Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər.
Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.