Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria)
Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır.
BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.