Vilfredo Pareto (ing.
Gəlirlik əyrisi
IS əyrisi
IS əyrisi əmtəə və xidmət bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındalı əlaqəni əks etdirir. Bu əlaqənin necə olduğunu görmək üçün ilk növbədə Keynsin gəlir-xərc modelini tətqiq etmək lazımdır. Sözügedən model Keynsin milli gəlir nəzəriyyəsinin ən sadə izahıdır və daha mürəkkəb və daha real IS-LM modeli üçün bünövrəni formalaşdırır. Keyns bu modeldə planlanan və cari xərcləri bir-birindən fərqləndirir: Cari xərclər ev təsərrüfatlarının, müəssisələrin və dövlətin cari dövrdə həyata keçirdikləri xərcləmələrin cəmidir. Planlanan xərclər isə ev təsərrüfatlarının, firmaların və dövlətin əmtəə və xidmətləri almaq üçün planlaşdırdıqları xərclərin cəmidir. Nə üçün reallaşan (cari) xərclərlə planlaşdırılan xərclər fərqli olur? Bu sualın cavabı firmaların satışının gözlənilən kimi olmaması və planlaşdırılmamış ehtiyatların (hazır məhsulun) anbarlarda yığılmasıdır. Firmalar gözlədiklərindən az məhsul satdıqda ehtiyatlar yüksələr, əks halda isə azalar. Ehtiyatlardakı planlaşdırılmamış dəyişikliklər ehtiyatlara investisiya hesab edildiyi üçün cari xərclər planlaşdırılan xərclərdən çox və ya az ola bilər. Planlaşdırılmış xərcləri müəyyən edən amilləri amillərə nəzər yetirək.
LM əyrisi
LM əyrisi - pul bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirən əyridir. Bu əlaqəni izah etmək üçün ilk növbədə likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilir. Con Menyard Keyns öz nəzəriyyəsində faiz dərəcəsinin necə müəyyən olunduğunu göstərib. Bu yanaşma likvidlik üstünlükverməsi nəzəriyyəsi kimidə qəbul edilir. Çünki faiz dərəcəsi iqtisadiyyatda ən likvid olan element – pulun tələbi və təklifini tarazlaşdırmaq üçün istifadə edilir. Gəlir xərcləmə modeli IS əyrisi üçün bünövrə olduğu kimi, likvidlik üstünlükverməsi nəzəriyyəsi də LM əyrisi üçün əsasdır. Nəzəriyyəni formalaşdırmaq üçün ilk növbədə real pul balansındakı təklifə nəzər yetirək. Əgər pul təklifi M, qiymət səviyyəsi isə P olarsa, M/P real pul balansında təklifin həcmini əks etdirir. Likvidlik üstünlükverməsi nəzəriyyəsi sabit bir pul balansı təkilifi olduğunu iddia edir. Bu baxımdan pul təklifini aşağıdakı kimi ifadə edə bilərik.
Öyrənmə əyrisi
Öyrənmə əyrisi (ing. learning curve) — müəyyən biliklərin, yaxud fəaliyyət növünün öyrənilməsi tezliyinin dəyişilməsini göstərən qrafik. Adətən, yeni informasiyanın yadda saxlanılması bacarığı verilmiş fəaliyyətin mənimsənilməsinin ilk çağlarında maksimal olur. Sonra isə öyrənmə sürəti tədricən azalır ki, bu da materialın mənimsənilməsi üçün daha çox təkrarlamalara ehtiyac olduğunu göstərir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Pareto əyrisi
Pareto əyrisi (Pareto diaqramması) — Pareto qanununun qrafik əksi, müəyyən resursların (toplanmış sərvət, səsvermənin nəticələri...) bölüşdürülməsinin məcmu asılılığı və ya çoxlu səbəblər toplusundan (nümunə) əldə edilən nəticələr (məsələn, əhalinin sayı, əhalinin fəaliyyəti). iştirakçılar...). İstehsal proseslərinin keyfiyyətinin ölçülməsi, qiymətləndirilməsi, nəzarəti və təkmilləşdirilməsi üçün yeddi əsas vasitədən biri “keyfiyyətə nəzarətin yeddi aləti”nə daxildir. 1897-ci ildə italyan sosioloqu və iqtisadçısı Vilfredo Pareto (1848-1923) aşkar etdi ki, cəmiyyətdə sərvətin bölüşdürülməsi ümumiyyətlə müəyyən qanuna uyğundur - idarə olunan mülkiyyətin/sərvətin miqdarı iki dəfə artdıqca, müvafiq səviyyəyə çatan insanların sayı eksponent olaraq azalır. təqribən sabit çarpan. Beləliklə, Pareto belə bir nəticəyə gəldi ki, cəmiyyətdə sərvət bölgüsü qeyri-bərabərliyi təbiətin təbii qanunu kimi bir şeydir, onun təsiri hamarlana bilər, lakin pul sistemində aradan qaldırıla bilməz. Hart, Marilyn. Quantitative methods for quality and productivity improvement. Milwaukee, Wis: Şablon:Не переведено 5 Quality Press. 1989.
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Orta aylıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.
Orta illik temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta illik temperatur orta aylıq temperaturların 12 aydakı ədədi ortasıdır. Bu temperatur ərazinin istilik miqdarı haqqında dəqiq təsəvvür yaratmır və temperaturun illik gedişini əks etdirmir. Digər tərəfdən orta temperaturlar, ekstremal temperaturlar barədə təsəvvür yaratmır ki, bu da kənd təsərrüfatı bitkiləri üçün xüsusilə vacibdir.
Orta sutkalıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Bütün müşahidə saatlarının ədədi ortası orta sutkalıq temperatura bərabərdir. Əgər meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8 — ə bölüb, havanın orta sutkalıq temperaturunu alırıq. Bundan başqa orta illik və orta aylıq temperaturlar da hesablamaq mümkündür.
Sınıq tələb əyrisi
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir. Firmalar eyni böyüklükdədir. Bircins mallar istehsal edirlər. Firmalar digər firmaların qiymət yüksəltməsinə etinasız, qiymət azaltmasına isə həssasdır. Bütün firmalar eyni qiymətdə təklif edirlər. MR əyrisi kəsikdir. Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir. Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur (P > MR = MC).
Gəlir-istehlak əyrisi
Gəlir-istehlak əyrisi — bir əmtəənin ucuzlaşması nəticəsində, real pul artır və bunun nəticəsində qalan pulun başqa bir əmtəəyə yönəldilməsidir. İqtisadiyyatda gəlir effekti real gəlirin dəyişməsi nəticəsində istehlakın dəyişməsi kimi müəyyən edilə bilər. Bu gəlir dəyişikliyi iki mənbədən birindən yarana bilər: xarici mənbələrdən və ya pulun xərcləndiyi malın qiymətində azalma (və ya artım) ilə sərbəst buraxılan (və ya hopdurulmuş) gəlirdən. Mövcud gəlirdə əvvəlki dəyişikliyin təsiri bu məqalənin qalan hissəsində müzakirə olunan gəlir-istehlak əyrisi ilə təsvir edilir, qiymətin aşağı düşməsi ilə mövcud gəlirin azad edilməsinin təsiri isə onun müşayiətedici təsiri ilə birlikdə müzakirə edilir. Məsələn, əgər istehlakçı öz gəlirinin yarısını təkcə çörəyə xərcləyirsə, çörəyin qiymətinin əlli faiz ucuzlaşması onun istifadəsində olan pulu həmin məbləğdə xərcləyə biləcəyi qədər artıracaq, yəni eyni məbləğə daha çox çörək və ya başqa bir şey ala biləcək. İstehlakçının üstünlükləri, pul gəlirləri və qiymətləri istehlakçının optimallaşdırılması probleminin həllində mühüm rol oynayır (büdcə məhdudiyyəti şəraitində onların faydalılığını maksimuma çatdırmaq üçün müxtəlif malların nə qədər istehlak ediləcəyini seçmək). İstehlakçı davranışının müqayisəli statikası ekzogen və ya müstəqil dəyişənlərdəki dəyişikliklərin (xüsusilə istehlakçıların qiymətləri və pul gəlirləri) endogen və ya asılı dəyişənlərin (istehlakçının mallara tələbləri) seçilmiş qiymətlərinə təsirini araşdırır. İstehlakçının gəliri sabit saxlanılan qiymətlərlə artdıqda, istehlakçının seçdiyi optimal paket, onlar üçün mövcud olan mümkün dəst dəyişdikcə dəyişir. Gəlir-istehlak əyrisi gəlir artdıqca büdcə məhdudiyyətini kənara çıxararaq qiymətlər sabit saxlanılmaqla, müxtəlif büdcə məhdudiyyətləri xətləri ilə laqeydlik əyrilərinin toxunma nöqtələrinin məcmusudur. Gəlir effekti alıcılıq qabiliyyətinin dəyişməsi ilə müşahidə olunan bir hadisədir.