Terabayt
Terabayt (TB) – (ing. Terabyte) 1000 giqabayta (GB) bərabər ölçü vahidi. Bir terabayt bir trilyon bayta bərabərdir. Tarixən terabaytın digər tərifi kimi 1 099 511 627 776 (240) bit və ya 1024 giqabayta bərabər informasiya ölçü vahidi qəbul olunsa da, hazırda bu kəmiyyət Tebibayt (TiB) adlanır. Müxtəlif elektron cihazların yaddaş tutumunu müəyyən etmək üçün istifadə olunur.