Tezis

1) məntiqdə həqiqiliyi (doğruluğu) əsaslandırılmalı, sübut olunmalı olan müdəa, fikir; Məsələn, tesiz irəli sürmək, öz tezisini müdafiə etmək; 2) məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; 3) Hegelin idelalist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; 4) elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; 5) məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi.
Test
Təbəqə
OBASTAN VİKİ
Tezis
Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər: Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək; Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
95 tezis
95 tezis (lat. Disputatio pro declaratione virtutis indulgentiarum; İndulgensiyaların gücü və effektivliyi haqqında disput) — Martin Lüter tərəfindən yazılan və hakim dini doktrinanın imanı məhv etdiyini irəli sürərək katolisizm ilahiyyatının tənqidinə yönələn sənəd. Bu sənəd Almaniyada Reformasiyanın və protestantlığın başlanğıcı hesab olunur. 95 tezisin əsas məzmununu indulgensiya praktikasının, Roma papasının günahları bağışlamaq haqqının, həmçinin, Əhdi-Cədidlə Əhdi-Ətiqin yeganə etibarlı mənbə hesab edilməsinin tənqidi təşkil edir. Martin Lüter bu tezisləri 31 oktyabr 1517-ci il tarixində məktubla Mayns və Maqdeburq arxiyepiskopu Albrext fon Brandenburqa göndərmişdi. Lakin XX əsrin sonlarınadək elə hesab edilirdi ki, o, bu tezisləri Vittenberq kilsəsinin qapısından asıb.. Albrext fon Brandenburqa göndərdiyi məktubda Martin Lüter Vittenberqdə indulgensiyaları təbliğ edən İohann Tetseldən şikayət etsə də, onun fon Brandenburq tərəfindən təyin etdiyindən xəbərsiz idi. Martin Lüter tezislərində bəyan edir ki: Papa yalnız insanların bu dünyadakı günahlarını bağışlaya bilər, Ərafdakı günahları bağışlamaq haqqı yalnız Allaha məxsusdur. Digər tərəfdən Lüter Papaya müraciət edərək Papanın adından yanlış danışılmasından və Papanın Allahla bir tutulmasından narahat olduğunu bildirib. Bu tezisləri yazmaqda Lüterin məqsədi Papaya və arxiyepiskop Albrext fon Brandenburqa keşişlərin özbaşınalığını xəbər vermək idi.
Tezis (dəqiqləşdirmə)
Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər: Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək; Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Əsas tezis
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
XI Tezis (jurnal)
XI Tezis — Müstəqil Azərbaycanda Azərbaycan dilində ilk dəfə olaraq Marksist məktəbini və ümumilikdə sol yanaşmanı əhatə edən jurnaldır. 2014-cü ilin mart ayının 10-da işıq üzü görüb. Jurnalın məqsədi Azərbaycanda və dünyada inkişaf edən sosial-iqtisadi prosesləri “sol” aspektdən təqdim etməkdir. XI TEZIS jurnalının 1-ci sayının mövzusu "Marksın qayıdışı" adlanır. XIX əsrdə yaşamış alman filosof, iqtisadçı və nəzəriyyəçi Karl Marksın mülahizələrinin son dövrlərdə beynəlxalq müstəvidə baş verən iqtisadi və siyasi hadisələr fonunda aktuallaşması ilə əlaqədar mövzuları əhatə edir. Tarix, iqtisadiyyat, antropologiya, sosiologiya, mədəniyyət və fəlsəfə bölmələrindən ibarət olan jurnalın cari sayında Azərbaycanda sol hərəkatların tarixi, istehlak cəmiyyəti və yadlaşma, qlobal maliyyə böhranı və digər yazıları oxumaq mümkündür. XI TEZIS bir qrup könüllü tərəfindən hazırlanır və rüblük olaraq çap edilməsi nəzərədə tutulur.
İnsanın meymundan yaranması (tezis)
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər. 1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər. Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə baxmayaraq, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi.
Qazi tezisi
Qazi tezisi və ya Qazavat tezisi, Avstriyalı tarixçi Paul Vittekin Osmanlı imperiyasının quruluş mübahisələri barəsində ortyaa atdığı tezisdir. 1937-ci ildə İngiltərədə verdiyi konfranslarda ortaya atmış, sonrasında kitab olaraq da nəşr edilmişdir. Modern Osmanlı tarixçiliyinə təsir edən bu tezis geniş şəkildə qəbul edildiyi halda, ona qarşı xeyli sayda anti-tezişlər də mövcuddur.
Tarix qavramı barədə tezislər
Tarix qavramı barədə tezislər — Alman-yəhudi filosof Valter Benyaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Türkiyə Türk tarixi tezisi
Türk tarixi tezisi — 1930-cu illərdə Mustafa Kamal Atatürkün təvviqi ilə yaradılan tarixin şərhi. 1920-ci ildə 100 ədəd çap edilən Türk tarixinin əsas xətləri adlı əsər Türk tarix tezisinin bəyannaməsi hesab edilir. Bu əsərin əsasında hazırlanan və 1931-1941-ci illərdə məktəblərdə oxudulan dörd cildlik dərs kitabı da Türk tarix tezisinin təməl əsərlərindən sayılır. İslam və xristian toqquşmasına əsaslanan Osmanlı tarixi tezisinə və türklər əleyhinə yazılan Qərb tarix tezislərinə qarşı olaraq ortaya qoyulmuşdur. Elm dairələrində Türk tarix tezisi siyasi məqsədlər daşıdığı, xəyalçı və ya romantik millətçi yönlərinin olması səbəbilə tənqid olunmuşdur. Mustafa Kamal Atatürk 1923-cü ildə İstanbul Universiteti professorlar idarəsinə "milli müstəqilliyimizin elm sahəsində də tamamlanması" vəzifəsi verdi. Türk tarix tezisi, Osmanlı tarix yazılışının mirası olan İslam mərkəzli tarixi şərhlərə və Avropa mərkəzli tarixi şərhlərə qarşı alternativ bir milli tezisin inkişaf etdirilməsi məqsədilə 1930-cu illərdə ortaya atılmışdır. Atatürk qərbli tarix tezislərinin doğru qəbul edilib məktəblərdə oxudulması yerinə milli bir tarixin yazılmasının lazım olduğuna inanırdı. XV əsrdən etibarən qərbli tarixçilər mədəniyyətin başlanğıcı olaraq yunan mədəniyyətini göstərməkdə idi. Bu tarix tezisində türklər Orta Asiyadakı köçəri tayfalar olaraq izah edilirdi.

Digər lüğətlərdə